Icma.az
close
up
RU
Hədəfimiz 2027ci ilə qədər erkən xəbərdarlıq sistemləri yaratmaqdır

Hədəfimiz 2027ci ilə qədər erkən xəbərdarlıq sistemləri yaratmaqdır

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“İqlim dəyişikliyi geridönməz bir prosesdir. Buna görə də, erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi vacibdir. Ümumdünya Meteorologiya Təşkilatına görə, 24 saat ərzində erkən xəbərdarlıq edilərsə, fəlakət nəticəsində dəyən zərər 30 faiz azala bilər. Hədəfimiz effektiv uyğunlaşma tədbiri kimi 2027-ci ilə qədər erkən xəbərdarlıq sistemləri yaratmaqdır”. SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29-da “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.

U.Tağıyeva bildirib ki, erkən xəbərdarlıq üçün ilk sütun olan monitorinq sisteminin modernləşdirilməsinə sərmayə qoymaq məqsədilə hökumət tərəfindən əhəmiyyətli tədbirlər görülür: “Fürsətdən istifadə edərək, Finlandiyaya və Türkiyəyə bu prosesə texniki və metodoloji dəstəyə görə təşəkkür etmək istərdim.

Bu gün qlobal səviyyədə dünyanın bir çox ölkəsində çoxtərəfli erkən xəbərdarlıq sistemləri, iqlimə davamlılıq tədbirləri və yerli fəlakətlərə hazırlıq planları yoxdur. Erkən xəbərdarlıq sistemləri hər kəs üçün əlçatan olmalıdır, o cümlədən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün.

Bütün bu boşluqları aradan qaldırmaq üçün 2019-cu ildə Azərbaycan UNEP-in dəstəyi ilə Yaşıl İqlim Fonduna Azərbaycanda “Dayanıqlılığın artırılması üçün iqlim məlumatı və çox təhlükəli erkən xəbərdarlıq sistemlərinin Gücləndirilməsi” layihə konsepsiyasını təqdim edib. Bu ilin oktyabrında layihə təsdiqlənib. Biz qonşu ölkələrlə əməkdaşlıq etmək və layihənin həyata keçirilməsindən faydalanmaq üçün imkan yaratmağı hədəfləyirik. Çünki bu, iqlim dəyişikliyi risklərinin həllində regional perspektivlərə xidmət edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Noyabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri