Icma.az
close
up
RU
Həm baha, həm keyfiyyətsiz: “Daxili bazarda nəzarət mexanizmlərinin...”

Həm baha, həm keyfiyyətsiz: “Daxili bazarda nəzarət mexanizmlərinin...”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 3 oktyabr 2025-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.

İclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 6 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 45 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib. Məsələn, əvəllər 5,00 manat olan Paracetamol 500 mg (20 həb) dərmanının yeni yuxarı satış qiyməti 6,50 manatdır. Bu, təxminən 30 % artım deməkdir.

Bir sıra dərmanların qiyməti artırılsa da, vətəndaşlar təkcə qiymət artımından narahat deyil. Ən böyük problem dərmanların keyfiyyətinə dair suallardır. 

İnsanlar dərman alanda onun keyfiyyətli olmasını istəyir, lakin bu sahədə problemlər hələ də davam edir.Bəs niyə qiymət artımı ilə yanaşı keyfiyyətə nəzarət mexanizmləri də gücləndirilmir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, daxili bazarda nəzarət mexanizmlərinin tam işləməməsi ciddi məsələdir:

"Dərmanların qiymətinin artırılması ilə bağlı qərarlar adətən iqtisadi və inzibati səbəblərlə əsaslandırılır. Məsələn, idxal xərclərinin, istehsal və logistika qiymətlərinin artması, valyuta məzənnəsi fərqləri və s. Lakin bu qərarlar çox zaman keyfiyyətə nəzarət mexanizmləri ilə paralel şəkildə gücləndirilmir, bu da vətəndaşların haqlı narazılığına səbəb olur.

Əsas problemlərdən biri qiymət artımı ilə keyfiyyət nəzarətinin müxtəlif dövlət orqanlarının səlahiyyətində olmasıdır. Qiymətləri İqtisadiyyat Nazirliyi və Tarif (qiymət) Şurası müəyyən edir, keyfiyyətə nəzarəti isə Səhiyyə Nazirliyi və Analitik Ekspertiza Mərkəzi həyata keçirir. Bu iki qurum arasında real koordinasiya zəifdir.

Bəzi hallarda dərman partiyaları laboratoriya sınaqlarından keçmədən satışa çıxarılır və keyfiyyətsiz məhsullar sonradan aşkarlanır. Bu, mexanizmlərin təkmilləşdirilməsini və hər bir dərman partiyasının mütləq laborator sınaqdan keçirilməsini zəruri edir".

Onun sözlərinə görə, idxalçılar eyni dərmanı müxtəlif ölkələrdən gətirir, lakin onların keyfiyyəti arasında kəskin fərqlər var:

“Qiymət isə ümumi kateqoriya üzrə artırılır. Bu uyğunsuzluq aradan qaldırılmalıdır. Şəffaflıq məsələsi də önəmlidir. Vətəndaşlar dərmanların hansı ölkədən gətirildiyini, laboratoriya nəticələrini və keyfiyyət sertifikatlarını görə bilmirlər. Əgər bu məlumatlar ictimaiyyət üçün açıq olsa, həm bazarda keyfiyyətsiz məhsullar azalardı, həm də insanların inamı artardı.

Eyni zamanda, laboratoriyaların maddi-texniki imkanları da məhduddur. Bütün dərman növlərini mütəmadi analiz etmək mümkün olmur, xüsusilə də ucuz və satış həcmi az olan preparatlar çox zaman diqqətdən kənarda qalır".

Ekspert qeyd edib ki, problemin həlli üçün bir neçə addım atılmalıdır:

"Tarif artımı yalnız keyfiyyət auditi nəticələri ilə yanaşı həyata keçirilməlidir. Həmçinin, dərman idxalçıları mütəmadi olaraq keyfiyyət sertifikatlaşdırmasına cəlb olunmalıdır. 

İctimaiyyət üçün xüsusi “dərman keyfiyyət reyestri” yaradılmalıdır. Vətəndaşlar bu reyestr vasitəsilə istənilən dərmanın mənşəyini, laborator analizlərini və keyfiyyət göstəricilərini görə bilməlidirlər.

Yerli istehsal gücləndirilməli, amma bu istehsal da ciddi laborator nəzarət altında olmalıdır. Beləliklə, həm qiymət, həm də keyfiyyət məsələlərinin paralel tənzimlənməsi vətəndaşların sağlamlığını qorumaq üçün ən vacib şərtdir".

Gülər 
"Cebheinfo.az"

Açar sözlər: dərman Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri