“Dədəmiz Dədə Mədəd” kitabı oxuculara təqdim olunub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycanda Atatürk Mərkəzində görkəmli türkoloq, mərhum dilçi-alim Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Dədəmiz Dədə Mədəd” adlı publisistik toplu-kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Nur” İnformasiya Agentliyinin redaktoru, şair-publisist Aygün Akınayın tərtibçi-müəllifi olduğu kitabın təqdimatında Milli Məclisin deputatları, tanınmış alimlər, elm, mədəniyyət və ictimaiyyət nümayəndələri, jurnalistlər, yazıçılar, şairlər, eləcə də akademik Mədəd Çobanovun ailə üzvləri, dostları və yetirmələri iştirak ediblər.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas və publisist Əsəd Cahangir açaraq kitabın əhəmiyyətindən, Aygün Akınayın yaradıcılığından danışıb. Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş toplu-kitabın əhəmiyyətini yüksək qiymətləndirib.
Təqdimat mərasimində filologiya elmləri doktoru, professor Salidə Şərifova “Akademik Mədəd Çobanov - Türk ədəbi dillərinin tədqiqatçısı” mövzusunda məruzə ilə çıxış edib. O, alimin Azərbaycan ədəbi dilinin, dialektologiyasının, onomastikanın və ümumtürkologiyanın inkişafına verdiyi töhfələri diqqətə çatdırıb.
Milli Məclisin deputatı, professor Elman Nəsirov, tarix elmləri doktoru, professor Nurulla Əliyev, professor Minəxanım Təkləli, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, Adilə Nəzər və digər çıxışçılar akademik Mədəd Çobanovun elmi-pedaqoji fəaliyyətindən, zəngin irsindən və Azərbaycan dilçiliyinin inkişafındakı xidmətlərindən bəhs ediblər. Çıxışlarda alimin uzun illər ali hərbi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisinin təşkili, dil və nitq mədəniyyəti üzrə dərslik və proqramların hazırlanması istiqamətində gördüyü işlər də vurğulanıb. Onun elmi irsinin bu gün də tədqiqatçılar üçün mühüm mənbə olduğu bildirilib.
Tədbirdə akademikin ailəsi adından çıxış edən qızı Təranə Çobanova, eləcə də qohumları və dostları onun mənalı ömür yolundan, elmi-pedaqoji fəaliyyətindən və milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən fəaliyyətindən danışıblar. Daha sonra bədii qiraət ustası Cəbrayıl Qənbər Aygün Akınayın şeirlərini səsləndirib.
Müəllif çıxışında kitabın ərsəyə gəlməsi prosesindən, yaradıcılıq fəaliyyətindən danışaraq təqdimatın təşkilatçılarına və iştirakçılara minnətdarlığını ifadə edib. Tədbirdə, həmçinin Aygün Akınayın “Günəş çəkdim qaranlığa” adlı şeirlər kitabı da təqdim olunub.
Sonda iştirakçılara kitablar hədiyyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 16 Noyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















