Icma.az
close
up
RU
Heç kim rahat deyə bilməz ki, “Karvan Yevlax”ı asan məğlub edəcəyik

Heç kim rahat deyə bilməz ki, “Karvan Yevlax”ı asan məğlub edəcəyik

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının I turunun "Karvan-Yevlax" – "Qəbələ" oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– İlk oyun hər zaman çətin olur. İkili mübarizələr şəraitində keçən oyun oldu. Bu gün bir xal qazandıq. "Qəbələ"yə uğurlar arzu edirəm. Bu gün burda olmağımda "Qəbələ" klubunun da əməyi var. Uzun illər orda oynamış, işləmişəm.

– Baş məşqçi kimi Premyer Liqada debüt etdiniz. Özünüzü oyuna necə hazırlamışdınız?


– Hər rəqibə qarşı əzmkar oynayan komanda formalaşdırmağa çalışmışıq. Futbolçu olanda necə əzmkar idimsə, komandamdan da onu gözləyirəm. Məşqçi futbolçuların simasıdır. İstəyirdik ki, ilk oyunda xal və ya xallar qazanaq.

– Əsas kapitan Araz Abdullayevdir? Nə dərəcə hazırdır oyunlara?


– Rəqib bizdən Arazın əsas heyətdə olmasını gözləyirdi. Buna görə taktiki dəyişiklik etdi. Düzdür, Araz da tam hazır deyil. Gələcəkdə daha yaxşı olacaq.

– Qarşınıza qoyulan hədəf nədir?


– Hədəf Premyer Liqada möhkəmlənmək, əzmkar komanda formalaşdırmaq, asan məğlub olmamaqdır. Bacardığımız qədər yaxşısını etməyə çalışacağıq.

– Legioner transferi olacaq?


– Güman ki, yox. 12 legionerimiz var. Həftə ərzində baxırıq, kim özünü yaxşı göstərirsə, o da meydana çıxır.

– Bu heyət çempionatda qalmağa kömək edəcək?


– Düşünürəm ki, hə.

– Mövsüm başlamazdan öncə autsayderlər arasında "Karvan-Yevlax" da göstərilirdi…


– Hələ mövsüm indi başlayıb. Avrokuboklarda iştirak edən klublarımızdan heç kim rahat deyə bilməz ki, "Karvan-Yevlax"ı asan məğlub edəcəyik. Heç kimə rahat təslim olmayacağıq.

– Oyunun qəhrəmanı bəlkə, qapıçınız idi. Onu necə tapmışınız?


– Tək qapıçı yox, futbolçular da əzmkar oynadı. Təklif olundu, baxdıq və bəyəndik. Uzun marafon var. Hamı şans qazanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sport24.az
archiveBu xəbər 15 Avqust 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri