Həkim neyrocərrah: Qafqaz xalqları insult və yüksək təzyiqə bir qədər meyillidir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 11 may, AZƏRTAC
Kimyaterapiyaların təsiri nəticəsində xərçəng xəstələrinin ömrü artıb. Təəssüflər olsun ki, həmin müsbət statistika ilə yanaşı, onurğa beyin metastazlarını daha çox görməyə başlayırıq. Biz onkoloqlarla bərabər, multidissiplinar şəkildə həmin xəstələri müalicə etməyə çalışırıq. Bəzi metastazlarda süd və prostat vəzilərinə bağlı metastazlarda dramatik şəkildə yaxşılaşma hətta sağalma belə mümkündür.
Bunu AZƏRTAC-a müsahibəsində həkim-neyrocərrah Toğrul Cavadov deyib.
İnsult xəstəliyi barəsində də danışan mütəxəssis bildirib: "İnsultun artma səbəbi orta ömür yaşının artması ilə əlaqədardır. Qafqaz xalqları insult və yüksək təzyiqə bir qədər meyillidir. Həmçinin sağlamlığımıza laqeyd millətlər sırasındayıq. Uzun müddət təzyiqdən əziyyət çəkən insanlar həkimə müraciət etmədiklərində insult halları arta bilir. Zamanında şəkərin, təzyiqin, qanda xolesterinin miqdarı tənzimlənərsə insult hallarını azalda bilərik.
Təəssüf ki, insultun əvvəlcədən müəyyənləşdirilə bilən Check-up müayinə üsulu yoxdur. Bütün patologiyalar arasında damar patalogiyalarının Check-up müayinəsi aparılmır. Ona görə də, insult hazırlıqsız yaxalandığımız xəstəliklər qrupundadır.
Ümumiyyətlə, insultun iki növü var: qanama ilə gedən, damar tıxanıqlığı ilə gedən. Damar tıxanıqlığı ilə gedən müəyyən siqnal verə bilir. Hematoma, qanama ilə gedən - hansı ki ən ağır onların proqnozudur - onu əvvəldən müəyyən etmək çətindir. Beyin qanamaları daha çox onunla bağlıdır. Beyin qanamalarının ən sox səbəbi təzyiqlə əlaqədardır. Təzyiqi normal saxlasaq, insultların böyük hissəsinin qarşısını ala bilərik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 11 May 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















