Icma.az
close
up
RU
Mən sizdən Allaha şikayət edəcəyəm! ARAŞDIRMA

Mən sizdən Allaha şikayət edəcəyəm! ARAŞDIRMA

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

1959-cu il noyabrın 20-də BMT-də Uşaq Hüquqları Bəyannaməsi, 1989-cu ildə isə “Uşaq hüquqları haqqında” Konvensiya qəbul edilib. Hazırda 193 dövlət həmin konvensiyaya qoşulub. Əksər hallarda dəyirmi masalar arxasında qalan bu qanunlar uşaqların hüquqlarını qoruyurmu? Əgər qoruyursa niyə hər gün dünyada 10 min uşaq yetim qalır? Niyə 300 min uşaq əsgər var, 200 mindən çox uşağın əməyi ağır işlərdə istismar edilir? Beynəlxalq qanunlar onlar üçün də müdafiə mexanizmi deyilmi?

Beynəlxalq hesabatlara görə, valideyn himayəsindən məhrum qalan uşaqların ümumi sayı təxminən 140 milyondur, hər gün 10 minə yaxın uşaq yetim qalır. Təbii fəlakətlər, aclıq, epidemiyalar, münaqişələr, müharibələr və miqrasiya kimi böhranlar səbəbindən hər gün bu rəqəm daha da artır.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Beynəlxalq Əmək Təşkilatı (BƏT), Avropa İttifaqı, Qlobal Müsəlmanlara Yardım Təşkilatı (MGR) kimi beynəlxalq qurumlar və QHT-lərin hazırladığı hesabatlardan ümumiləşdirilmiş məlumatlara görə valideyn himayəsindən məhrum olan yüz minlərlə uşağın həyat təhlükəsizliyi, qidalanma, sığınacaq, təhsil və psixoloji ehtiyaclarını qarşılamaq üçün təcili yardıma ehtiyacı var. Dünya əhalisinin 2,2 milyardını təşkil edən uşaqların müxtəlif səbəblərdən müdafiəsiz qaldığı bildirilir.

Beynəlxalq Səhiyyə İdarəetmə Birlikləri Təşkilatının araşdırmasına görə, Afrika qitəsində ən çox kimsəsiz uşaq Nigeriyadadır, burada 17,5 milyon yetim uşaq var. Təkcə 2,5 milyon uşaq valideynlərini HİV xəstəliyindən itirdiyinə görə yetim qalıb. 6 milyon yetim uşağı olan Efiopiyada HİV epidemiyasının 14 yaşından kiçik uşaqların yüzdə 44-nün yetim qalmasına səbəb olduğu bildirilir. Uqandada 2,9 milyon uşaq, Syerra-Leonedə 310 min uşaq, Keniyada isə 1 milyon uşaq bu xəstəlik səbəbindən valideynlərini itirib. Dünyada HİV virusu ilə yetim qalan uşaqların sayı 13 milyonu ötüb.

UNICEF-in məlumatına görə, bu gün 30-dan çox ölkədə təxminən 300 min uşaq əsgər döyüşür. Uşaq əsgərlər, silahlı qruplarda yemək bişirmək, məlumat ötürmək, casusluq etmək, bomba hazırlamaq, mina qoymaq kimi bir çox vəzifəni yerinə yetirir. Bəzi hallarda intiharçı və ya hətta seks köləsi kimi istifadə olunur. Onlar ağlasığmaz vəhşiliklərdə iştirak edir və ya bu vəhşiliyə şahid olurlar. BMT-nin məlumatına görə, uşaq əsgərlərdən ən çox istifadə edən ölkələr arasında Mozambik, Konqo, Myanma, Somali, Sierra Lione, Hindistan, Nigeriya, Pakistan, Əfqanıstan, Filippin, Tayland, Cənubi Sudan, Surinam, Mərkəzi Afrika və Liberiya var. Beynəlxalq hesabatlarda əks olunan məlumatlara görə, BMT-nin Uşaq Hüquqları Konvensiyasını ratifikasiya etmiş bu ölkələr qaçqın uşaqları hədəfə çevirir.

Transmilli terror təşkilatları texnologiyanın dəstəyi ilə təbliğatlarını bir çox ölkəyə yaymağı bacarır. Bu təşkilatlar müharibə, qarşıdurma, aclıq, səfalət, təbii fəlakət səbəbi ilə ölkəsindən və ailəsindən uzaq düşmüş uşaqlara çox böyük təzyiq göstərirlər. BMT-nin “Children and Armed Conflict” illik hesabatının 2024-cü il buraxılışında deyilir ki, 2024-cü ildə 41 min 370 uşağa qarşı qəddarlıq qeydə alınıb ki, bura həm də uşaqların hərbi məqsəd üçün istifadəsi daxildir. Siyahıya uşaqların öldürməsi, yaralanması, məktəbə hücum, hüquqların pozulması və sair hallar da daxildir.

Müharibə və daxili qarşıdurmalar yetimlərin sayını artıran səbəblər sırasındadır. Bu vəziyyətin yaratdığı kütləvi miqrasiya axını ilə müşayiət olunmadan didərgin düşən uşaqlar müxtəlif cinayətkar təşkilatların tələsinə düşürlər. Uşaqları gözləyən təhlükələr arasında ağır əmək, uşaq döyüşçülər, orqan və fahişəlik mafiyası ön plandadır.

Beynəlxalq Əmək Təşkilatının “Uşaq Əməyi” hesabatına görə, dünyada 5-17 yaş arasında ən azı 218 milyon uşaq işçi var və onlardan ən azı 73 milyonu təhlükəli işlərdə çalışır. Son 10 ildə dünyada 2 milyondan çox uşaq münaqişələr nəticəsində həlak olub, 1 milyondan çoxu yetim qalıb, 6 milyondan çox uşaq ağır yaralanıb və qalan ömrünü əlilliklə davam etdirməli olub. Kimsəsiz qalan uşaqlar hələ də Əfqanıstan, Suriya, Pakistan, Afrika və Yaxın Şərq ölkələrindən qaçaraq başqa ölkələrə gedirlər. Getdikləri ölkələrdə immiqrant uşaqlar müxtəlif qruplar tərəfindən qeyri-qanuni məqsədlər üçün istismar edilir.

Avropa İttifaqı Polis Xidməti hələ 2016-cı ildə əksəriyyəti Suriya və Əfqanıstandan olan 63 min qaçqın uşağın Avropaya gəldiyini və onlardan 10 minə yaxınının Avropada itdiyini açıqlamışdı. İtkin uşaqlarla bağlı 26 ölkədə fəaliyyət göstərən “Avropada itkin uşaqlar” adlı beynəlxalq QHT-nin məlumatlarına görə, 2014-2017-ci illər arasında qitədə itkin düşən qaçqın uşaqların sayı 30 min olub. QHT-nin məlumatına görə son 5 ildə xüsusilə Əfqanıstan, Suriya və Eritreyadan 200 min kimsəsiz uşaq Avropaya gəlib. Bu uşaqların 700 nəfəri Avropaya gedən yolda həlak olub.

2019-2021-ci illərdə dünyada 18 min 291 uşaq itkin düşüb. Bu rəqəmlərin ailələrin hüquq-mühafizə orqanlarına xəbərdarlıqları əsasında aparılan qeydlərə əsaslandığını nəzərə alsaq, bildirilməyən və qeydiyyatı olmayan çoxlu sayda kimsəsiz uşaq olduğunu təxmin edə bilərik. 2024-cü ildə ICMEC (İtkin və İstismar Olunan Uşaqlar üzrə Beynəlxalq Mərkəz) məlumatlarına görə, 13 yaşadək təxminən 18 min 100 uşaq, 14–17 yaş arasında isə 80 min 800 gənc itkin düşüb. Kanadada 2024-də 32 min 860 uşaq itkin kimi qeydə alınıb. Cənubi Koreyada 2024-cü ildə 25 min 692 uşaq itkin düşənlərin qeydiyyatında olub. Rumıniyada 9888 uşağın 2024-cü ildə itkin qeydiyyatında olduğu bildirilir.

Dünyanın hər yerində zülmə məruz qalan, döyülən, işgəncə görən, istismar edilən uşaqlar var. Dünyanın hər yerində uşaqlar təmizdir, safdır, günahsızdır. Dünyanın hər yerində uşaqlar öləndə, öldürüləndə, ac qalanda, istismar ediləndə insanlığa və onları qorumayan beynəlxalq qanunlara “tfu!” edirlər səssizcə. Üsyan edə bilmirlər, müqavimət göstərə bilmirlər, özlərini qoruya bilmirlər. Hər gün daha da vəhşiləşən dünyaya etirazları da səssiz olur.

Lalə Mehralı

PS: Suriya müharibəsi, 2014-cü il. Bombardmandan yaralı çıxarılmış 3-4 yaşlarında körpə oğlan uşağının son nəfəsində “Mən sizdən Allaha şikayət edəcəm, hər şeyi ona danışacam” deyib can verməsi dünyanın və o körpəni qorumayan beynəlxalq qanunların üzünə tüpürmək demək deyildimi?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see489

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see319

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see253

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see219

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see219

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see169

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see158

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see156

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see154

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri