“Heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır”
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Minatəmizləmə fəaliyyəti yalnız çirklənmiş ərazilərin minalardan təmizlənməsindən ibarət deyil. Bu fəaliyyət insanların geri qayıtması, evlərin və ictimai infrastrukturun yenidən qurulması, icmaların normal həyat tərzinə, sabitliyə və ümidə qovuşması üçün zəruri şəraitin yaradılması deməkdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır:
"Bu baxımdan, bu gün keçirilən müzakirələr xüsusi əhəmiyyət daşıyır. Bu müzakirələr bizə minatəmizləmə fəaliyyətinin şəhərlərin bərpasına necə daha səmərəli dəstək verə biləcəyi, standartların necə təkmilləşdirilə biləcəyi və tərəfdaşlıqların yerlərdə daha effektiv nəticələrin əldə olunmasına necə töhfə verə biləcəyi barədə təcrübə mübadiləsi aparmağa imkan verir.
Çünki son nəticədə məqsəd yalnız əraziləri minalardan təmizləmək deyil. Məqsəd təhlükəsizliyi bərpa etməkdir. Yalnız riskləri aradan qaldırmaq deyil. İnsanların geri qayıtmasına imkan yaratmaqdır. Yalnız əraziləri istifadəyə açmaq deyil, həm də icmaları yenidən qurmaqdır".
Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Sentyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















