Icma.az
close
up
RU
Həftədə 2 dəfə bu qidanı yemək Altsheymer riskini əhəmiyyətli dərəcədə azaldır

Həftədə 2 dəfə bu qidanı yemək Altsheymer riskini əhəmiyyətli dərəcədə azaldır

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Demensiya və Altsheymer xəstəliyi dünya miqyasında getdikcə artmaqdadır. Tədqiqatlar göstərir ki, qidalanma vərdişləri beyin sağlamlığında mühüm rol oynayır.

Ölkə.Az xəbər verir ki, son tədqiqatlar göstərir ki, bəzi əlverişli və asan tapılan qidalar beyin funksiyasının qorunmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. 
Bu qidalardan biri də göbələkdir.

Amerika Geriatriya Cəmiyyətinin jurnalında dərc olunan son tədqiqatlar göstərir ki, həftədə ən azı 2 dəfə göbələk istehlakı demensiya riskini əhəmiyyətli dərəcədə azaldır.

Tədqiqatçılar Yaponiyanın şimal-şərqindəki Ohsaki şəhərində yaşayan 65 yaşdan yuxarı 13 230 nəfər üzərində hərtərəfli araşdırma aparıblar. İştirakçılar illərlə göbələk yemə vərdişləri və digər həyat tərzi amilləri baxımından izləniliblər.

Tədqiqatın nəticələrinə görə, həftədə bir dəfə və ya daha çox göbələk yeyən şəxslərdə, göbələkləri daha az yeyənlərlə müqayisədə demensiya riski xeyli aşağı olub.
Yaş, cins, təhsil səviyyəsi, fiziki aktivlik və digər potensial qarışıq amillər nəzərə alındqıda belə göbələyin təsiri danılmaz olub.

Sinqapurda göbələklə bağlı aparılan başqa bir araşdırma zamanı isə 60 yaşdan yuxarı 663 iştirakçı 6il ərzində müntəzəm olaraq izlənilib. Tədqiqatçılar iştirakçıların IQ-sünü, qan təzyiqini, yeriş sürətini və zehni sağlamlığını sınaqdan keçiriblər. Həmçinin, yüngül idrak geriləməsi (MCI) və demanensiya simptomlarını ölçmək üçün xüsusi şkalalardan istifadə ediblər.
Nəticələr göstərib ki, həftədə ən azı 2 standart porsiya (təxminən 300 qram) göbələk yeyən insanların beyin funksiyasının azalması riski 50% aşağıdır.
Bu tapıntılar göbələklərin yalnız ləzzətli bir qida deyil, həm də beyin sağlamlığı üçün vacib bir qoruyucu olduğunu göstərir.

Demensiya və Altsheymer haqqında

Demensiya yaddaşın, düşünmə qabiliyyətinin, davranışın və gündəlik fəaliyyətlərin yerinə yetirilməsinin tədricən pozulması ilə xarakterizə olunan ümumi haldır. Yəni demensiya bir xəstəlik deyil, bir neçə xəstəliyin yaratdığı beyin pozğunluğunun nəticəsidir.

Altsheymer xəstəliyi isə demensiyanın ən yayılmış səbəbidir (təxminən 60–70% hallarda). Bu xəstəlikdə beyində sinir hüceyrələri yavaş-yavaş zədələnir, nəticədə yaddaş itkisi, oriyentasiya pozğunluğu, nitq və qərarvermə qabiliyyətində zəifləmə müşahidə olunur.

Demansiya simptomlarına ümumiyyətlə aşağıdakılar daxildir:

- Yaddaş itkisi;
- Düşünmə sürətinin yavaşlaması;
- Zehni kəskinliyin azalması;
- Dil və nitqdə çətinliklər;
- Anlamanın azalması;
- Səbəb-nəticə əlaqələrini qurmaqda çətinlik;
- Hərəkətin məhdudluğu;
- Gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Noyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri