Icma.az
close
up
RU
Helsinkidə başlamışdı, Helsinkidə də başa çatsın!

Helsinkidə başlamışdı, Helsinkidə də başa çatsın!

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun de-yure mövcudluğunun sülhə maneə yaratdığını bildirib. Prezident İlham Əliyev ötən ilin sonlarında Rusiya mətbuatına müsahibəsində deyib ki, ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir.

“Amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?”, - dövlət başçısı bildirib.

Minsk Qrupunun həmsədrlərindən olan Rusiya da sturukturun ləğv edilməsinin tərəfdarı olduğunu bəyan edib. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Minsk Qrupunun ləğv edilməsinin tərəfdarı olduğunu iddia edir, lakin onun bu sözləri əməldə görünmür.

2025-ci ildə ATƏT-in bədnam Minsk Qrupunun ləğv edilməsi ilə bağlı proseslərin başlayacağı gözlənilir. Ekspertlər Bakının prosesi sürətləndirmək üçün bir sıra addımlar atacağını düşünür.

Helsinkidə yaradılmışdı…

Minsk Qrupunun tarixi 1992-ci ilə gedib çıxır. Həmin ilin martın 24-də Finlandiyanın paytaxtı Helsinki şəhərində ATƏM-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilirdi. Görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 1994-cü ildə ATƏT-in Budapeşt şəhərində keçirilən Zirvə Görüşündə həmsədrlik institutu yaradıldı.

Ancaq yaradılmasından keçən 30 ilə yaxın müddət ərzində Minsk Qrupu münaqişənin həllinə nail ola bilməyib. 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi ilə Minsk Qrupunun fəaliyyətinə de-fakto son qoyulub. Buna baxmayaraq qrup de-yure qalmaqdadır.

Rəsmi Bakı bəyan edib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib.

Qeyd edək ki, Minsk Qrupunun yaradılması barədə qərar ATƏT-in Zirvə görüşündə qəbul edildiyi üçün ləğv edilməsi də eyni prosedurlardan keçməlidir. Sammitlərdə qərarlar ümumi razılıq (konsensus) əsasında qəbul olunur. Yəni, qərarların qəbul edilməsi üçün bütün üzv dövlətlərin razılığı tələb olunur. ATƏT-də veto hüququ olmadığı üçün hər bir dövlətin razılığı vacibdir, əks halda qərar qəbul edilmir. Zirvə görüşləri isə müntəzəm olaraq keçirilmir, sammitlərin keçirilməsi üzv ölkələrin razılığına bağlıdır. (Minsk Qrupunun ləğvi ilə bağlı hüquqi prosedurlar barədə daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz)

Helsinkidə də başa çatsın…

Yanvarın 1-dən Finlandiya ATƏT-ə sədrlik etməyə başlayıb. Ölkə sədrliyi dönəmində diqqətini ATƏT prinsiplərini dəstəkləməyə, Ukraynanı dəstəkləməyə və mürəkkəb təhlükəsizlik çağırışlarının həllində təşkilatın dayanıqlığını gücləndirməyə çalışacağını bəyan edib. Finlandiyanın xarici işlər naziri vurğulayıb ki, ATƏT-in Şərqi Avropa, Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada fəaliyyətləri ümumi öhdəliklərin və hərtərəfli təhlükəsizlik konsepsiyasının həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Finlandiyanın ATƏT-ə rəhbərliyi bu ölkəyə təşkilatla bağlı bir sıra səlahiyyətlər verir. Birincisi, Finlandiya ATƏT-in siyasi və idarəetmə işlərini koordinasiya edəcək və ATƏT-in Vyanada yerləşən Daimi Şurasına Finlandiyanın təşkilatdakı nümayəndəsi rəhbərlik edəcək. İkincisi, sədr ölkə ATƏT çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, nazirlərin iclasları və tematik konfransları təşkil edir. Həmçinin, bu toplantıların gündəliyini müəyyənləşdirir.

Yeri gəlmişkən bu il ATƏT-in hüquqi əsasını təşkil edən Helsinki Yekun Aktının qəbul edilməsinin 50 ili tamam olur. Belə bir tarixi ildə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı proseslərin əsasının qoyulmasında Finlandiyanın böyük rolu ola bilər. Finlandiya ATƏT-in fəaliyyətsiz qurumlarının ləğvi prosesini yekunlaşdırmaqla təşkilatın nüfuzunu qaldıra və sədrliyini uğurla tamamlaya bilər.

Beləliklə, Finlandiyanın Minsk Qrupunun ləğvi ilə bağlı görə biləcəyi işlər aşağıdakılardır:

1. Finlandiya Helsinki Yekun Aktının prinsiplərinə istinad edə edərək Minsk Qrupuna artıq ehtiyac olmadığını bəyan etməli və bu barədə müzakirələri başlatmalıdır.

2. Minsk Qrupunun ləğv edilməsi ilə bağlı üzv dövlətlər arasında genişmiqyaslı məsləhətləşmələr təşkil edə bilər. Bu müzakirələr qrupun ləğvi ilə bağlı qərar verməzdən əvvəl konsensus yaratmaq üçün vacibdir.

3. Minsk Qrupunun ləğvi ilə bağlı məsələləri ATƏT-in Daimi Şurasının və ya Nazirlər Şurasının gündəliyinə daxil edə bilər. Bununla məsələ rəsmi müzakirə səviyyəsinə qalxacaq.

4. Minsk Qrupunun ləğv edilməsinin mümkün hüquqi, təşkilati və siyasi nəticələrini araşdırmaq üçün müstəqil ekspertlərdən ibarət xüsusi işçi qrup yarada bilər.

5. ATƏT-in sammitini çağıra və dövlət başçılarının görüşünün gündəliyinə Minsk Qrupunun ləğvini daxil edə bilər.

Nəticə etibarilə, ATƏT-in Minsk Qrupu mövcud siyasi reallıqlarda artıq lazımsız struktur hesab edilir. Helsinki bu missiyanın başlandığı məkan kimi onun tarixə qovuşduğu platforma da ola bilər.

Modern Araşdırma və Analiz Qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Yanvar 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see261

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see238

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see235

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see224

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see217

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see217

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see199

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see195

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see188

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see183

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see169

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see168

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see167

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see164

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see162

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see159

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see159

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see157

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see155

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri