Icma.az
close
up
RU
Həddindən artıq yumurta yemək orqanizmə necə təsir edir?

Həddindən artıq yumurta yemək orqanizmə necə təsir edir?

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yumurtalar inanılmaz dərəcədə faydalıdır, lakin onlardan həddindən artıq istifadə təhlükəli ola bilər. Həkimlər bunun hansı risklər yaratdığını izah edib. Yumurta əksər insanların gündəlik rasionunda yer alan ən məşhur qidalardan biridir. Onlar bir çox faydalı maddələrlə zəngindir, lakin həddindən artıq istehlak bəzi mənfi təsirlərə səbəb ola bilər.

Bu barədə Lent.az sizə bilmədiyiniz məqamları təqdim edir:

Yumurtaların faydaları nələrdir?

Vitamin və minerallar mənbəyi

Yumurtalar 12 əsas vitamini və təxminən 96% vacib mineralları ehtiva edir. Xüsusilə hamilə qadınlar üçün faydalıdır, çünki dölün düzgün inkişafına kömək edir. Eyni zamanda, kişilər üçün də önəmlidir, çünki sperma keyfiyyətinə müsbət təsir göstərir.

Arıqlamağa kömək edir?

Qaynadılmış yumurtalar yüksək doyumluluğa malikdir, iştahanı azaldır və kaloriyə nəzarət etməyə kömək edir.Yumurtalardakı protein balıq proteinindən daha yaxşı həzm olunur – təxminən 93,7%. Bu, orqanizm üçün ən əlçatan və effektiv protein mənbələrindən biridir.

Beyin və qaraciyər sağlamlığı üçün faydalıdır?

Yumurtanın sarısı beyinin fəaliyyətini dəstəkləyən, yaddaşı yaxşılaşdıran və qaraciyərin sağlamlığı üçün faydalı olan letisin maddəsi ilə zəngindir. Əhval-ruhiyyəni yaxşılaşdırır və yorğunluqla mübarizə aparır. Letisin sinir sistemini dəstəkləyir və buda psixi sağlamlıq üçün də önəmlidir.

Göz sağlamlığını qoruyurmu? 

Bəli yumurta sarısı karotinoidlər (lutein və zeaksantin) ilə zəngindir. Bu maddələr görmə qabiliyyətini qoruyur və yaşa bağlı göz xəstəliklərinin qarşısını almağa kömək edir.

Zərərsiz yumurta istehlakı nə qədərdir?

Bir porsiya 1 yumurta və ya 2 yumurta ağı hesab olunur. Amerika Kardiologiya Assosiasiyası gündə 1 yumurtadan artıq olmamağı tövsiyə edir.

Yumurta istehlakının optimal miqdarı insanın sağlamlıq vəziyyətindən asılıdır:

Xolesterin səviyyəsi
Ürək-damar xəstəlikləri
Şəkərli diabetin olması

Xroniki xəstəlikləri olan insanların yumurta istehlakı ilə bağlı həkimlə məsləhətləşməsi vacibdir.

Həddindən artıq yumurta istehlakının mümkün riskləri nələrdir?

Xolesterinin artması

Yumurta təxminən 190 mq xolesterin ehtiva edir ki, bu da gündəlik normanın təxminən 2/3 hissəsinə bərabərdir. Orqanizm özü də xolesterin istehsal etdiyi üçün artıq miqdarda qidadan gələn xolesterin balansı poza bilər.

Şəkərli diabeti olan insanlarda həddindən artıq yumurta istehlakı infarkt və insult riskini ikiqat artıra bilər. Bununla belə, Çində aparılan böyük bir araşdırma göstərib ki, gündə 1 yumurta yemək ürək-damar xəstəliklərinin qarşısını ala bilər.

Artıq çəki riski

Əgər yumurta daim yağlı kolbasa, qızardılmış bekon və ya ağ çörəklə yeyilirsə, bu, artıq kaloriyə səbəb ola bilər və nəticədə çəkinin artmasına gətirib çıxara bilər. Bir çox insan yumurtanı kərə yağı ilə qızardır və ya onu doymuş yağlar və natriumla zəngin qidalarla (bekon, hisə verilmiş ət) birləşdirir. Bu, ürək-damar xəstəliklərinin riskini artıra bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Fevral 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri