Icma.az
close
up
RU
Həm sürücülərin, həm sərnişinlərin şikayət etdiyi beynəlxalq magistral ARAŞDIRMA

Həm sürücülərin, həm sərnişinlərin şikayət etdiyi beynəlxalq magistral ARAŞDIRMA

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizin həm sərnişindaşıma, həm də yükdaşımada əsas arteriyalarından biri İpək yoludur. Bu yol Gürcüstanla Azərbaycanı əlaqələndirir. Həmçinin bu istiqamətdə olan regionlara gediş-gəliş üçün əsas tranzitdir. Həmin magistral yolun Gürcüstan sərhədindən Hacıqabul rayonuna qədər olan hissəsi normal olsa da, Hacıqabul-Bakı hissəsi barədə bunu demək mümkün deyil. Bir müddətdir yolun sıradan çıxan hissələrinə yamaq vurulur. Amma bu da problemi həll etmir. Əksinə, həm sərnişin daşıyan kiçik minik avtomobillərinə, avtobuslara, həm də tranzit yüklər daşıyan iritonnajlı yük maşınlarına təhlükə yaradır. Həm sürücülər şikayət edir, həm də sərnişinlər.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Maliyyə vəsaiti problemi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin yol hissə-hissə təmir olunur, lakin əsaslı təmir edilməsi üçün vəsait lazımdır: "Həmin yolun təmiri nəzərdə tutulur. Aidiyyəti qurumlara maliyyə vəsaiti ayrılması üçün müraciət olunub. Maliyyə vəsaitinin ayrılması gözlənilir. Bu məsələ həllini tapdıqda, həmin yolda əsaslı şəkildə təmir işləri həyata keçiriləcək. Asfalt qatının yenilənməsi planlaşdırılır".

"Yollarımızın bəziləri standartlara cavab vermir"

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun sözlərinə görə, magistral yollara yenidən baxış keçirilməlidir: "Bu yol uzun müddət əvvəl çəkilib. Fikrimcə, infrastrukturla bağlı məsələlər tamamlandıqdan sonra magistral yollara yenidən baxılmalıdır. Əvvəllər çəkilmiş yollar nə qədər təmir edilsələr də, müasir standartlardan kənarda qalırlar".

F.Eyyubovun fikrincə, bütün yollar üçün müasir standartların tətbiqi vacibdir: "Bu günə qədər qeyd olunan məsələlərlə bağlı düzgün yanaşma olmayıb. Hazırda yollarımızın bəzisi köhnədir, standartlara cavab vermir. Bəzisi isə müasir və yüksək səviyyəli çəkilmiş, bütün dünya standartlarına uyğun yollardır. Bunlara baxılmalı, ümumi texniki baxış, monitorinq keçirilməlidir. Çünki İpək yolu beynəlxalq magistral yollardan biridir. Yolun bəzi hissələri sökülüb yenidən salınmalı, bəzi yerləri isə sadəcə bərpa olunmalıdır".

"Keyfiyyət ön planda olmalıdır"

İdarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı-ekspert Asif İbrahimov İpək yolunun ölkəmiz üçün vacib əhəmiyyət daşıdığı qənaətindədir: "Beynəlxalq idarəetmə standartlarına görə yolların da standartları mövcuddur. Bizim ölkəmizdə yol təsərrüfatının sinifləndirilməsi aşağı səviyyədə deyil. Hətta qonşu ölkələrlə müqayisədə daha yüksək səviyyədə olduğunu da söyləyə bilərik. Yolların baxımı, təmir edilməsi, həmçinin yeni yolların salınması istiqamətində işlər görülür. Amma düşünürəm ki, bu işlər həyata keçirilərkən əsas nəzərə alınmalı məqam keyfiyyətdir. Keyfiyyət daha ön planda olmalıdır".

Magistral və şəhərdaxili yollar eyni deyil

Ekspertin fikrincə, magistral yollar şəhər yolları ilə eyni hesab edilməməlidir: "Bakı-Qazax, Bakı-Astara yolunda müəyyən hissənin tez bir zamanda sıradan çıxması halları ilə qarşılaşmaq mümkündür. Buna səbəb böyük yük maşınları ilə qonşu ölkələrə daşımaların həyata keçirilməsidir. Lakin nəzərə almalı olduğumuz məqam odur ki, iritonnajlı yük maşınları hərəkət edən yollarla kiçik minik avtomobillərinin yolları davamlılıq baxımından fərqlənir. O səbəbdən yollar salınarkən bütün bunların nəzərə alınması vacibdir. Texnoloji ardıcıllığa, tikinti normalarına riayət etmək lazımdır. Əgər yollar tez-tez çökürsə, deməli, haradasa bu qaydalara əməl edilməyib".

"Sərt addımlar atılmalıdır"

A.İbrahimovun sözlərinə görə, yolları salmaqla yanaşı, onlara nəzarət olunması da vacibdir: "Əgər bu yol mütəmadi təmir olunur, lakin tez sıradan çıxırsa, təmirin keyfiyyəti müvafiq qurumlar tərəfindən araşdırılmalıdır. Bu istiqamətdə çox sərt addımlar atılmalıdır.

Magistral yollarımızın bir vacib problemi də işıqlandırma ilə bağlıdır. Yolların bəzi hissələri işıqlandırılsa da, əksər ərazilərdə işıq dirəkləri mövcud deyil. Bu da həmin yollarda hərəkət edən nəqliyyat vasitələrinə ciddi çətinliklər yaradır".

31 yerdə 51 tərəzi quraşdırılıb

AYNA-dan da bu yolla bağlı görülən işlər haqqında məlumat verildi: "AYNA ümumi istifadədə olan yol infrastrukturunun qorunması, istismar müddətinin uzadılması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni texnologiyaların tətbiqini daim nəzarətdə saxlayır. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda innovativ mexanizm olan 6 elektron tərəzi quraşdırılıb, digər məntəqələrdə işlər davam edir. Ümumilikdə bu proses 31 yerdə 51 tərəzinin quraşdırılmasını əhatə edir. AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinin məqsədi isə məhz iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarətdir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İnformasiya Sisteminə inteqrasiya olunmuş bu mərkəz elektron tərəzilərdən əldə olunan məlumatları toplayır, emal edir və qanunvericiliklə nəzərdə tutulan qaydada istifadə etməklə iriqabaritli nəqliyyat vasitələrinin qanun pozuntularını aşkar etməyə imkan yaradır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Mart 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri