Gürcü nazir: Gürcüstanda həm daxili, həm də beynəlxalq əlaqələrə təsir edən layihələr həyata keçirilir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 21 oktyabr, AZƏRTAC
Gürcüstanda həm daxili, həm də beynəlxalq əlaqələrə təsir edən irimiqyaslı infrastruktur layihələri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Gulf News” telekanalına müsahibəsində bildirib.
Nazir Anaklia dərin özüllü limanının, Vazianidə yeni Tbilisi beynəlxalq hava limanının, Şərq-Qərb magistral yolu, dəmir yolunun modernləşdirilməsi layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, müasir logistika mərkəzlərinin inkişafının əhəmiyyətini qeyd edib.
“Enerji əlaqəsi ölkə üçün digər prioritet sahədir. Qara dəniz sualtı elektrik kabeli xüsusi əhəmiyyət kəsb edir. Bu, Avropa İttifaqı ilə Cənubi Qafqaz regionu arasında tranzit imkanlarını artıracaq və Aİ-nin enerji mənbələrinin şaxələndirilməsində Gürcüstanın rolunu gücləndirəcək”, - deyə Mariam Kvrivişvili vurğulayıb.
Nazir deyib ki, strateji layihələr və beynəlxalq tərəfdaşlıqlar iqtisadiyyata müsbət təsir göstərir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Oktyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















