Icma.az
close
up
RU
Helsinkidə “Şanlı Zəfər” tədbiri keçirilib

Helsinkidə “Şanlı Zəfər” tədbiri keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Stokholm, 1 noyabr, Nərgiz Cəfərli, АZƏRTAC

Finlandiyanın paytaxtı Helsinkidə yerləşən “Epicenter” mərkəzində “Azərbaycan Evi”nin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondu və AzərTürk Gənclər Təşkilatının birgə təşəbbüsü ilə Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Finlandiyada yaşayan Azərbaycan icmasının üzvləri, həmçinin Türkiyə, Pakistan, İsveç və digər dost ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları və diaspor təmsilçiləri iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra “Azərbaycan Evi”nin rəhbəri Ülviyyə Cabbarova Zəfər Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb. O vurğulayıb ki, 8 Noyabr təkcə qələbənin deyil, həm də milli birliyin və xalqın sarsılmaz iradəsinin rəmzidir.

“Bu gün biz yalnız torpaqlarımızın azadlığını deyil, həm də xalqımızın mənəvi bütövlüyünü qeyd edirik. Qəhrəman Ordumuzun və şəhidlərimizin sayəsində milli qürurumuz bərpa olundu. Biz bu ruhu gələcək nəsillərə ötürmək məsuliyyətini daşıyırıq”, – deyə Ü. Cabbarova bildirib.

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin birinci katibi Rəşad Əliyev çıxışında qeyd edib ki, Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq və ədalət uğrunda mübarizəsinin zirvəsidir. Diplomat vurğulayıb ki, bu qələbə təkcə hərbi deyil, həm də diplomatik və mənəvi cəhətdən böyük bir uğurun nəticəsidir.

“Xaricdə yaşayan həmvətənlərimizin bu qələbədəki mənəvi dəstəyi unudulmazdır,” – deyə diplomat bildirib.

Türkiyə Respublikasının Finlandiyadakı hərbi attaşesi Erdal Köksal da çıxış edərək Azərbaycan xalqını və Ordusunu Zəfər münasibətilə təbrik edib. O vurğulayıb ki, 8 Noyabr yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün qürur günüdür.

Pakistan icmasının nümayəndəsi, “PinFin – Pakistanis in Finland” təşkilatının təmsilçisi Səbah Xan çıxışında Azərbaycan xalqını təbrik edib və iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin hər zaman möhkəm qalacağını vurğulayıb.

“Azərbaycan xalqının birliyi, cəsarəti və dözümlülüyü bütün dünyaya nümunədir. Pakistan hər zaman Azərbaycanın yanında olacaq”, – deyə Səbah Xan bildirib.

Tədbir çərçivəsində “Zəfər – Son işğal” adlı qısametrajlı video və Finlandiyada yaşayan azərbaycanlı gənclərin hazırladığı “Qələbə ruhu” adlı təqdimat nümayiş etdirilib. Hər iki videoda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq, fədakarlıq və milli birliyin təntənəsi öz əksini tapıb.

Mərasim zəngin konsert proqramı ilə davam edib. Səhnədə əməkdar artistlər Elçin Abbasov (tar) və Toğrul Əsədullayev (kamança), “Zəfər TV” muğam müsabiqəsinin laureatı Rəvan Qaçayev və nağara ifaçısı Əli Məlikov çıxış ediblər.

Rəvan Qaçayevin muğam, aşıq və estrada janrlarını birləşdirən ifası tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb. Onun çıxışı Zəfər ruhunu və xalqımızın qürurunu dolğun şəkildə ifadə edib.

Tədbir çərçivəsində rəssam Nərminə Əliyevanın “Güclü ruhlara ithaf – Qarabağ kolleksiyası” adlı fərdi sərgisi də təqdim olunub. Sərgidə Qarabağ mövzusunda çəkilmiş əsərlər vasitəsilə rəssamın vətənpərvərlik duyğuları və şəhidlərə dərin ehtiramı tamaşaçılara çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see286

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see270

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see261

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see261

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see257

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see249

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see243

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see235

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see219

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see212

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see210

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see195

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see186

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see185

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri