Icma.az
close
up
RU
Hədəfimiz üç yerdən birini qazanmaqdı

Hədəfimiz üç yerdən birini qazanmaqdı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan Minifutbol Federasiyası olaraq Azərbaycanda ilk dəfədi dünya miqyaslı yarış keçiririk. Ölkəmiz bu cür beynəlxalq yarışları keçirməyə öyrəşib. Hər zaman da yüksək peşəkarlıq göstərib. Bir çox misallar çəkmək olar. Biz də bu nümunəni götürərək, AMF olaraq bu yarışı yüksək səviyyədə keçirmək niyyətindəyik".

"Football-plus.az" xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Bakıda keçiriləcək dünya çempionatından öncə təşkil olunan mətbuat konfransında deyib.
Dünya çempionatına ev sahibliyi etmək təşəbbüsündən danışan Nəsibov qeyd edib ki, yarışı Azərbaycana yaraşan səviyyədə təşkil etmək istəyirlər:

"Əlbəttə ki, çətinliklər həmişə olur, olacaq da. Əlimizdən gələni edirik. Azərbaycanda belə yarışların keçirilməsi federasiyanın üzərində böyük məsuliyyətdi. AMF-nin əməkdaşları çox deyil. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası bu yarışı keçirməyimizdə böyük dəstəkçidi. Hələ ki, bu işin öhdəsindən lazımınca gələ bilirik.
Avropa çempionu olduqdan sonra daha çox işlər görməyə başladıq. 2023-cü ildə dünya çempionatı BƏƏ-də keçirilmişdi. AMF-nin prezidenti Orxan Məmmədovun təşəbbüsü idi. Dünya Minfutbol Federasiyasının görüşlərində təşəbbüs irəli sürmüşdü. Onlarla danışıqlara başladıq. Bütün lazım olan addımları atdıq. Onları Azərbaycana dəvət etdik, arenaları gəzdirdik. Arena seçildikdən sonra sənədlər toplandı və ev sahibliyi etmək istədiyimizi bildirdik. Növbəti iclasda 2025-ci ildə dünya çempionatının Bakıda keçirilməsinə qərar verildi. Əsas təşəbbüskar Orxan Məmmədovdu".


O, dünya çempionatının açılış mərasiminin maraqlı olacağını deyib:

"Hər bir yarışın güzgüsü açılışdı. Kifayət qədər lazımi tədbirlər görmüşük. Maraqlı açılış olacaq. Açılışın necə olacağı həmin günə qalsın. Bəyənib-bəyənmədiyinizi deyərsiz. Ev sahibiyik. Millinin hazırlığına kifayət qədər lazım olan şəraiti yaratmışıq. İstər toplanışlar, istər qidalanma, istərsə də hər bir şərait yaradılıb. Ev sahibi kimi oynamaq da məsuliyyətdi. Milli komandamız psixoloji cəhətdən tam hazırdı. Heyət olaraq da formalaşıblar, neçə aydı toplanışdadılar. Yaxşı olar. Ev sahibi olaraq istəyərdik ki, kubok Azərbaycanda qalsın. Hədəfimiz üç yerdən birini qazanmaqdı. Oyunçulara demişik ki, üç yerdən birini qazansaq, bizim üçün yaxşıdı".


Nəsibov milli komanda üçün mükafat fondunun olduğunu da təsdiqləyib:

"Mükafatsız olmayacaq. Artıq baş məşqçi ilə müzakirə olunub, təyin edilib. İstəməzdim media üçün açıqlayım. Amma federasiya prezidenti tərəfindən mükafat təyin olunub. Bu barədə də baş məşqçiyə bildirilib. Yəqin ki, baş məşqçi də bunu kollektivlə bölüşüb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 May 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri