Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Həkimdən iddialı açıqlama: “Şirniyyat diabet yaratmır” MÜSAHİBƏ

Həkimdən iddialı açıqlama: “Şirniyyat diabet yaratmır” MÜSAHİBƏ

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az Respublika Endokrinoloji Mərkəzinin həkim-endokrinoloqu Səriyyə Ağayevanın müsahibəsini təqdim edir. 

- Səriyyə xanım, uşaqlarda şəkərli diabetin ilkin əlamətləri hansılardır?

- Ən çox rast gəlinən ilkin əlamətlər güclü susuzluq, tez-tez və çox sidiyə getmə, gecələr sidik qaçırma, səbəbsiz arıqlama, halsızlıq, iştah dəyişiklikləri və görmənin bulanıqlaşmasıdır. Uşaqda bu əlamətlər sürətlə yaranırsa, xüsusilə də arıqlama və halsızlıq varsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

- Uşaqlarda şəkərli diabetin yaranma səbəbləri nələrdir?

- 1-ci tip diabet əsasən immun sisteminin mədəaltı vəzinin insulin istehsal edən beta-hüceyrələrinə hücum etməsi nəticəsində yaranır. Genetik meyillilik və ətraf mühit faktorları rol oynaya bilər. 2-ci tip diabetdə isə artıq çəki, insulin müqaviməti, ailəvi meyillilik və az fiziki aktivlik əsas risk faktorlarıdır.

“Fastfud, energetik və qazlı içkilər diabet riskini artırır”

- Fastfud, energetik və qazlı içkilər uşaqlarda diabet riskini artırırmı?

- Bu məhsullar xüsusilə artıq çəki və insulin müqavimətinin yaranmasına şərait yaradaraq 2-ci tip diabet riskini artıra bilər. 1-ci tip diabetin birbaşa səbəbi isə fastfud və ya şirniyyat deyil.

- Uşaqlarda diabet hansı yaşlarda daha çox rast gəlinir?

- 1-ci tip diabet istənilən yaşda yarana bilər, lakin uşaqlıq və yeniyetməlik dövründə daha çox aşkar edilir. 2-ci tip diabet əsasən yeniyetməlik dövründə artır və artıq çəki ilə sıx əlaqəlidir.

“Uşağın yaşına uyğun özünənəzarət bacarıqları da  formalaşdırılmalıdır”

- Valideynlər diabetli uşaqlarına nəzarət edərkən nələrə diqqət etməlidirlər?

- Qan şəkərinin monitorinqi, insulin müalicəsinin düzgün aparılması, qidalanma, fiziki aktivlik, hipoqlikemiya və hiperqlikemiya əlamətlərinin tanınması vacibdir. Uşağın yaşına uyğun olaraq özünənəzarət bacarıqları da tədricən formalaşdırılmalıdır.

- Diabet erkən aşkar olunmasa, hansı problemlər yarana bilər?

- 1-ci tip diabetdə gecikmiş diaqnoz diabetik ketoasidoza və həyati təhlükəli vəziyyətə səbəb ola bilər. Uzunmüddətli nəzarətsiz yüksək şəkər isə göz, böyrək, sinir və ürək-damar sisteminə zərər verə bilər.

“Uşaq şüurludursa və uda bilirsə, sürətli təsir edən karbohidrat verilməlidir”

- Hipoqlikemiya nədir və əsas əlamətləri hansılardır?

-Hipoqlikemiya qan şəkərinin həddindən artıq aşağı düşməsidir. Tərləmə, titrəmə, aclıq, ürəkdöyünmə, solğunluq, başgicəllənmə, davranış dəyişiklikləri və diqqət pozğunluğu yarana bilər. Ağır hallarda şüur itkisi və qıcolma mümkündür.

- Uşaqda hipoqlikemiya baş verərsə, nə etmək lazımdır?

- Uşaq şüurludursa və uda bilirsə, sürətli təsir edən karbohidrat verilməlidir və qan şəkəri yenidən yoxlanmalıdır. Uşaq huşsuzdursa və ya uda bilmirsə, ağızdan heç nə vermək olmaz; təcili tibbi yardım çağırılmalı və varsa qlükaqondan istifadə edilməlidir.

Karbohidrat qəbulu tam dayandırmamalıdır

- Diabetli uşaq karbohidrat qəbulunu tamamilə dayandırmalıdırmı?

- Xeyr. Karbohidratlar uşağın böyüməsi və enerji təminatı üçün vacibdir. Əsas məsələ karbohidratın miqdarı və keyfiyyətinin düzgün planlaşdırılması, insulin dozasının uyğunlaşdırılması və balanslı qidalanmadır.

- Hiperqlikemiyanın əsas əlamətləri hansılardır?

- Güclü susuzluq, tez-tez sidiyə getmə, halsızlıq, ağız quruluğu, baş ağrısı və görmənin bulanıqlaşması müşahidə oluna bilər. Çox yüksək şəkərlə yanaşı ürəkbulanma, qusma və qarın ağrısı yaranarsa, ketoasidoz ehtimalı nəzərə alınmalıdır.

“Uşaq diabetinə görə məktəb fəaliyyətlərindən kənarlaşdırılmamalıdır”

- Diabetik ketoasidoz nədir?

- Diabetik ketoasidoz insulin çatışmazlığı nəticəsində yaranan, qanda qlükoza və ketonların artması ilə müşayiət olunan ciddi və təcili müalicə tələb edən vəziyyətdir. Qusma, qarın ağrısı, sürətli-dərin nəfəsalma, aseton qoxusu və şüur dəyişiklikləri təhlükə siqnallarıdır.

- Diabetli uşaqda hansı hallarda təcili tibbi yardım lazımdır?

- Şüur pozğunluğu, qıcolma, huşsuzluq, davamlı qusma, ciddi susuzlaşma, çox yüksək şəkər və yüksək ketonlar, sürətli-dərin nəfəsalma kimi əlamətlər olduqda təcili tibbi yardım lazımdır.

- Məktəbdə diabetli uşaq üçün hansı şərait yaradılmalıdır?

- Uşağın insulin və qlükoza monitorinqinə çıxışı olmalı, hipoqlikemiya zamanı sürətli karbohidrat əldə edə bilməli və lazım gəldikdə tibbi yardım göstərilməlidir. Uşaq diabetinə görə dərsdən, imtahandan və məktəb fəaliyyətlərindən kənarlaşdırılmamalıdır.

- Məktəb əməkdaşları diabet haqqında nə bilməlidirlər?

- Əməkdaşlar hipoqlikemiyanın əlamətlərini, ilkin yardım prinsiplərini, uşağın insulin və qlükoza ölçümünə ehtiyacını bilməlidirlər. Əsas məqsəd təhlükəsizliyi təmin etmək və uşağın digər şagirdlərlə bərabər iştirakını qorumaqdır.

- Diabetli uşağın insulin və qlükoza monitorinqinin aparılması niyə vacibdir?

- İnsulin 1-ci tip diabetli uşaq üçün həyati vacib müalicədir. Qlükozanın müntəzəm monitorinqi insulin dozasının, qidalanmanın və fiziki aktivliyin təhlükəsiz idarə olunmasına kömək edir. Müasir texnologiyalar, o cümlədən davamlı qlükoza monitorinqi sistemləri, nəzarəti asanlaşdıra bilər.

- Hipoqlikemiya barədə məktəbdə kifayət qədər məlumatlandırmanın olmaması hansı risk yaradır?

- Hipoqlikemiya sürətlə ağırlaşa bilər. Vaxtında müdaxilə edilmədikdə şüur itkisi, qıcolma və digər ciddi fəsadlar yarana bilər. Buna görə məktəbdə məsul şəxslərin bu vəziyyət barədə məlumatlı olması və ilkin yardım göstərməsi çox vacibdir.

“Diabetli uşağa xəstə kimi münasibət göstərməməlidir”

- Digər uşaqlar diabetli yaşıdlarına necə dəstək ola bilərlər?

- Ən vacibi diabetli uşağa fərqli və ya xəstə kimi münasibət göstərməməkdir. Sinif yoldaşları diabetin yoluxucu olmadığını bilməli, hipoqlikemiya zamanı böyüklərə xəbər verməli və uşağın məktəb və sosial fəaliyyətlərdə tam iştirakını dəstəkləməlidirlər.

- Diabetli uşaqlarla bağlı cəmiyyətdə hansı yanlış təsəvvürlər var?

- Diabetin yalnız şirniyyat yeməkdən yarandığı, diabetli uşağın idman edə bilmədiyi, məktəb və sosial fəaliyyətlərdən uzaq qalmalı olduğu kimi yanlış fikirlər mövcuddur. Düzgün məlumatlandırma bu stereotiplərin aradan qaldırılmasına kömək edir.

- Son olaraq, valideynlərə və cəmiyyətə əsas mesajınız nədir?

-Diabetli uşaq hər şeydən əvvəl uşaqdır və onun sağlam böyüməyə, təhsil almağa, idman etməyə, dostları ilə vaxt keçirməyə və cəmiyyətdə bərabər iştirak etməyə tam hüququ var. Düzgün müalicə, məlumatlı yanaşma, ailə və məktəb dəstəyi ilə diabetli uşaqlar sağlam və aktiv həyat yaşaya bilərlər. Məqsədimiz məlumatlandırmaq, dəstək olmaq və fərq yaratmaqdır. (“Azərbaycan müəllimi”)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Avqust 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri