Icma.az
close
up
RU
Həkimin ölümündə şok detallar "Şah damarını partdatdılar"

Həkimin ölümündə şok detallar "Şah damarını partdatdılar"

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Xəbər verdiyimiz kimi, Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib. 43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyətinin ağırlaşdığı və bu səbəbdən həyatını itirdiyi bildirilir.

Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, onun bacısı Səkinə Əhədova bacısının həkim səhlənkarığı səbəbindən həyatını itirdiyini qeyd edib:

“Bacım zobdan əməliyyat olundu, 2-ci günü ayıldı. Gəzirdi, amma uzana bilmirdi. Ağrıdan ölürdü, otura bilmirdi. Boynundan belinə kimi ağrıdan sızıldayırdı. Həkimi əməliyyatdan sonra bir dəfə də olsun palataya gəlib xəstəsinə baş çəkmədi. Dedi ki, mənlik deyil. 3 gün yemək yeyə, uzana, yata bilməyən bacıma sonradan gəlib nə iynəsi vurdularsa, komaya düşdü. 25 gün reanimasiyada qaldı.

Başqa həkimlər gətizdirdik, bacımı komadan çıxartdılar. Amma dili tutuldu, gəzə bilmədi. Yenə də Allahıma şükür etdik ki, sağdır. Loqoped gətizdirdik, dilini müalicə elətdirirdik, artıq dilini tərpədə bilirdi. Sevinirdik ki , ümid yerimiz var, sağalacaq, reanimasiyadan çıxacaq, onu görəcəyik, balalarına qovuşacaq. Amma süni tənəffüs yolunda olan aparatı səhv salaraq şah damarına toxunub şah damarını partdatdılar. Bacım qanaxmadan öldü”.

Qeyd edək ki, G.Əkbərova 2012-ci ildən Xəzər Tibb Mərkəzində Doğum və ginekologiya şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Fevral 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri