Icma.az
close
up
RU
Heç kim Avropa Parlamentinə Cənubi Qafqazda münsiflik və moderatorluq səlahiyyəti verməyib

Heç kim Avropa Parlamentinə Cənubi Qafqazda münsiflik və moderatorluq səlahiyyəti verməyib

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Avropa Parlamentinin növbəti dəfə anti-Azərbaycan xarakterli addım atmasına qətiyyən təəccüblənmirik. Azərbaycan xalqı və dövləti ərazilərimizin 30 ildən artıq müddətdə işğalda qalmasına, yüzlərlə şəhər və kəndlərimizin viran edilməsinə, tarixi və mədəni irsimizin dağıdılmasına və 1 milyondan artıq məcburi köçkünün pozulmuş hüquqlarına biganə qalan, habelə 44 günlük Vətən müharibəsi zamanı və 2023-cü ilin 19-20 sentyabrında antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına qərəzlə yanaşan bu qurumun davamlı ədalətsizliyinə və qeyri-obyektivliyinə artıq öyrəncəlidir. Bu baxımdan avroparlamentarilərin qəbul etdikləri 2025-ci il 18 dekabr tarixli qətnaməsi bizim üçün yenilik deyil. Avropa Parlamenti özünün həmişəki qərəz və ədalətsizlik ampluasındadır.
Antitürk və islamofob mövqeyi ilə tanınan Avropa Parlamentinin qəbul etdiyi destruktiv sənəd Azərbaycanın daxili işlərinə qarışmağa və ölkəmizə siyasi təzyiq göstərməyə hesablanıb. Bir sıra liberal-qlobalist qurumlar kimi Avropa Parlamenti də bu və ya digər ölkələrin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa vərdiş edib. Onların məqsədi hədəfə aldıqları ölkələrdə məqsədyönlü şəkildə qeyri-sabitlik yaratmaq, siyasi təxribatlar törətmək, "məxməri inqilab"lar yoluyla hakimiyyət çevrilişləri həyata keçirməyə nail olmaqdır. Azərbaycan da onların daimi hədəfindədir.
Lakin avroparlamentarilər unudurlar ki, Azərbaycan müstəqil siyasət yürütməsi ilə tanınan suveren ölkələr sırasındadır. Azərbaycan, öz suveren hüquqlarını heç kimə, o cümlədən Avropa Parlamentinə güzəştə getməyə hazırlaşmır. Bu qurumun kirli siyasi məqsədlərə xidmət edən qətnaməsi Azərbaycanı öz haqlı mövqeyindən döndərə bilməz. Biz bu qətnaməni qərəzli bir sənəd kimi qiymətləndirir və onu qətiyyətlə rədd edirik. Avropalı seçicilər öz parlamentarilərinin təxribatçı əməllərinə görə onları sorğulamalıdırlar. Avropa Parlamentinin üzvləri bir daha göstərdilər ki, onlar parlamentarizmlə yox, qlobal təxribatçılıqla məşğuldurlar.
Avropa Parlamentinin son qətnaməsi həm də onu göstərir ki, ABŞ prezidenti Co Baydenin hakimiyyətdən getməsilə dünyada solçu-qlobalist dairələrinin hegemonluq erası bitsə də, lakin bu qurum Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olmaq, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq niyyətlərindən hələ də əl çəkməyib. Sözügedən qətnamə də açıq-aşkar məhz Azərbaycanın təşəbbüskarı olduğu sülh və normallaşma prosesinə dolayı yolla mane olmaq cəhdidir. Başqa sözlə desək, Avropa Parlamenti qaşınmayan yerdən qan çıxarmağa çalışır, sülhə dəstək vermək əvəzinə, yeni eskalasiyaya şərait yaradır. Ancaq yaxşı olar ki, avroparlamentarilər Cənubi Qafqaz məsələləri ilə yox, Avropanın özünü siyasi və iqtisadi böhrana aparan daxili məsələləri ilə məşğul olsunlar. Onlar bilməlidirlər ki, heç kim Avropa Parlamentinə Cənubi Qafqazda münsiflik və moderatorluq səlahiyyəti verməyib.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Dekabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri