Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar? RƏSMİ AÇIQLAMA
Icma.az, Bizim media saytına istinadən bildirir.
Bağçalara elektron növbəyə yazılma prosesi davam edir. Bu proseslə bağlı valideynlər arasında müxtəlif suallar yaranır. Onlardan biri də valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərən özəl bağçaya növbəyə yazılmağın dövlət bağçasındakı növbəyə təsir edib-etməməsi ilə bağlıdır.
Yəni dövlət bağçasına növbəyə yazılmış şəxslər özəl bağçada da növbə götürürsə, avtomatik olaraq dövlətdə bağçası üçün növbədən silinmiş olurlar?
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, valideynlər övladları üçün həm dövlət məktəbəqədər təhsil müəssisəsində, həm də dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisəsində növbəyə yazıla bilərlər:
“Özəl bağçada növbəyə yazılmaq dövlət bağçasında olan növbənin avtomatik olaraq silinməsinə səbəb olmur. Lakin növbələrdən biri sorğuya çevrildiyi halda, digər müəssisə üzrə növbə sıfırlanır. Bu səbəbdən valideynlər hər iki müəssisədə növbədə qala və sorğu mərhələsinədək seçim imkanlarını saxlaya bilərlər”.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 21 Sentyabr 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















