Icma.az
close
up
RU
Hədəfimiz çempion olub, kuboku muzeyimizə aparmaqdır Cenk Sümer

Hədəfimiz çempion olub, kuboku muzeyimizə aparmaqdır Cenk Sümer

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Neftçi" Misli Premyer Liqasının 6-cı turunda səfərddə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, klubun baş icraçı direktoru Cenk Sümer matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi" Azərbaycan çempionatlarında 1000-ci oyununu keçirdi. Bu barədə fikirləriniz nədir?

- Mövsüm bizim üçün çətin başladı. Komandamız yenidir. 9 yeni transfer etdik, heyətimizdən 10 futbolçu ayrıldı. Konfrans Liqasının ikinci təsnifat mərhələsində bir qol vura bilməyərək turnirlə vidalaşmağımız əhvalımızı pozdu. Lakin komandamız ruhdan düşmədi və yaxşı işlər görməyə başladı. Mövsüm uzundur. Nəticə etibarilə, 1000-ci oyunumuzu keçirməkdən qürur duyuruq. Azərbaycanda bunu edən ilk klub olaraq qürurluyuq. Bugünkü nəticə isə həm azarkeşlərimiz, həm də camiəmiz üçün xeyirli olsun. Futbolçular əllərindən gələni etdilər. "Qəbələ" də futbolu gözəlləşdirmək üçün əlindən gələni etdi. Onlara da təbrik düşür. Düşünürəm ki, "Qəbələ" yeni baş məşqçisi ilə qarşıdakı oyunlarda yaxşı nəticələr əldə edəcək. Hədəfimiz əvvəldən dediyimiz kimi, çempion olub, kuboku muzeyimizə aparmaqdır. 

- İndiyədək ikinci altılıq komandalarına qarşı oynadız və yaxşı nəticələr əldə etdiz. Bundan sonrakı matçlar daha çətin rəqiblərə qarşı olacaq. Necə düşünürsünüz, heyətiniz bunun üçün yetərlidir?

- Oyunun böyüyü, kiçiyi olmaz. Hələlik turnir cədvəlində yuxarı pillələrdə qərarlaşan komandalarla oynamasaq da, hər qarşılaşmanın öz çətinliyi var. Komandamıza güvənirik. Yenidən qeyd edim ki, 9 yeni futbolçumuz var və onların adaptasiya prosesi gedir. Ölkəyə, komanda yoldaşlarına, stadionlara öyrəşməyə çalışırlar. Çalışmağa davam edəcəyik. Heç nə bitməyib. Bizim üçün rəqib rəqibdir. Hər birinə hörmətlə yanaşacağıq. Rəqibin böyüyü, kiçiyi, asanı, çətini yoxdur. Hamısına eyni həssaslıqla yanaşacağıq. 

- Sizcə, ötən mövsümlə müqayisədə rəqabət artıb, yoxsa azalıb?

- Demək olar ki, hər mövsümdə irəliləyiş olur. Buna görə çox sevinirəm. Çünki keyfiyyət artır. AFFA və PFL bu keyfiyyətin daha da artması üçün müstəsna işlər görürlər. Eyni zamanda, klublar da bunun üçün əllərindən gələni edirlər. Təsəvvür edin, Azərbaycanın Çempionlar Liqasının qrup mərhələsində ardıcıl iki mövsümdür çıxış edən klubları var. Qarşıdakı illərdə "Neftçi" olaraq biz də orada yerimizi alacağıq. Dediyim kimi, rəqabət artır, Premyer Liqa çətinləşir. Bunun Azərbaycan milli komandasına da müsbət təsiri olacaq. 

- Ardıcıl qələbələrdən sonra milli fasilənin yaranması komandanıza necə təsir edəcək?

- Ardıcıl qalibiyyətlərin zərəri olmaz. Milli fasilə komandamızın oturuşması üçün önəmlidir. Çox çalışqan, işinə məsuliyyətlə yanaşan baş məşqçimiz var. O, məşqçilər heyəti ilə birgə gecə-gündüz komandanın üzərində işləyir. Hər birimiz çalışırıq. Düşünürəm ki, milli fasilə bizim üçün çox faydalı olacaq. 

- Azərbaycan millisinin Millətlər Liqasındakı şanslarını necə dəyərləndirirsiz?

- Milli komandanın səviyyəsi artır. Baş məşqçi də özünü bu sahəyə həsr etmiş biridir. Gördüyü işləri bəyənirəm. Dəfələrlə "Neftçi"nin oyunlarında da futbolçuları diqqətlə izləyib. Ən azından şansımız olduğunu, yavaş-yavaş daha da artacağını düşünürəm. Əminəm, ki, Azərbaycan millisinin fotmasını geyinən hər bir oyunçu aslanlar kimi oynayacaq və sonadək mübarizə aparacaq. 

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sportal.az
archiveBu xəbər 19 Sentyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri