Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın noyabr ayında Filippində keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində iştirak etmək üçün Filippinə səfər etməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Trampın sammitdə iştirakından sonra Filippin Prezidenti ilə ikitərəfli görüş keçirməsi nəzərdə tutulur.
Qəzet qeyd edir ki, səfər Vaşinqton və Pekinin Cənub-Şərqi Asiyada təsir uğrunda rəqabəti fonunda baş tutacaq.
Trampın noyabrda Çinin Şençjen şəhərində keçiriləcək APEC sammitində də iştirak edəcəyi və Çin Sədri Si Cinpinlə görüşəcəyi gözlənilir.
Baxış sayı:157
Bu xəbər 03 Oktyabr 2026 02:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















