Icma.az
close
up
RU
Heç heçə heç kimi narazı salmadı

Heç heçə heç kimi narazı salmadı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zirə - Qarabağ (Ağdam) 1:1 (1:1)
97. Tyaqo Silva - 6,0
25. Enrike Kustodio - 6,0
4. Ruan Renato - 6,0
5. Ange Mutsinzi - 7,0
32. Qismət Alıyev (k) - 5,5
30. Rikardo Martins - 5,5
8. İsmayıl İbrahimli - 6,5
(6. Eldar Quliyev, 82) - qiymətsiz
11. Junior Martins - 5,5
(21. Hacıağa Hacılı, 66) - 4,5
10. Georgi Papunaşvili - 4,0
(29. Ceyhun Nuriyev, 51) - 4,5
77. Yeqor Boqomolski - 5,5
20. İssa Cibrila - 6,5
(28. Leroy Mikels, 46) - 6,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
41. Anar Nəzirov
7. Rövlan Muradov
16. Fuad Bayramov
48. Ramiz Muradov
33. Əkbər Eyubov
43. Əhliman Süleymanzadə
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Ange Mutsinzi
99. Mateuş Koxalski - 5,5
27. Toral Bayramov - 5,0
81. Kevin Medina - 5,5
13. Bəhlul Mustafazadə (k) - 4,5
2. Mateus Silva - 5,0
(44. Elvin Cəfərquliyev, 66) - 5,0
35. Pedro Bikalyo - 5,5
9. Xoni Montiel - 6,0
77. Ramil Şeydayev - 5,0
(10. Abdulla Zubir, 66) – 5,0
15. Leandro Andrade - 5,0
(11. Emmanuel Addai, 66) - 4,5
21. Aleksey Kaşuk - 5,0
(7. Nəriman Axundzadə, 66) - 4,0
17. Kamilo Duran - 5,5
8. Marko Yankoviç, 75) - 4,0
Ehtiyat oyunçular
97. Fabian Buntiç
55. Bədavi Hüseynov
3. Sami Mmae
6. Kris Kuaku
18. Dani Bolt
32. Hikmət Cəbrayılzadə
22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Xoni Montiel
Qollar: İ.Cibrila, 31 (1:0, E.Kustodio). E.Kustodio, 44-öz qapısına (1:1).
Vərəqələr: A.Zubir 86 (qeyri-idman hərəkəti). X.Montiel, 90+2 (hakimin qərarına etiraz). M.Yankoviç, 90+2 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).
6 dekabr. Zirə. İdman Kompleksinin stadionu. 1200 tamaşaçı (1200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Zirədə futbola münasibət son həftələrdə yaxşı mənada hər birimizi təəccübləndirir. Bu dəfə də tribunalar tam dolmuşdu. Düzdü, cəmi 1200 yerlik stadiondu, amma olsun. 15 min yerlik stadiona min adamın gəlməsindənsə, 1200 yerlik stadionun dolması yaxşıdı.

Oyuna gəlincə, “Ayaks”la qarşılaşma ərəfəsində bu matçı “Qarabağ” üçün yaxşı hazırlıq saymaq olardı. Düzdü, “Zirə” futbolçularının gözündən yorğunluq, fiziki durumundan ağırlıq “yağırdı”. Papunaşvili Abubakar kimi yeriyirdi. Buna baxmayaraq, maraqlı olmasa da, gərgin mübarizəyə şahidlik etdik.
“Qarabağ” oyuna daha fəal, daha istəkli başladı. 13-cü dəqiqədə cinahda topu qəbul edən Toral cərimə meydançasına doğru irəlilədi. Yolüstü Boqomolskini də rahatlıqla keçdi. Ötürməsindən sonra isə həlledici məqamda Ramil Tyaqo səddini aşa bilmədi. 17-ci dəqiqədə “Qarabağ” qapıdan təxminən 30 metr aralıda cərimə zərbəsi qazandı. Adətən, bir çox komanda bu məsafədən qapı qarşısına ötürmə verir. Toral isə birbaşa qol vurmaq istəyir. Amma bu dəfə topun arxasında o tək yox, Montiellə birgə idi. Maraqlıdı ki, zərbəni də elə Montiel yerinə yetirdi və yaxşı da alındı. Lakin azacıq dəqiqlik çatmadı. 31-ci dəqiqədə Tyaqo qapıdan zərbə ilə topu oyuna daxil etdi. Ən yaxınında olan Renato ilə oynadı, Renato cinahda Kustodionu gördü, Kustodio isə bir qədər irəlilədi və Cibrila istiqamətinə topu göndərdi. Bəhlulun kobud səhvindən sonra topu qəbul edən Cibrila Koxalskini də keçərək hesabı açdı.
Bundan sonra hücumların sayını artıran “Qarabağ” daha böyük qüvvə ilə irəliyə atıldı. 33-cü dəqiqədə Montiel hədəfdən yayındı. 36-cı dəqiqədə isə Duranın zərbəsini Mutsinzi çıxardı. 44-cü dəqiqədə Zirə”nin qapısı önündə qarışıqlıq yarandı. Montielin ötürməsini qəbul edən Ramil topu sol cinahdab qapı qarşısına göndərdi. Top Andradeyə dəyərək dirəyə sıçradı. Sonra da Kustodionun üstünə. Kustodioya dəyən top qapıya daxil oldu və hesab bərabərləşdi.
İkinci hissədə tərəflərin yorğunluğu aşkar hiss olundu. Temp də aşağı düşdü. 56-cı dəqiqədə Boqomolskinin o qədər güclü olmayan zərbəsini Koxalski rahatlıqla dəf etdi. 62-ci dəqiqədə isə “Qarabağ” qola çox yaxın oldu. Kaşukun ötürməsindən sonra top Tyaqonu keçmişdi. Qapıya başla zərbə endirən Duranın zərbəsi zamanı Mutsinzi topu boş qapıdan çıxardı. 66-cı dəqiqədə Zubir, Nəriman, Addai və Elvin də meydana çıxdı. Lakin onlar da oyunun axarını dəyişə bilmədi. Hətta Zubir, Yankoviç və Bikalyo hakimə ciddi etiraz edirdilər. 89-cu dəqiqədə Mikels qola çox yaxın oldu. Bir hərəkətlə Bəhlul və Medinanı əla keçdi, qapıya zərbəsini isə Yankoviç dəf etdi. Beləliklə, tərəflər hərəyə bir qazandı və açığı, heç biri belə nəticədən narazı görünmədi.
Gözdən qaçmadı
Oyun başa çatandan sonra “Qarabağ”ın cəmi 8 futbolçusu “İmarət Tayfa”nın qarşısına gəldi, onlara təşəkkür etdi.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see219

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see219

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see217

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see213

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see211

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see211

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see188

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see187

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see185

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see185

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see176

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see176

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see173

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see169

Fidan: “Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər”

09 Avqust 2026 06:50see167

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see165

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see165

ABŞ Hörmüz boğazındakı gəmilərlə bağlı məlumat yayıb

09 Avqust 2026 06:34see158

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see156

Messi atası ilə vida mərasimində görüntüləndi FOTO/VİDEO

10 Avqust 2026 01:31see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri