Icma.az
close
up
RU
Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir

Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Həkim Aleksandr Kazaçenkobildirib ki, melatonin ağır yan təsir riski yüksək olan preparatlar sırasına daxil olmasa da, onun nəzarətsiz qəbulu təhlükəli ola bilər.

Ölkə.az xəbər verir ki, bu barədə o, "Gazeta.ru" nəşrinə açıqlamasında danışıb.

Somnoloq izah edib ki, nəzarətsiz istifadə dedikdə dərmanın həkim təyinatı olmadan qəbulu, tövsiyə olunan dozaların pozulması və ya istifadə müddətinin uzadılması nəzərdə tutulur. Melatoninin tövsiyə olunan dozası 0,1–3 mq arasında dəyişir, maksimal icazə verilən doza isə 6 mq-dır (bəzi ölkələrdə bu hədd 10 mq-a qədərdir). Mütəxəssis bu dozanın aşılmamasını tövsiyə edir, çünki yüksək dozaların uzunmüddətli istifadəsinin təhlükəsizliyi ilə bağlı kifayət qədər elmi məlumat yoxdur.

Həkimin sözlərinə görə, əsas problemlərdən biri də melatoninin yuxusuzluğun səbəbləri araşdırılmadan istifadə edilməsidir. Onun “universal vasitə” kimi qəbul edilməsi yalnız qısa müddətli effekt verə bilər və daha sonra simptomlar geri qayıda bilər. Uzunmüddətli istifadə isə əsasən yalnız orqanizmində bu hormonun səviyyəsi aşağı olan pasiyentlərə tövsiyə olunur.

Melatoninin endokrin sistemə mənfi təsiri hələ tam sübut olunmayıb, lakin bu istiqamətdə əlavə araşdırmalara ehtiyac var.

Ən çox rast gəlinən yan təsirlər baş ağrısı və gündüz yuxululuğudur. Bundan əlavə, əsəbilik, narahatlıq, həyəcan, dəri qaşınması və arterial təzyiqin artması da müşahidə oluna bilər.

Mütəxəssis sonda vurğulayıb ki, melatonin müəyyən hallarda faydalı ola bilər, lakin yuxusuzluğun universal həlli deyil. Dərmanın istifadəsi diqqətlə yanaşma, düzgün doza seçimi və yuxu problemlərinin səbəblərinin anlaşılması ilə həyata keçirilməlidir. Bir çox hallarda isə düzgün yuxu rejiminə əməl etmək kifayət edir və əlavə preparata ehtiyac qalmır.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Aprel 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri