Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hematoloq: Azərbaycanda 3040 faiz uşaqlarda bu xəstəliyə rast gəlinir

Hematoloq: Azərbaycanda 3040 faiz uşaqlarda bu xəstəliyə rast gəlinir

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Bu gün ölkə üzrə qan azlığından əziyyət çəkən uşaqların sayı artmaqdadır.

Bizim qan azlığı kimi bildiyimiz bu anemiyalar isə çox ciddi fəsadlara, ağır xəstəliklərə və nəhayət, ölümə səbəb ola bilər.

Bəs bu xəstəliklərdən və onun gətirdiyi leykoz, leykemiya, talassemiya xəstəliklərindən qorunmağın yolları varmı? Hansı qidalardan istifadə edilməli, hansı qaydalara əməl olunmalıdır ki, orqanizmdə orqanların normal fəaliyyətini təmin edə biləcək qan miqdarı stabil olaraq qalsın?

Oxu.Az-ın bu və digər suallarını Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hematologiya və Qanköçürmə İnstitutunun Uşaq şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Mireldar Babayev cavablandırıb:

- Son dövrlərdə qan azlığından və onun yaratdığı bir çox ağır xəstəliklərdən əziyyət çəkənlərin sayı artıb. Ümumiyyətlə, bu xəstəliyin yaranma səbəbi nədir?

- Bu gün, demək olar ki, bütün xəstəliklərin yaranmasının ilkin səbəblərindən biri anemiyalardır. Anemiya qan azlığı deməkdir. Bunun yaranmasının isə bir çox səbəbləri var. Biz bu səbəbləri irsi və sonradan qazanılmış anemiyalar olaraq iki hissəyə bölürük.

İrsiyyətlə bağlı olan anemiyalar uşaqların ilk aylarında, ilk yaşlarında aşkarlanır və bu səbəbdən də böyüklərlə müqayisədə, uşaqlar arasında anemiyanın rast gəlmə tezliyi daha çoxdur.

İkinci isə sonradan qazanılmış səbəblərdir. Bu gün uşaqlar arasında ən çox rast gəlinən dəmir defisitli anemiyalardır. Bunun yaranması ilk növbədə ananın sağlamlığına bağlıdır. Əgər ananın orqanizmində dəmir mübadiləsinin pozulması müşahidə edilirsə, bu birbaşa onun dünyaya gətirəcəyi uşağa təsir edəcək. Çünki hamiləlik dövründə qidalanmada yaranan problemlər və ya daha öncədən yaşadıqları dəmir çatmazlığı problemləri uşaqların anemiyalarla dünyaya gəlməsinə səbəb olur.

Ümumiyyətlə, təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində bu xəstəlik geniş yayılıb. Elə ölkələr var ki, orada uşaqların 50 faizi dəmir defisitli anemiyadan əziyyət çəkir. Azərbaycanda isə 30-40 faiz uşaqlarda bu xəstəliyə rast gəlinir.

- Bəs irsi anemiyalar və sonradan qazanılmış anemiyalardan hansı daha təhlükəlidir?

- Sonradan qazanılmış anemiyalar özünü müəyyən yaşdan sonra büruzə verir və həkimə müraciət edən zaman onun yaranma səbəbləri araşdırılır. Daha sonra həmin istiqamətdə müalicə üsulu seçilir. İrsi anemiyalar isə birbaşa talassemiyanın, hemoqlapatiya, fermentapatiya, membranopatiya xəstəliyinin olmasından xəbər verir.

Bunlar eritrositlərlə bağlı olan problemlərin öyrənilməsidir. Qan azlığının kökündə birmənalı olaraq eritrositlərin kəmiyyət və keyfiyyət dərəcəsinin normadan aşağı olması dayanır. Buna görə ilk olaraq anemiyaların hansı qrupa aid olması yoxlanır.

Digər səbəblər isə qan yaranmanın pozulması ilə əlaqədar olur ki, bunun da əsası ana bətnində olan zaman başlayır. Uşaqlar dünyaya gələndən sonra 3-5 yaşlarında bu xəstəlik özünü büruzə verməyə başlayır. Sümük iliyində qan yaranmanın pozulması, aplastik anemiya, fankoni anemiya (bu anemiyadan əziyyət çəkən insanlar alçaq boy, sümük iliyi çatışmazlığı, leykemiya və başqa xərçəng növlərinə tutulma ehtimalının yüksəkliyi ilə seçilirlər) isə dərhal eritrosit kütləsi vurulmalıdır ki, orqanizmin normal balansı bərpa olunsun. Vitamin çatışmazlığı, B12 çatışmazlığı ilə əlaqədar yaranan anemiyalar da var.

- Bu qan xəstəliklərinin müalicəsindən alınan müsbət nəticələrdə başqa ölkələrlə müqayisədə artım varmı?

- Əlbəttə, dəqiq diaqnoz qoyulduqdan sonra doğru istiqamətdə aparılan müalicələr xəstəliyin gedişatını zəiflədir. Orqanizmdən asılı olaraq leykozdan tamamilə sağalan uşaqlarımız da olub. Əgər talassemiyadan söhbət gedirsə, onun daşıyıcı, yoxsa xəstə olduğu müəyyənləşdirilməlidir. Yaxud da Azərbaycanın bir sıra bölgələrində, xüsusilə Qəbələ, Oğuz, Şəki rayonlarında daha çox rast gəlinən oraqvari hüceyrə anemiyasını misal göstərmək olar.

Bu xəstəliklər hətta ölümlə nəticələnə bilər. Bu xəstəliklərin ilkin yaranma səbəbləri eyni olsa da, onların hər birinə eyni müalicə üsulu tətbiq etməklə nəticə əldə etmək olmaz. Eelə xəstələr var ki, onlara mütəmadi donor qanları vurulmalıdır. Əks təqdirdə həmin xəstələri itirə bilərik. Adını çəkdiyimiz xəstəliklərin daşıyıcılarına isə donor qanı (eritrosit kütləsi) köçürülmür. Sadəcə olaraq, qan yaranmasını sürətləndirən, qan parçalanmasının isə qarşısını alan dəmir tərkibli preparatlardan istifadə edilir.

- Dəmir defisitli anemiyalarla bağlı ölkədə vəziyyət necədir?

- Dəmir defisitli anemiyalara qadınlarda və azyaşlı uşaqlarda daha çox rast gəlinir. Bunun da bir çox səbəbləri var. Bura qidalanma, fizioloji qanitirmə, ət yeməmək halları daxildir. Kişilərdə isə mədə xorası, onkoloji proses, babasil və digər qanaxmalar nəticəsində yarana bilər.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına görə, bu gün dünya əhalisinin 20 faizi dəmir defisitli anemiyalardan əziyyət çəkir. Erkən aylarda, yaşlarda olan uşaqların, demək olar ki, 50 faizi dəmir defisitli anemiyadan əziyyət çəkir. Məktəb yaşlı uşaqlar arasında isə bu anemiyanın rast gəlmə tezliyi 17,5 faiz təşkil edir.

- Anemiyaların ən ağır forması hansı dərəcə hesab olunur?

- Bilirsiniz, hər bir xəstəliyin müəyyən dərəcəsi var ki, o, qırmızı xətt hesab olunur. Bəzən xəstələr anemiya ilə müraciət edir. Analiz nəticələri göstərir ki, orqanizmdə hemoqlobin miqdarı 50-40 q/l-dir. Bu isə, təəssüf ki, anemiyaların təhlükəli hesab etdiyimiz üçüncü dərəcəsi deməkdir. Onlara  təcili  olaraq qan köçürülməsə, xəstəni itirə bilərik. Hemoqlobinin ideal miqdarı isə 160,7 q/l qəbul olunur.

- Bəs bu gün ölkədə leykoz xəstəliyindən əziyyət çəkən neçə uşaq var? Ötən illərlə müqayisədə artım varmı?

- Bu gün ölkədə leykoz diaqnozu ilə 220 nəfər uşaq qeydiyyatdadır. Hər il bu xəstəliklərlə bağlı 80 uşaq müraciət edir. İlkin olaraq xəstəlik araşdırılır. Müalicə üsulları 2-3 il çəkir. Bu müddət ərzində müalicə metodu doğru aparılarsa, xəstələr tamamilə sağlamlıqlarına qovuşurlar. Son 10-12 il ərzində leykozdan minlərlə uşaq tamamilə sağalıb.

- Leykoz xəstəliyindən ölən uşaqların sayı artırmı?

- Bu rəqəmlərdə artım olduğunu deməzdim. Əksinə, əgər dünyada kəskin leykoz diaqnozundan sağalan xəstələrin sayı 85 faizdirsə, ölkəmizdə 50-60 faizdir. Bu da dünyanın aparıcı ölkələri ilə müqayisədə normal rəqəmlərdir. Səhiyyə sistemi sürətlə inkişaf edir, inanıram ki, yaxın gələcəkdə bu fərq minimuma enəcək.

- Talassemiya xəstəliyi ilə doğulan uşaqların sayı artır.

- Təəssüf ki, bu, birbaşa insanlardan asıldır. Günümüzdə həmin xəstələrin evlənmələrinə də çox rast gəlinmir. Bir müddət əvvələ nəzər salsanız, görərsiniz ki, talassemiya xəstələri 13-15 il sonra dünyalarını dəyişirdilər.

Talassemiya xəstəsi olan cütlük bilməlidir ki, onların nikahından dünyaya gələcək uşaq birmənalı olaraq xəstə doğulacaq. Bu qərarı gözə alırlar və ona görə də bu gün talassemiya diaqnozu ilə doğulan uşaqların sayında artım müşahidə olunur.

- Bəs talassemiya daşıyıcısı olan şəxslərdə necə?

- Talassemiya daşıyıcı olan şəxsin övladı xəstə doğulmur. O, sadəcə, talassemiya daşıyıcısı kimi dünyaya gəlir. Əgər cütlüklərdən biri talassemiya daşıyıcısıdırsa, o, sağlam dünyaya gələ bilər. Çünki digər valideynin genini götürəcək. Ömrünün ilk 3-5 yaşlarında hemoqlobin aşağı olduğu üçün müəyyən çətinliklər yaşana bilər. Amma zamanla bütün bu problemlər aradan qaldırılacaq. Cütlüklərin hər ikisi talassemiya daşıyıcısıdırsa, uşağın daşıyıcı olaraq doğulması qaçılmazdır. Amma bu onun övladlarının xəstə doğulacağı demək deyil.

- Talassemiya daşıyıcıları olan cütlüyün dünyaya gələn uşağı neçə gün nəzarətdə saxlanılır?

- Həmin uşaqlar sağlam da doğula bilər, daşıyıcı olaraq da doğula bilər. Daşıyıcı olaraq doğulan uşaqlar isə 3-5 yaşlarına qədər həkim nəzarətində, müntəzəm yoxlamalarda saxlanılsalar da, sonradan normal həyat tərzinə qayıda bilərlər.

- Bu gün dünyanın müxtəlif ölkələrində 102 mindən çox göbək ciyəsi saxlanılır. Kök hüceyrələrin saxlanıldığı donor bankında Azərbaycanlıların da adı var. Avropalı mütəxəssislər deyir ki, göbək ciyəsindən alınan qan vasitəsilə 80 faizə yaxın qan xəstəliklərini müalicə etmək mümkündür. Bəs Azərbaycanda bu cür şəraitin yaradılması üçün hər hansı təşəbbüs varmı?

- Bəli, bu statistika var. Əslində, göbək ciyəsi deyil, ondan alınan qan donor bankında saxlanılır. Bu isə başqa şəxslərdən alınan qanla müqayisədə həmin adamın sümük iliyindəki hüceyrələrlə eyni olur. Bu, ondan donor kimi istifadəyə, sümük iliyi kimi köçürülməyə imkan verir. Deyərdim ki, bu qan xəstəliklərinin müalicəsində çox dəyərli və mühüm materialdır. Kök hüceyrələrin saxlanılması üçün xüsusi banklar yaradılmalıdır. Amma Azərbaycanda hələ bu istiqamətdə hər hansı bir layihə yoxdur. Yaxın gələcəkdə bu istiqamətdə, yəqin ki, hər hansı bir tədbirlər görüləcək.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri