Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... Video
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumu nəticəsində zərər görən iki xarici yük gəmisindən birinin kapitanı Azərbaycan vətəndaşı, Xaçmaz şəhər sakini 45 yaşlı Fuad Orucov olub.
Axar.az xəbər verir ki, gəmi kapitanının həyat yoldaşı Aytən Orucova hadisə barədə Baku TV-yə açıqlama verib.
"O, 20 ildən artıqdır ki, dənizçidir. Hadisə vaxtı gəmidəki hər kəsi xilas etsə də, özünü qoruya bilməyib. Evdə dörd övladı onun yolunu gözləyirdi", - Aytən Orucova söyləyib.
Qeyd edək ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində dörd Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, 4 nəfərin isə yaralandığı bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 07 İyun 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















