Səsvermə ilə bağlı həm rəsmi, həm də qeyri rəsmi formada şikayət daxil olmayıb Rövzət Qasımov
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Gün ərzində media mənsubları, MSK təmsilçiləri prosesi bütün mümkün vasitələrlə izlədi, təəssürat odur ki, seçki qanunvericiliyin tələblərinə uyğun formada keçirilib.
Redaktor.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, seçkinin gedişatı məqbul qəbul edilə bilər.
Sədr müavini bildirib ki, hələlik həm rəsmi, həm də qeyri-rəsmi formada şikayət daxil olmayıb: “Qaynar xəttimizə sorğu tipli 35-ə yaxın müraciət daxil olub”.
R.Qasımov onu da əlavə edib ki, seçki prosesində iştirak edən müşahidəçilərin qənaəti müsbətdir: “Ümid edirik ki, seçki prosesinin sonuna qədər müsbət qənaət dəyişməz olaraq qalacaq”.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 29 Yanvar 2025 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















