Icma.az
close
up
RU
ABŞ Azərbaycan: ortaq maraqlara əsaslanan strateji hədəflər reallığa çevrilir

ABŞ Azərbaycan: ortaq maraqlara əsaslanan strateji hədəflər reallığa çevrilir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki dövlət arasında münasibətlərin tarixində mühüm hadisə kimi dəyərləndirilir. Dövlətimizin başçısının mətbuata verdiyi bəyanat, aparılan danışıqların məzmunu və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya göstərir ki, əlaqələr artıq təkcə diplomatik təmaslar çərçivəsində deyil, sistemli, institusional və uzunmüddətli strateji əməkdaşlıq modeli əsasında inkişaf edir. Bu səfər qarşılıqlı etimadın, siyasi iradənin və ortaq maraqların konkret nəticələrə çevrildiyini bir daha təsdiqləyir.Dövlətimizin başçısı çıxışında Tramp–Vens administrasiyasının nümayiş etdirdiyi müsbət münasibətə görə minnətdarlığını bildirib. Altı ay əvvəl Vaşinqtonda keçirilən tarixi görüşdən sonra yaradılmış işçi qrupları intensiv fəaliyyət göstərərək münasibətlərin strateji əsaslarını formalaşdırıblar. Bu müddətdə aparılan gərgin işin nəticəsi olaraq Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması iki tərəfin siyasi iradəsinin real təzahürü kimi dəyərləndirilir. “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir” fikri münasibətlərin miqyasını və əhəmiyyətini ifadə edir. Bu tərəfdaşlıq yalnız ikitərəfli maraqlara deyil, həm də regional sabitliyə, iqtisadi inteqrasiyaya və təhlükəsizliyə xidmət edən geniş geosiyasi çərçivəyə malikdir.Prezident İlham Əliyevin bəyanatında Qafqazda formalaşan yeni siyasi reallıqlar da qeyd olunub. Ötən il avqustun 8-də Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüş zamanı Ermənistan və Azərbaycan sülh sazişini paraflayaraq uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində mühüm addım atıblar, eyni zamanda Sülh haqqında Birgə Bəyannamə imzalanıb. Artıq aylardır davam edən sabitlik mühiti, ticarət və humanitar əlaqələrin bərpası regionda əməkdaşlıq dövrünün başlandığını göstərir. ABŞ-ın bu prosesə verdiyi töhfə xüsusi dəyərləndirilir və sülh təşəbbüslərinin praktik nəticə verdiyi vurğulanır.

Strateji gündəliyin əsas istiqamətlərindən biri nəqliyyat və tranzit imkanlarının genişləndirilməsidir. Trans-Xəzər Nəqliyyat Dəhlizi – Orta Dəhliz çərçivəsində quru, dəniz və hava infrastrukturunun modernləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, logistika şəbəkələrinin təkmilləşdirilməsi və enerji-data xətlərinin inkişafı regionu qlobal ticarət marşrutlarının mühüm qovşağına çevirir. Xüsusilə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi əsas hissə ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Asiya ilə Avropanı birləşdirən etibarlı və təhlükəsiz daşımalar dəhlizi kimi böyük strateji əhəmiyyət daşıyır. Bu layihə iqtisadi əməkdaşlığı genişləndirir və sülhün möhkəmlənməsinə real töhfə verir.
Enerji sahəsi isə əməkdaşlığın ən güclü dayaqlarından biri olaraq qalır. Bu gün təbii qaz ixracı ilə 16 dövlətin enerji təhlükəsizliyinə töhfə verilməsi tərəfdaşlığın yalnız regional deyil, qlobal miqyasda əhəmiyyətini göstərir. Xartiyada neft, qaz və elektrik enerjisi sahəsində birgə layihələrin genişləndirilməsi, interkonnektorların yaradılması, təchizat marşrutlarının şaxələndirilməsi və mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi kimi istiqamətlər nəzərdə tutulur. Bu yanaşma enerji bazarlarında sabitliyi təmin etməklə yanaşı, qarşılıqlı etibarı daha da möhkəmləndirir.
İqtisadiyyat və sərmayə məsələləri də sənəddə geniş yer tutur. Biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun fəal iştirakı, qarşılıqlı investisiyaların təşviqi və yeni dialoq platformalarının yaradılması iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu faktor dayanıqlı artım və iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur və innovasiya sahələrində əməkdaşlıq gələcək inkişafın əsas istiqamətlərindən hesab olunur. Aparıcı Amerika şirkətləri ilə birgə həyata keçirilən layihələr bilik və texnologiya transferini sürətləndirir, gənclər üçün yeni imkanlar yaradır və rəqabətqabiliyyətli iqtisadi modelin formalaşmasına şərait yaradır. Bu amil ənənəvi enerji və tranzit imkanları ilə yanaşı, yüksək texnologiyalara əsaslanan yeni iqtisadi sütunun yaranması deməkdir.
Təhlükəsizlik və müdafiə əməkdaşlığı da Xartiyanın vacib komponentlərindəndir. Antiterror mübarizə, kibertəhlükəsizlik, müdafiə sənayesi məhsullarının satışı, mühüm infrastrukturun qorunması və humanitar minatəmizləmə sahələrində birgə fəaliyyət regional sabitliyə birbaşa xidmət edir. Bu istiqamətlər yalnız iki dövlətin maraqlarını deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik mühitini gücləndirir. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd edib ki, biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir: “Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir”.
Sənəddə nəzərdə tutulan institusional mexanizmlər – işçi qrupları, müntəzəm görüşlər və yol xəritələri tərəfdaşlığın davamlı və sistemli şəkildə həyata keçiriləcəyini göstərir. Bu isə əməkdaşlığın təsadüfi deyil, planlı və uzunmüddətli xarakter daşıdığını sübut edir. Beləliklə, Vitse-prezident Cey. Di. Vensin səfəri və imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki dövlət arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Siyasi dialoq, sülh təşəbbüsləri, enerji təhlükəsizliyi, tranzit imkanları, yüksək texnologiyalar və müdafiə sahəsində genişlənən əməkdaşlıq əlaqələrin daha dərin, çoxşaxəli və dayanıqlı xarakter aldığını göstərir. Bu mərhələ regionda sabitliyin möhkəmlənməsi və rifahın artması üçün möhkəm zəmin yaradır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Fevral 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri