Icma.az
close
up
RU
Həkimdən xəbərdarlıq: Baş və boyun xərçənginin bu əlamətlərini görməzliyə vurmayın

Həkimdən xəbərdarlıq: Baş və boyun xərçənginin bu əlamətlərini görməzliyə vurmayın

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı kəkim-otorinolarinqoloq Andrey Makarin-Kibak danışıb.

Onun sözlərinə görə, xəstəlik daha çox 50–60 yaşdan yuxarı insanlarda aşkarlansa da, son illərdə xüsusilə insan papilloma virusu (HPV) ilə əlaqəli ağız-udlaq şişləri səbəbindən gənc xəstələrin sayı artmaqdadır.

Həkim diqqət yetirilməsi vacib olan əsas əlamətləri sadalayıb:

Səsin xırıltılı olması və ya tembrinin dəyişməsi;

Ağız boşluğunun selikli qişasında və ya dildə sağalmayan yaralar;

Boyunda limfa düyünlərinin böyüməsi;

Burunun bir tərəfli tutulması;

Boğazda yad cisim və ya “düyün” hissi, udqunma çətinliyi;

Aydın səbəb olmadan boğazın və ya qulağın bir tərəfli ağrısı.

Makarin-Kibak qeyd edib ki, baş və boyun xərçəngi elə onkoloji xəstəliklərdəndir ki, bir çox hallarda şişlər ciddi simptomlar yaranmadan əvvəl aşkar edilə bilər.

“Xəstəlik erkən mərhələdə müəyyən edilərsə, tam sağalma ehtimalı 90 faizdən çoxdur. Əsas problem isə xəstələrin çox vaxt artıq III–IV mərhələdə həkimə müraciət etməsidir. Bu zaman müalicə daha mürəkkəb olur”, – deyə o vurğulayıb.

Mütəxəssis xəbərdarlıq edib ki, siqaret çəkmək ağız boşluğu, udlaq və qırtlaq şişlərinin yaranmasında əsas risk faktorlarından biridir. Xüsusilə siqaret və alkoqolun birlikdə istifadəsi təhlükəlidir, çünki bu amillər bir-birinin kanserogen təsirini gücləndirir.

Həkimin sözlərinə görə, baş və boyun nahiyəsindəki şişlərin 25–30 faizi, ağız-udlaq şişlərinin isə daha böyük hissəsi insan papilloma virusu (HPV) ilə əlaqəlidir.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Avqust 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri