Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bakıda və bölgələrdə işıq sönəcək

Heç kim yaşamaq istədiyi həyatı yaşamır

Heç kim yaşamaq istədiyi həyatı yaşamır

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Axar.az Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla ilə 525.az-ın 75 illik yubiley müsahibəsini təqdim edir:

- Nar yetişəcək, qar yağacaq... Sizi oxuyanda həmişə nikbinlik duyuram. Bu, təbiətinizin təzahürüdür, yoxsa ovqatın diktəsi?

- Əslində, məni çox bədbin bir yazıçı kimi tanıyırlar. Hər əsərimdə ya kimsə ölür, ya da öldürürlər. Ancaq kiməsə nikbinlik aşılaya bilirəmsə, nə gözəl.

- Bilirəm ki, ad günlərini sevmirsiniz. Bu münasibət yubiley yaşı üçün də keçərlidirmi?

- Adam var ki, ad günü keçirməyə xüsusi həvəs göstərir, hətta bunun üçün xeyli hazırlaşır da. Mən o adamlardan deyiləm. Ad günüm yaxınlaşdıqca ayrı-ayrı teatrlar, təşkilatların xüsusi diqqətini hiss etdim və bu, məni çox sevindirdi. Amma bu işlərə sevə-sevə getdiyimi desəm, yalan olar. Səhnəyə çıxıb insanlara təşəkkür edəndə də sevincdən daha çox minnətdarlıq hissi duyurdum.

- Təbrik mövzusunda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı xüsusilə fərqləndi. Bu yaxınlarda "Gülçöhrə və Əsgər" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası oldu. Bir müəllif kimi səhnədə gördüyünüz sizi qane etdimi?

- Mənim çox xoşuma gəldi. Tamaşanın rejissoru Əsgər Əsgərov bundan öncə bir dəfə də "Hərdən mənə mələk də deyirlər" pyesimi səhnələşdirmişdi. O da yaxşı alınmışdı.

- Bilirik ki, "Gülçöhrə və Əsgər"də sözügedən damdabaca sizə uşaqlıq illərinizin xatirəsidir. "Unutmağa kimsə var"da yazdığınız xatirələri oxuyanda, maraqlı uşaqlıq keçirdiyiniz məlum olur. Həm də dəcəl və ərköyün.

- Mən sadə bir ailədə böyümüşəm. Atam müəllim, anam həkim olub. Dayılarım alim idi. Məsələn, birinci "Arşın mal alan" filmini mənim dayım Rza Təhmasib çəkib. Digər dayım Əli Sultanlı Azərbaycanda antik ədəbiyyat tarixinin tədqiqi istiqamətində mühüm işlər görüb. Onların söhbətləri, kitabları ilə böyümüşük. Burada ərköyünlüyə yer yox idi. Ancaq müəllimlərim həmişə dəcəlliyimdən şikayət edərdilər. Əgər şeir yazıb, onları çıxıb tədbirlərdə oxumasaydım, direktorumuz Sona müəllimə məni dəqiq məktəbdən qovardı. Maraqlı uşaqlıq keçirdiyimi deyə bilərəm. Balaca, dar küçələrdə xeyli futbol oynayardıq. Əvvəl Mirzə Fətəli küçəsində yaşamışıq, sonra Dağlı məhləsinə köçmüşük. Əsas formalaşma dövrüm də bura düşüb.

- Dağlı məhəlləsi kimi mühafizəkar bir yerdə böyüyən adam necə oldu ki, multikultural dəyərlərin təbliğatçısına çevrildi?

- Bilirsiniz, multikulturalizm bizim istəyimizdən asılı olmadan içimizdə ya var, ya da yoxdur. Multikultural təhlükəsizlik deyilən bir anlayış mövcuddur. Bu o deməkdir ki, ölkədə heç bir xalqın nümayəndəsinə başqasından fərqli baxılmır. Qida, enerji, hərbi təhlükəsizlik kimi multikultural təhlükəsizliyin də böyük əhəmiyyəti var. Ancaq bütün ölkələrdə bu belə deyil. Məsələn, mən Almaniyada, İngiltərədə olanda dəfələrlə görmüşəm ki, sinaqoqların qarşısında polislər növbə çəkir, oranı yerli gənclərin hücumundan qoruyurlar. Ravvinlərlə söhbətim zamanı onlar deyirdilər ki, Fransanın bəzi yerlərində öz kipalarında gəzməyə cəsarət etmirlər. Azərbaycan bu kimi şeylərdən yan keçə bildi. Dövlət müşaviri işlədiyim dövrdə Azərbaycanın bütün rayonlarını gəzmişəm. Bunu mənə həmin vaxt bir ravvin danışmışdı. Deyir, 2000-ci illərin əvvəllərində onu Azərbayana ezam edirlər. Bu xəbəri eşidəndə dəhşətə gəlir. Çünki həmin dövrdə dünya mətbuatında Azərbaycan vəhşi müsəlman ölkəsi kimi qələmə verilirdi. Ravvin yalvarır ki, məni Azərbaycana göndərməyin. Onun göz yaşlarına baxmayaraq, göndərirlər. O da ailəsi ilə birgə qorxa-qorxa gəlməyə məcbur olur. Təsəvvür edin, illər sonra sözügedən ravvin Azərbaycan vətəndaşı olmaq üçün ərizə verir və məndən də xahiş edir ki, bu işdə ona köməklik edim. Prezident İlham Əliyev həmin ravvinə Azərbaycan vətəndaşı adını verdi. Budur Azərbaycanda multikulturalizm.

- Qeyd etdiniz ki, rayonlarımızın hamısında olmusunuz. Multikultural dəyərlərə münasibət baxımından hansı bölgəmizi fərqləndirərdiniz?

- Səfərlər zamanı mən həm rayon ağsaqqalları, həm də din xadimləri ilə görüşürdüm. İnanın ki, ölkənin hər yerində multikulturalizmi yüksək şəkildə dəyərləndirirdilər. Ona görə də bu suala cavab vermək çətindir. Bilirsiniz, Azərbaycan cəmiyyəti bütöv cəmiyyətdir. Gözlə görülən inkişafla yanaşı, Azərbaycan insanı da zamanla dəyişir. Bu insan artıq ictimai mənafeni şəxsi mənafeyindən üstün tutur. Sizə bir nümunə deyim. Mən bir neçə dəfə cənab Prezidentin vəkili olmuşam. Xatırlayıram ki, ilkin dövrlərdə vətəndaşlarla görüşlərimiz zamanı hamı özünə nəsə istəyirdi - biri damının dağıldığını deyirdi, digəri evinin problemlərindən danışırdı. Ancaq vaxt keçdikcə belə görüşlərdə insanlar bağçalar tikilməsini, yollar salınmasını istəməyə başladılar. Biz bunun çox vaxt üzərindən keçirik, ancaq olduqca həssas və vacib məqamdır.

- "Unutmağa kimsə var..." memuarınızda bir cümlə diqqətimi çəkmişdi: "Mənə sonralar aydın oldu ki, məktəb konsertdən əvvəl orkestr ifaçılarının öz musiqi alətlərini yoxlaya-yoxlaya çalmaq üçün hazır vəziyyətə gətirməsidir". Eyni perspektivdən baxsaq, onda universitetə necə tərif vermək olar?

- Universitet uverturadır - əsərin başlanğıcı. Biz məktəbi bitirib universitetə qədəm qoyan 17-18 yaşlı gənclər əslində Azərbaycanı tanımırdıq. Vətən haqqında şeirlər, hekayələr oxuyub, mahnılar dinləmişdik ancaq. Bizim üçün bu adın mahiyyəti universitetdə açıldı. 75 nəfərlik kursda ölkənin hər yerindən gənclər toplaşmışdılar. O gənclərlə təmas bizə imkan verdi ki, ölkəmizi tanıyaq, onların simasında vətəni sevək.

- Yəqin ki, tələbəlik dönəmində xeyli dostlar qazanmısınız.

- Əslində, o adamlarla universitet illərinin dostları olsaq da, bizi daha çox çayxanalar birləşdirdi. Məhz o çayxanalardan yavaş-yavaş meydan hərəkatı doğdu. Biz çayxanalarda bir-birimizlə söhbətlərdən doymurduq. Bu söhbətlər həm ədəbi, həm ictimai, həm siyasi ola bilərdi. Biz beləcə bir-birimizə alışdıq.

- Çayxanalarda alışıb, meydan hərəkatında soyuduğunuz adamlar oldumu?

- Yaxşı sualdır. Anarın bir sözü var, deyir, dostların bəzisini bizdən ölüm aldı, bəzisini həyat. Bizim də dostlarımızın çoxu ilə yollarımızı həyat ayırdı.

- Həmişə deyirsiniz ki, dost sarıdan bəxtiniz gətirib.

- Bəli. Çox gözəl dostlarım olub və var. Məndəki bu əminlik hissini yaradan Azərbaycan ziyalılığının gözəl nümayəndələri - Azad Mirzəcanzadə, Həsən Turabov, Vaqif İbrahimoğlu, Niyazi Mehdi kimi adamlarla dostluğum olub. Məktəb yoldaşlarım var ki, sağ qalanları ilə indiyə kimi də münasibətimiz var. Həyatda mənim həm dostum, həm müəllimim, həm də qohumum olan insanlar da olub. İlk növbədə bizim böyük alimlərimiz Yəhya müəllim Məmmədov, Ağamusa Axundovun adını çəkə bilərəm ki, onlar böyük şəxsiyyətlər olub və mən onlardan çox şey öyrənmişəm. Bu gün də mən dostlarımla fəxr edirəm. Görkəmli alimlərimiz Rafiq Əliyev, Nazim İmanov, görkəmli şairimiz Ramiz Rövşən əziz dostlarım, mənim üçün çox doğma və çox dəyərli insanlardır.

- İllər öncə "Unutmağa kimsə yox" kitabınızın təqdimat mərasimində iştirak edirdim. Orada bir tələbə sizdən niyə əsərdə baş qəhrəmanın adı əvəzinə yalnız bir hərf yazdığınızı soruşmuşdu. Siz də cavab vermişdiniz ki, bunun xüsusi sirri yoxdur. Həmin vaxt tələsik sadəcə baş hərfləri yazmısınız, sonra da o cür qalıb. Bu xatirənin fonunda mənə maraqlıdır, yazı prosesiniz necədir?

- Beynimdə mətni uzun müddət hazırlasam da, yazı prosesi çox sürətli gedir. Mənə elə gəlir ki, bu tezliyə nail ola bilərəmsə, o tezliyin təsvir etdiyi hadisəni daha dəqiq göstərə bilərəm. Ona görə də beynimdən keçəni tez yazıram ki, ikisinin arasında böyük fərq olmasın.

- Yaradıcı Kamal Abdulla vəzifə sahibi Kamal Abdulla ilə necə yola gedir?

- İnsanlarda belə bir fikir formalaşıb ki, əgər yaradıcı adamsansa, deməli, vəzifədə sənin yerin yoxdur. Ancaq bunun ən parlaq nümunəsi Hötedir. O, həm görkəmli şair idi, həm də vəzir. Belə çox adlar çəkə bilərik. Qalstuk heç nəyi həll etmir. Mən hansı işi görürəmsə, özümü tamamilə o işə həsr edə bilirəm.

- Bəs yaradıcılığınızı vəzifənizə görə mədh edənləri tanıya bilirsiniz?

- Əlbəttə. Düzü, belə hallar aparıcı deyil. Kimsə məndən nəsə umub yazırsa, ona ciddi baxmıram. Əsasən qələminə, vicdanına inandığım adamların fikirləri mənə maraqlıdır.

- Pedaqoji fəaliyyət Kamal Abdullanın həyatının harasındadır?

- Mərkəzində. Pedaqoq olmaq təkcə öyrətmək deyil, həm də öyrənməkdir. Mən tələbəmdən də öyrənməyə çalışıram. Onun dediklərimə reaksiyasından, üzündəki ifadədən də nəsə öyrənirəm. Pedaqoji proses ikitərəflidir, qətiyyən birtərəfli ola bilməz.

- Umberto Eko ilə görüş. Necə xatırlayırsınız dahi yazıçını?

- Eko ilə görüş son dərəcə gözəl xatirədir. İllər öncə o, məni və italyan naşirimi evində qəbul etdi. İki saata yaxın davam edən görüş zamanı çox maraqlı söhbətlərimiz oldu. Ümumiyyətlə, mənim bir çox görkəmli ədəbiyyat adamları ilə ünsiyyətim olub. Onlar mənim haqqımda yazıblar da. Onların yazıları Amerika, Almaniya, Fransa, Rusiya və Türkiyədə çap olunub.

- Yaradıcılığınızın maraqlı tərəflərindən biri də "Kitabi - Dədə Qorqud" dastanının qəhrəmanlarına fərqli rakursdan yanaşmanızdır.

- Bizim həyatımız yalnız qütblərdən ibarət deyil, həm də qütblərarası keçidlər var. Onları görməyə çalışmalıyıq. Aristotel deyirdi ki, ya ağ var, ya qara. Bu, formal məntiq kimi əsrlərlə insan cəmiyyətində gedən prosesləri ümumiləşdirib. Ancaq qeyri-səlis məntiq deyir ki, ağla qara arasında sonsuz sayda keçidlər var - ağımtıl kimi. Bu məntiq dastanda da öz əksini tapır.

Məsələn, siz kimdən soruşsanız, deyəcək ki, Aruz Qoca mənfi obrazdır. Çünki İç Oğuzla Dış Oğuz arasına nifaq salıb, Beyrəyi öldürüb, sonra da özü öldürülüb. Ancaq bu obraza bir qədər fərqli rakursdan baxanda görürsən ki, əslində, Aruz Qoca qədim əcdadlarımızın həyatında olan demokratik prinisipi qorumaqla məşğul olub. Deməli, Salur Qazan ildə bir dəfə İç və Dış Oğuzu yığıb evini yağmaladardı. Bu, ilkin demokratik üsuldur. Ancaq bir dəfə Salur Qazan yağmalamağa İç oğuzu çağırıb dış Oğuzu çağırmır. Aruz Qoca da dış oğuz bəyi olduğu üçün bu, ona toxunur. Çünki demokratik prinsip pozulub. Buna görə də onu demokratiya uğrunda mübarizə aparan ilk mücahidlərdən biri kimi dəyərləndirmək olar. Necə mübarizə aparması isə başqa məsələdir artıq. Deməli, mənfi obrazda belə müsbət bir çalar görmək mümkündür.

- Həyatı bu qədər şaxələndirmək insanı çaşdırmaz ki?

- Çaşdıra bilər, lakin bundan sonra o, öz həqiqi nöqtəsini tapacaq. Heç kim nə tam müsbət, nə də tam mənfidir. Sən insanın yaxşıya, yaxud pisə yaxın cəhətlərini düzgün qiymətləndirməsən, münasibət qurarkən yanıla bilərsən. Bu yanaşma obyektiv aləmdəki rəngarəngliyi görmək imkanı verir.

- Kamal müəllim, yaşadığınız ömür yaşamaq istədiyiniz ömür idi?

- Heç kim yaşamaq istədiyi həyatı yaşamır. Hamı yaşadığıdan daha gözəl, daha uğurlu bir həyat arzulayır. Fikrimcə, yazan adama nə lazımdırsa, onları edə bilmişəm. Mənim yazı-pozumu qiymətləndirənlər məni anlayan adamlardır. Özüm haqqında danışmağa həmişə bir qədər çətinlik çəkirəm. Hər halda deyə bilərəm ki, ləyaqətlə yaşamağa çalışmışam.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Dekabr 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see254

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see239

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see236

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see235

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see227

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see221

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see220

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see216

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see214

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see213

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see211

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see210

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see204

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see195

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see193

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see188

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see184

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see182

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see174

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri