Icma.az
close
up
RU
“HƏMAS ın tərksilahı olmadan sülhdən danışmaq absurddur” İsrailli politoloqdan sensasion açıqlamalar

“HƏMAS ın tərksilahı olmadan sülhdən danışmaq absurddur” İsrailli politoloqdan sensasion açıqlamalar

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlərdə Fələstin dövlətini tanıyan ölkələrin sayı artıb. Belə bir şəraitdə İsrailin hansı addımlar atacağı, bölgədə sülh prosesinə necə təsir göstərəcəyi diqqət mərkəzindədir. Fələstin dövlətini tanıyan ölkələrin sayının artması İsraili beynəlxalq aləmdə hansı təzyiqlərlə üz-üzə qoyur? Bəs İsrail mövcud vəziyyəti dəyişmək və prosesləri dayandırmaq üçün hansı siyasi və ya diplomatik planlar hazırlaya bilər? 

Moderator.az-a danışan israilli politoloq Avraam Şmuleviç  deyib ki, son bir həftədə Fələstinin  “tanınma” mövzusu BMT Baş Assambleyasının kuluarlarında əsas siyasi vasitəyə çevrilib:

“Parisdə bu qərar daxildə gərginliklərə səbəb olub. Bələdiyyə binalarında fələstin bayraqlarının qaldırılması ilə bağlı məhkəmə çəkişmələri də var. Bu göstərir ki, tanınma prosesi həmin ölkələrin daxilində də çox siyasiləşmiş və kövrəkdir.

İsrail üçün əsas nəticə — beynəlxalq instansiyalarda elə bir narrativin bərqərar olunması cəhdidir ki, İsrail Müdafiə Ordusunun ərazilərdə atdığı hər bir addım avtomatik olaraq “suveren dövlətə qarşı hərəkət” kimi yozulur. Bu isə beynəlxalq məhkəmələrdə, sanksiya mexanizmlərində və çoxtərəfli təşkilatlarda İsrailə qarşı hüquqi təzyiq (lawfare) təşəbbüslərinə qapı açır. Baş nazir Netanyahunun sözlərinə görə, belə bir tanınma “İsrailin mövcudluğu üçün təhlükəlidir” və “terrorun absur dərəcədə mükafatlandırılmasıdır” — o, məhz bu tezisi BMT-də səsləndirdi.

Qeyd edim ki, Britaniyanın  Fələstin dövlətini tanıması ətrafında artıq mandat dövrünün “kompensasiya hesabları” mövzusu yaranıb, sosial şəbəkələrdə və tabloidlərdə şişirdilmiş rəqəmlər dolaşır. Hüquqi cəhətdən trilyonlarla dollarlıq iddiaların təsdiqi yoxdur — bu, daha çox Londondakı qərar ətrafında gedən siyasi kampaniyanın və informasiya səs-küyünün elementidir.

İsrailin əsas təhlükəsizlik tələblərini nəzərə almadan həyata keçirilən tanınma sülhü yaxınlaşdırmır. Bu, beynəlxalq müstəvidə belə bir siqnal göndərir ki, 07.10.2023 tarixində baş verən silahlı aqressiya və girovların saxlanılması diplomatik üstünlüklərə mane olmur. Məhz buna görə də Netanyahunun irəli sürdüyü “güclə sülh” formulu gündəmdədir — əvvəlcə silahların təhvil verilməsi və terrorun dayandırılması, yalnız bundan sonra siyasi proses. Bu, sadəcə ritorika deyil, 07.10 hadisələrindən sonra yaşamaq üçün şərtdir”.

Politoloq qeyd edib ki,  İsrailin mesajlarının məğzi olduqca aydındır: terrorçuluqla və “sürətləndirilmiş” tanınmalarla səbəb-nəticə əlaqəsinin təsbit olunması, təhlükəsizliyin ilkin şərt kimi tələb edilməsi, eyni zamanda təcridetmə kampaniyaları ehtimalına qarşı strateji muxtariyyətə yönəlmək:

“Fransanın nümunəsi buna bariz misaldır: Paris öz tanınmasını “siyasi həll naminə atılmış addım” kimi izah etməyə çalışır, eyni zamanda 07.10-un ağırlığını da inkar etmir. Mənim tövsiyələrim baş nazirin açıq xətti və daha öncə sizinlə müzakirə etdiyimiz mövqelə üst-üstə düşür.

Diplomatik əks-hücum və hüquqi çərçivələr. Hər bir tanınmanı yoxlanıla bilən şərtlərlə bağlamaq: girovların dərhal azad edilməsi, HƏMAS-ın silahsızlaşdırılması və buraxılması, 07.10-un təşkilatçılarının Ramallada məhkəmə məsuliyyətinə cəlb olunması, HƏMAS-ın yenidən canlanmasının qadağan edilməsi, “çaydan dənizə qədər” çağırışlarına görə cinayət məsuliyyəti. 

Lawfare-in bloklanması -  Tanınmadan istifadə edərək məhkəmələrdə və beynəlxalq qurumlarda təzyiq göstərmək cəhdlərinə cavab olaraq simmetrik hüquqi tədbirlər paketi hazırlamaq.

Avropa konturundan kənar koalisiyalar - İran xəttində və proksi şəbəkələrə qarşı ABŞ və əsas regional oyunçularla treki möhkəmləndirmək, eləcə də Asiya və Afrikadakı ölkələrlə işləmək — burada “terror üçün mükafat” ritorikası başa düşülür. 

Strateji muxtariyyət — “Afina + super Sparta”. Hər hansı təcridetmə cəhdləri tarixi baxımdan bizim texnoloji özünəqənaətimizi sürətləndirib: 1967-ci ilin fransız embarqosu Nesher və sonra Kfir-in yaradılmasına təkan verdi, Britaniyanın Chieftain ötürməməsi öz tank məktəbimizin formalaşmasına və nəticədə Merkava seriyasına gətirdi. Bu şərtlər yerinə yetirilmədən — heç bir “dövlətçilik” ola bilməz. Bu, sülh haqqında şüarları hüquqi baxımdan məcburi mexanizmlərə çevirməyin yeganə yoludur.

 Bu gün İsrail uzunmüddətli davamlılığın elementi kimi zirehli texnika və pilotsuz uçuş aparatlarının istehsalını yenidən genişləndirir”.

İsrailli politoloqun fikrincə, Qərbdə antisemitizmin və siyasi qeyri-sabitliyin artması repatriasiya meyllərini obyektiv olaraq gücləndirir:

“İsrail üçün bu insan kapitalı üzrə strateji resursdur — inkişafı sürətləndirə və müdafiəni möhkəmləndirə bilər. Burada 2026-cı il və ondan sonrakı dövr üçün ayrıca dövlət proqram paketinə ehtiyac var.

Tanımalar dalğası sülhə doğru irəliləyiş demək deyil. Bu, BMT-də hüquqi mübarizə (lawfare) riskini artırır və Fələstin elitalarını təhlükəsizlik sahəsində real islahatlardan uzaqlaşdırır.

Həqiqi deeskalasiya yalnız sərt ardıcıllıqla mümkündür: əvvəlcə girovların azad edilməsi, silahsızlaşdırma və 07.10 təşkilatçılarının məhkəməsi, yalnız bundan sonra — status üzrə danışıqlar. 2025-ci ildə başqa hər hansı “sürətli yol xəritəsi” növbəti zorakılıq dalğasına reseptdir.

İsrail həm diplomatik meydanlarda, həm də iqtisadi-güc alətləri ilə cavab verəcək. Sülh yalnız bu formulda mümkündür: əvvəlcə təhlükəsizlik, sonra siyasət.

İsrail diplomatik çəkindirməni strateji muxtariyyətin gücləndirilməsi ilə birləşdirir. Tarix göstərir ki, embarqo və boykotlar İsraildə zəiflik deyil, sənaye-texnoloji cavablar doğurur”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri