Icma.az
close
up
RU
Həkim: Ailəsində şəkərli diabet olan şəxslər risk altındadır

Həkim: Ailəsində şəkərli diabet olan şəxslər risk altındadır

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Həkim, kardioloq, endokrinoloq Zaur İslamov Azərbaycanda şəkərli diabet xəstələrinin sayının artığını deyib. O bildirib ki, Ən geniş yayılmış növ 2-ci tip, yəni insulindən asılı olmayan şəkərli diabetdir.
Özümüzü bu xəstəlikdən necə qoruya bilərik? 
Endokrinoloq Günel Axundova Demokrat.az-a açıqlamasında deyib ki, şəkərli diabet, xüsusilə də 2-ci tip diabet, son illər Azərbaycanda və dünyada ciddi şəkildə artan sağlamlıq problemlərindən biridir:
“Bu növ daha çox yaşlılarda, artıq çəkili insanlarda və az hərəkətli həyat tərzi sürənlərdə müşahidə olunur.  Şəkərli və işlənmiş məhsullardan uzaq durmaq lazımdır. Daha çox təbii məhsullara, yəni tərəvəz, meyvə, bütöv dənli məhsullar paxlalılar və sağlam yağlara üstünlük verilməlidir. Karbohidrat qəbuluna nəzarət etmək, yəni qanda şəkəri sürətlə qaldıran qidalar azaldılmalıdır Həftədə ən azı 150 dəqiqə orta səviyyəli fiziki fəaliyyət məsləhətdir. Artıq çəki və piylənmə 2-ci tip diabetin əsas risk faktorlarındandır. Sağlam çəkiyə çatmaq və onu qorumaq xəstəliyin qarşısını almağa ciddi kömək edir”.
Həkim əlavə edib ki, ailəsində şəkərli diabet olan şəxslər risk altındadır:
“Bu səbəblə müntəzəm şəkər testi etdirmək vacibdir. Prediabet mərhələsində aşkar edilərsə, həyat tərzi dəyişikliyi ilə tamamilə qarşısı alına bilər. Siqaret çəkənlərdə 2-ci tip diabet riski yüksəkdir. Alkoqol qəbuluna nəzarət edilməlidir – xüsusən şəkərli içkilər və kokteyllərdən uzaq durmaq lazımdır. Uzunmüddətli stress hormonlar balansını pozaraq insulinə qarşı müqaviməti artırır. Keyfiyyətli yuxu və psixoloji rahatlıq sağlam qalmağın ayrılmaz hissəsidir”.
Leyla Turan 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri