Icma.az
close
up
RU
HƏMAS Qəzzanı təhvil verməyə hazırlaşır....

HƏMAS Qəzzanı təhvil verməyə hazırlaşır....

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail və ABŞ-dan hansı addım gözlənilir?

Yaxın zamanda HƏMAS Qəzzadan geri çəkilə bilər - qeyd edək ki, HƏMAS hərəkatının rəhbərliyi Qəzza zolağını Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduqlarını bəyan edib. “Sky News Arabia” telekanalı bildirib ki, rəsmi Qahirə HƏMAS-ı Fələstin Azadlıq Təşkilatı ilə təmaslar qurmağa və Qəzzanı onun nəzarətinə verməyə vadar edir. Lakin HƏMAS da Qahirə ilə danışıqlarda bunun müqabilində bəzi şərtlər irəli sürüb - hərəkat yeni administrasiyada təmsil olunmaq və pensiya ödənişləri ilə təmin olunmaq istəyir.

Bəzi ekspertlərin fikrincə, HƏMAS-ın Qəzzanı Fələstin Milli Administrasiyasına təhvil verməsi o qədər də inandırıcı görünmür. Eyni zamanda onlar hesab edirlər ki, HƏMAS təkid etsə də, Misir və İordaniya Qəzza zolağının Fələstin hakimiyyətinin nəzarətinə keçməsinə çalışacaqlar, çünki hər iki ölkə bunda çox maraqlıdır. Ən əsas mübahisə isə Qəzzada Mahmud Abbas hakimiyyətinin bərqərar olunacağı təqdirdə, Netanyahu hakimiyyəti və Tramp administrasiyasının onunla bu bölgədə əməkdaşlıq etməkdə maraqlı olub-olmayacağı sualı ətrafında aparılır.

Ekspertlər onu da vurğulayırlar ki, Qəzzada hakimiyyət Fələstin Milli Administrasiyasının nəzarətinə keçsə belə, bu, bölgədə ciddi dəyişikliklərə gətirib çıxarmayacaq.

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, HƏMAS-ın Qəzzanı Fələstin Milli Administrasiyasına  təhvil verməyə hazır olması əslində ciddi məqamlardan xəbər verir: “Uzun illərdi ki, HƏMAS Fələstin Azadlıq Təşkilatından fərqli olaraq, İsrailə qarşı daha radikal mövqe sərgiləyir. Qəzza zolağına nəzarəti itirmək HƏMAS üçün böyük siyasi və hərbi itki deməkdir.  Gorünür,  son proseslər, eləcə də ciddi beynəlxalq və regional təzyiqlər HƏMAS-ı geri addım atmağa vadar edib. Lakin HƏMAS-ın dövlət qulluqçularının yeni administrasiyada yer alması və pensiya təminatı kimi tələbləri göstərir ki, o, Qəzzadan tam olaraq geri çəkilməyəcək, bu məsələdə daha çox güzəşt əldə etmək istəyir. Bu, həm də gələcəkdə onların təsirini qoruyub saxlaması üçün bir mexanizm ola bilər. Nəzərə almaq lazımdır ki, Qəzza zolağında HƏMAS-ın kifayət qədər nüfuzu qalmaqdadır”.

Misir və İordaniyanın marağı nədir?

“Misir və İordaniya isə əsasən, bölgədə sabitliyin qorunmasında maraqlıdırlar. Qəzza üzərində Fələstin Milli Administrasiyasının nəzarəti bərpa olunarsa, bu, Qahirə üçün təhlükəsizlik baxımından faydalı olacaq, çünki hazırda Misir öz ərazisi olan Sinay yarımadasında radikal islamçı qruplarla mübarizə aparır. HƏMAS-ın “İxvan” - Müsəlman Qardaşları təşkilatına bağlılığı səbəbi ilə Misirin mövcud iqtidarına müxalifət təşkil edir”.  İordaniyaya gəlincə, V.Zifəroğlu qeyd edib: “İordaniya isə Fələstin məsələsində daha çox diplomatik oyunçu rolunda çıxış edir və Mahmud Abbas administrasiyasının güclənməsinə dəstək vermək istəyir”.

FMA Netanyahu üçün münasib ola bilər, amma.....

“Netanyahu hakimiyyəti üçün FMA-nın Qəzzaya nəzarəti bərpa etməsi, ilk baxışdan, HƏMAS-ın zəifləməsi kimi görünə bilər. Lakin İsrail üçün daha önəmli məsələ Fələstin dövlətçiliyinin əngəllənməsidir. O, FMA-nın güclənməsini istəməyə bilər, lakin HƏMAS-ı da özü üçün olduqca ciddi təhlükə kimi görür. Sözsüz ki, yaxın zamanda Baş nazir Benyamin Netanyahu buna öz münasibətini bildirəcək,” - deyə V.Zifəroğlu vurğulayıb.

Bəs, Tramp administrasiyası?

Ekspert bildirib ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq siyasətində daha çox regionda İsrailin maraqlarını təmin etməyə çalışacaq: “Tramp administrasiyasına gəldikdə isə, onların əsas prioriteti İsrailin maraqlarına uyğun olan hər hansı razılaşmadır. Nəticə etibarı ilə HƏMAS-ın bu addımı müəyyən mənada daha çox taktik, gediş kimi görünür”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Fevral 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri