Icma.az
close
up
RU
Həm Əli Kərimli, həm də Cəmil Həsənli paylaşıbmış: İki ölkəni qarışdıran İTTİFAQ

Həm Əli Kərimli, həm də Cəmil Həsənli paylaşıbmış: İki ölkəni qarışdıran İTTİFAQ

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son dövrlər sosial şəbəkələrdə İrana bağlı qüvvələrin, o cümlədən “Müsəlman hərəkatı” adı altında fəaliyyət göstərən çevrələrin Əli Kərimliyə açıq və israrlı dəstək kampaniyasına başlaması diqqət çəkir.

Bu hərəkata bağlı şəxslərin qısa zaman ərzində video müraciətlər paylaşmaları, emosional ritorika ilə Əli Kərimlini simvolik fiqur kimi təqdim etməyə çalışmaları və onu hətta Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandela ilə müqayisə etmələri ictimai rəydə maraqla izlənilir.

Müzakirə mövzusu təkcə daxili siyasi simpatiyalarla məhdudlaşmır. Məsələ ondan ibarətdir ki, bu fəallığın arxasında xaricdən yönləndirilmiş sifarişin dayandığına dair iddialar getdikcə daha çox səsləndirilir. Xüsusilə İranla əlaqəli dini-siyasi şəbəkələrin bu prosesdə ön plana çıxması kampaniyanın məqsədi, hədəf auditoriyası və zamanlaması ilə bağlı sualları aktuallaşdırır.

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, bu dəstək hər zaman olub:

“Fikrimcə, bu, böyük bir problemdir. Çünki Azərbaycan siyasətçilərinin ölkədə şəriət dövləti qurmaq, eyni zamanda qonşu ölkənin ideologiyasını təbliğ etmək istəyən bir mexanizmin təşkilatını müdafiə etməsi müşahidə olunur.


Fazil Mustafa

Dəfələrlə bu adamlar sözügedən təşkilatın müdafiəsinə qalxıb. “Müsəlman Birliyi” adlı təşkilatın həbsdə olan ilahiyyatçı sədri Taleh Bağırzadənin mətnlərini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Milli Şuranın qurucu üzvlərindən Cəmil Həsəli öz səhifələrində yayıblar. Bu da üzücü bir haldır”.

Deputat Hikmət Babaoğlu isə deyib ki, 1993-cü ildən bu günə qədər Azərbaycanı daxildən və xaricdən sarsıtmaq istəyən güc mərkəzlərinin iş birliyinin ən müxtəlif formalarının şahidi olmuşuq:

“Bir zamanlar özünü demokrat elan edən Əli Kərimlinin Rusiyanın sifarişlərini yerinə yetirən obrazını da görmüşük. Başqa bir vaxt isə onun İrandakı radikal islamçıların sifarişlərini yerinə yetirdiyini müşahidə etmişik. Yəni Əli Kərimlinin öz dağıdıcı məqsədləri üçün hamı ilə ittifaqa girdiyi görünür.


Hikmət Babaoğlu

Bu gün də fars şövinizminin qələbəmizi həzm edə bilməməsi səbəbilə İrandakı çevrələrin AXCP sədrini müdafiə etməsi təəccüblü deyil.

İranın Zəngəzur dəhlizinə bu günə qədərki münasibəti bəllidir. Tehranın daha əvvəl isə erməni terrorçularını dəstəklədiyini bilirdik. Ona görə sosial şəbəkələrdəki aktivlik də, məhz bununla bağlıdır. Əli Kərimli öz xalqı və dövləti ilə ittifaqda olmamaq üçün şeytanla belə ittifaqa getməyə hazırdır. Necə ki, biz o şeytanla ittifaqın şahidiyik.”

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri