Icma.az
close
up
RU
Heç bir vətəndaşlığı olmayan qanuni oğru HƏBS OLUNDU

Heç bir vətəndaşlığı olmayan qanuni oğru HƏBS OLUNDU

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynada kriminal aləmdə “Kutsu” ləqəbi ilə tanınan, “qanuni oğru” 54 yaşlı Giorgi Lobjanidze saxlanılıb.

Lent.az xəbər verir ki, Gürcüstanın Rustavi şəhərində anadan olan Lobjanidze avqustun 13-də Ukrayna Milli Polisinin Strateji Araşdırmalar Departamentinin əməkdaşları tərəfindən Kiyevdə tutulub.

Bildirilir ki, o, ölkə ərazisinə rəsmi sərhəd-keçid məntəqələrindən kənar daxil olub.

Barəsində inzibati protokol tərtib edildikdən sonra Lobjanidze Volın vilayətindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. O, sonrakı məhkəmə proseslərinə videokonfrans vasitəsilə qatılıb.

Məhkəmə materiallarına əsasən, avqustun 18-də Kiyevin Dnepr Rayon Məhkəməsi Ukrayna Dövlət Miqrasiya Xidmətinin iddiasını qismən təmin edib. Hakim onun şəxsiyyətinin müəyyənləşdirilməsi və ölkədən məcburi çıxarılmasının təmin olunması məqsədilə 45 gün müddətinə saxlanılması barədə qərar çıxarıb.

Məlumata görə, Lobjanidze ilə Ukrayna hakimiyyəti arasında əsas mübahisələrdən biri onun Ukrayna pasportu ilə bağlıdır.

O, 2008-ci ildə Donetsk vilayətinin Makeyevka şəhərində Ukrayna sənədləri əldə edib. Lakin 2012-ci ilin mayında prosedur pozuntuları əsas gətirilərək onun Ukrayna vətəndaşlığı ləğv olunub.

Lobjanidze isə uzun illərdir bu qərarla razılaşmır və məsələ ilə bağlı məhkəmə çəkişmələri davam edir.

Son 10 il ərzində onun Ukraynaya girişinə dəfələrlə qadağa qoyulduğu, Kiyev və Çerniqov vilayətlərində bir neçə dəfə saxlanıldığı bildirilir. Bununla belə, həmin halların heç birində ona qarşı cinayət ittihamı irəli sürülməyib.

2021-ci ilin mayında Lobjanidze barəsində sanksiyalar tətbiq olunub. Sonradan onun Türkiyəyə köçdüyü bildirilirdi.

Məlumata görə, 2022-ci il sentyabrın 11-də Lobjanidze İstanbulun şimal hissəsində kriminal aləm nümayəndələrinin toplantısında iştirak edib. Həmin toplantı silahlı insidentlə başa çatıb.

Lobjanidze 2015-ci ildə Gürcüstan vətəndaşlığından çıxıb və hazırda Ukrayna hakimiyyəti tərəfindən hüquqi baxımdan vətəndaşlığı olmayan şəxs hesab edilir.

Rəsmi məlumatlara əsasən, o, son səkkiz il ərzində həqiqi sənədlərlə Ukrayna sərhədini keçməyib. Bununla belə, kriminal dairələrdə onun Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı mərhələsi başladıqdan sonra da zaman-zaman Ukraynaya gizli şəkildə gəldiyi iddia olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Avqust 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri