Icma.az
close
up
RU
HƏMAS silahsızlanma iddialarına cavab verib

HƏMAS silahsızlanma iddialarına cavab verib

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

HƏMAS ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun “HƏMAS-ın tərksilah etməyə hazır olduğunu bildirib” iddialarına cavab verib.

Bizimyol.info xəbər verir ki, HƏMAS-ın bəyanatında "Müstəqil Fələstin Dövləti qurulana qədər bu hüquqdan heç vaxt əl çəkməyəcəyik" deyilir.

“İsrail işğalı davam etdiyi müddətcə müqavimətin və onun silahlarının milli və qanuni hüquq olduğunu bir daha təsdiq edirik. Bütün milli hüquqlarımız, xüsusən paytaxtı Qüds olan müstəqil və tam suveren Fələstin Dövləti qurulana qədər bu hüquqdan heç vaxt imtina etməyəcəyik”, - deyə HƏMAS-ın bəyanatında qeyd edilir.

Həmas ayrı bir bəyanatda Vitkoffun dünən ABŞ-İsrailin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fonduna (GHF) aid yardım paylama məntəqəsinə səfərini pisləyib.

“Səfər ictimaiyyəti çaşdırmaq, işğalın imicini cilalamaq, Qəzza zolağında uşaqların və silahsız mülki şəxslərin sistematik şəkildə öldürülməsi və aclığın idarə edilməsi üçün siyasi ört-basdır etmək məqsədi daşıyan əvvəlcədən hazırlanmış teatr tamaşasından başqa bir şey deyil”, - deyə bəyanatda bildirilir.

O da vurğulanıb ki, Vitkoffun yardım paylanmasını dinc xarakterli göstərməyə çalışan yalnış ifadələri və təbliğat səyləri reallıqla ziddiyyət təşkil edir: “İşğalçı ordunun qətl və soyqırım silsiləsini başa çatdırmaq üçün yaradılmış Qəzza Fondunun qeyri-insani əməkdaşlarının güllələri ilə aclıqdan çəkən 1300-dən çox günahsız insan öldürülüb. ABŞ administrasiyası bütün dünyanın gözü qarşısında baş verən aclıq və soyqırım cinayətində tam ortaqdır”,- deyilir.

Bəyanatda ABŞ administrasiyasına çağırış edilib: “Biz ABŞ administrasiyasını Qəzzada əsrin cinayətinə görə tarixi məsuliyyətini qəbul etməyə, bu cinayəti ört-basdır etməyi dayandırmağa və təcavüzə, işğalçı ordunun çıxarılmasına və xalqımıza qarşı ədalətsiz mühasirənin aradan qaldırılmasına son qoyacaq atəşkəs razılaşmasına doğru irəliləməyə çağırırıq. Əks halda, işğalçı siyasət və rüsvayçı pozuntularla bağlı qalmaq yalnız humanitar fəlakəti dərinləşdirəcək, Fələstində və regionda münaqişəni davam etdirəcək”.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Avqust 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see271

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see221

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see215

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see213

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see209

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see209

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see206

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see204

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see204

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see202

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see200

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see198

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see197

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see193

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see193

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see191

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see190

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see185

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri