Icma.az
close
up
RU
Həmdi Ulukaya və Vardanyanın “Avrora”sını birləşdirən səbəblər

Həmdi Ulukaya və Vardanyanın “Avrora”sını birləşdirən səbəblər

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Avrora” Humanitar Təşəbbüsü bu ilin fevral ayında ABŞ-də fəaliyyət göstərən “Chobani” şirkətinin təsisçisi və baş direktoru, eyni zamanda "Qaçqınlar üçün çadır tərəfdaşlığı" adlı mülki təşəbbüsün rəhbəri Həmdi Ulukayanın “Avrora” Seçim Komissiyasına seçildiyini elan etdi. “Avrora” Humanitar Təşəbbüsü qondama “erməni soyqırımı”ndan sağ çıxmış insanlar adından onların xilaskarlarına minnətdarlıq məqsədilə yaradılan təşkilatdır. Təsisçiləri Azəbaycana qarşı müxtəlif cinayətlər törətdiyi üçün hazırda həbsdə olan, rusiyalı milyarder Ruben Vardanyan, “Moderna” şirkətinin rəhbəri Nubar Afeyan və ABŞ-li digər milyarder Vartan Qreqoryandır.

“Avrora” Humanitar Təşəbbüsünün bir neçə proqramı var. Onlardan saxta soyqırımı mövzularında araşdırma aparan, humanitar və elmi layihələri müliyyələşdirən “Avrora qrantları”nı, separatçı və terrorçu rejimin nəzarəti altında olan ərazilərdə həyata keçirilən sözdə humanitar təşəbbüslər üçün “Avrora Arsax üçün” proqramını, saxta soyqırımının “100 illiyi”nin qeyd olunması ərəfəsində tanıdılması, habelə həmin hadisələrdən sağ çıxan insanlar haqda məlumatlar toplanması, onlara yardım edən şəxslərin tapılması üçün nəzərdə tutulmuş “100 LİVES” proqramlarını qeyd etməliyik.

Bu səbəbdən ad-soyadından türk olduğu görünən Həmdi Ulukayanın, fəaliyyəti Türkiyə və Azərbaycan əleyhinə istiqamətlənmiş, erməni diasporunun siyasi spekulyasiyası predmeti olan belə bir layihəyə qoşulması diqqətimizi cəlb etdi.

Faktyoxla Lab. Həmdi Ulukayanın “Avrora mükafatı” təşəbbüsündə münsiflər heyətinə seçilməsinin səbəblərini araşdırıb.

Dosye. Bəzi mənbələrdə onun 1972-ci ildə Ərzincanın İliç rayonunda anadan olduğu yazılsa da, bu şəxsin əslən Tuncelinin Pərtək rayonundan olduğunu Ulukaya özü də təsdiqləyir. O, müsahibələrindən birində bildirir ki, kəndimiz Erzincana bağlı idi, ancaq ərazi Dersimə (yəni Tunceli-red.) aid edilirmiş. Bizimkilər Tuncelidən imişlər. Kənd Keban su anbarının altında qalandan sonra Munzurun digər sahilinə keçiblər". Burada bir məqamı qeyd etməliyik ki, həmin ərazinin əvvəlki adları “Xarçik-Marçik” vadisi adlanıb ki, orda yaşayanların da böyük əksəriyyətinin də erməni olduğu mənbələrdə qeyd olunub.

Qəribədir ki, Həmdi Ulukaya haqqında vikipediyada dərc olunan məqalədə isə onun əslən Əlazığ rayonundan olduğu, babasının isə Şavaq aşirətinə rəhbərlik etdiyi deyilir. Şavaklar isə sünni kürdlərdir və özlərini “ələvi kürd” adlandıran yerli, müsəlmanlaşan ermənilərlə heç bir əlaqələri yoxdur.

2019-cu ildə “Hüriyyət” qəzetinə verdiyi müsahibədə Həmdi Ulukaya iddia edir ki, Ərzincanda "İliçin səsi" adlı qəzet nəşr etdirdiyinə görə həbs edilib. Həmçinin bildirir ki, saxlanıldığı polis bölməsindən buraxıldıqdan sonra əvvəl Avropaya köçməyi qərara alıb, sonra isə fikrini dəyişərək Amerikaya köçüb. Ankara universiteti Siyasi elmlər fakultəsindəki təhsilini yarımçıq saxlayıb-saxlamadığı ilə bağlı jurnalistin sualını isə Həmdi Ulukaya "Əlbəttə. Getməli idim" - deyə cavablandırır. Amma başqa bir mənbədə sahibkarın Ankara Universiteti siyasi elmlər fakultəsindən məzun olduğu qeyd olunub. Kiçik detaldır, lakin Ulukayanın tərcümeyi halında kiçik də olsa belə təzadlı məqamlar çoxdur.

Ulukayanın həyatında ən böyük dəyişiklik onun ABŞ-yə köçməsi ilə başlayır. “Milliyyət” qəzetinin 2008-ci ildə dərc etdiyi xəbərdə bildirilir ki, motal pendiri ilə məşhur olan Şavak aşirətinə mənsub olan Hamdi və Bilal Ulukaya qardaşları magistr təhsili almaq üçün getdikləri ABŞ-də pendir istehsalı ilə məşğul olan zavod qurublar. Əlavə edilir ki, Ulukaya qardaşlarının “Çobani”(“Chobani”) markası ilə qatıq və pendir istehsal edərək ABŞ-nin 35 ştatına satış həyata keçirirlər.

Uşaqlıqdan “Dersim üsyanları”nın hekayələrini dinləyərək böyüdüyünü deyən Ulukayanın şəxsi həyatında bəzi məqamları da incələmək lazımdır ki, onun erməni diasporunun toruna necə düşdüyünü görə bilək. Araşdırmalar zamanı öyrəndik ki, Həmdi Ulukayanın iki evliliyi olub. Həmdi Ulukayanın keçmiş həyat yoldaşı Ayşe Giray 2012-ci ildə məhkəməyə verib. A.Giray 2000-ci illərin əvvəllərində, yəni Ulukaya pendir istehsal etməyə başlayanda "Chobani"nin əsasını təşkil edən “Euphrates” adlı şirkətin pulunu ailəsi tərəfindən verdiyini iddia edirdi.

Həmdi Ulukaya isə bu iddianı israrla rədd edir. İş o həddə çatır ki, Ulukaya keçmiş həyat yoldaşının iddialarından yaxa qutarmaq üçün “Chobani” şirkətinin gələcəkdə daha da böyüməsi adı altında 750 milyon dollarlıq kredit müqaviləsi imzalayır.

2014-cü ildə imzalanan anlaşmada qeyd olunur ki, “Kirkland və Ellis” hüquq şirkəti “Çobani”nin hüquq məsləhətçisidir. Bu şirkətin şərikləri isə vəkillər Sarkis Harutyunyan və Elena Babaxanyandır.

Təsadüf saymaq olardı, əgər digər detallarda "erməni izi" bu qədər aşkar sezilməsəydi. Beləliklə, "Çobani"yə krediti verən şirkətin aparıcı mütəxəssisinin Pol Çamesyan (Paul Chamesyan) adlı milliyyətcə erməni olması diqqətdə saxlanmalı faktdır.

Daha bir diqqətçəkici fakt: Kreditin verilməsində maliyyə məsləhətçisi rolunda olan “Bof A Merill Lynch” şirkətinin qlobal strategiya və davamlı investisiyaların idarə olunması üzrə direktoru vəzifəsini Renee Nalbandyan adlı erməni əsilli şəxs icra edir.

Görünən odur ki, keçmiş həyat yoldaşının iddialarından yaxa qutarmaq istəyən Ulukaya həmin dövrdən etibarən ermənilərin təsir altına, daha dəqiq desək toruna düşüb.

2016-cı ildə ABŞ-nin keçmiş prezidenti Bill Klinton təsisçisi olduğu “Klinton Qlobal investisiya lahiyəsi”nin qış toplantılarından birində “Çobani” şirkətinin təsisçisi Həmdi Ulukaya ilə görüş keçirilib. Ulukayanın qaçqınlara verdiyi dəstəyi yüksək qiymətləndirən Bill Klinton vəziyyətin normallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə “Çobani” kimi şirkətlərin çoxalmasını arzuladığını deyib. Ulukaya isə rəhbəri olduğu “Tent (Çadır) Fondu” kimi lahiyələrin Klintonun biznes dünyasından da dəstək almalı olduğu fikri ilə razılaşdığını deyib və gələcək üçün investiyalar qoyduqlarını bildirib. Burada xüsusi qeyd edəcəyimiz məqam odur ki, “Klinton fondu”nun 2022, 2023 və 2024-cü illərdə keçirilən tədbirlərində Ulukaya ilə birlikdə “Avrora Humanitar Təşəbbüsünün” həmtəsisçisi Nübar Afeyan da iştirak edib. Bu məqamda xatırladaq ki, “Klinton fondu”nun vitse-prezidenti Çelsi Klinton həm də “Aurora Fondu”nun Münsiflər komissiyasının üzvüdür.

Ayşe Girayla boşanma prosesində erməni diasporunun toruna düşən Həmdi Ulukaya ikinci dəfə “Food dream” (“Yemək xəyalları”) fondunun prezidenti, fransız əsilli məşhur aşbaz Jan Jorj Vongerşteynin qızı Lyuzia Vongerşteynlə ailə həyatı qurub. (mənbə)

Jan Jorj Vongerşteyn ABŞ-dəki erməni diasporunun nümayəndələri ilə sıx əlaqəsi olan şəxsdir. Misal üçün, İran ermənisi Serge Madikians, Cefri Zakaryan kimi ABŞ-də tanınan aşpazlar vaxtilə Ulukayanın qaynatasının restoranında çalışıblar. Cefri Zakaryanın 2019-cu ildə keçirilən yeni kitabının təqdimat mərasimində qonaqlar arasında fransız iş adamının xüsusi yeri olub. Hətta bu barədə erməni diasporunun əsas ruporlarından “The Armenian Mirror Spectator” qəzeti də məlumat verib.

Həmdi Ulukayanın “Aurora mükafatı” komissiyasının üzv seçilməsinin təsadüfi olmadığını onun yaxın dostu, həmin təşəbbüsün həmtəsisçilərindən, ABŞ-dəki erməni diasporunun ən nüfuzlu şəxslərindən biri Nubar Afeyanın açıqlamasından da görmək olar. Bu xəbəri böyük sevinclə qarşılayan Nubar Afeyan "Həmdinin “Aurora”-nın fəaliyyətində yaxından iştirak etmə qərarını alqışlayırıq. Qeyd edək ki, Həmdi Ulukaya öz fəaliyyəti, çalışqanlığı və xeyriyyəçiliyi ilə dünyaya əhəmiyyətli töhfələr verib. Biz Həmdinin üstün səylərinə görə minnətdarıq və inanırıq ki, o, “Avrora Mükafatı”nın Münsiflər Heyətinin üzvü kimi fəaliyyətimizə dəstəyini əsirgəməyəcək"-deyib.

“Aurora Mükafatı” Münsiflər Heyətində (Seçki Komitəsi) sədri və London İmperial Kollecində Qlobal Sağlamlıq İnnovasiyası İnstitutunun həmtəsisçisi və direktoru Lord Ara Dərzi də öz növbəsində bildirib ki, biz, onu Seçki Komitəsində salamlamaqdan məmnunuq: "”Avrora Mükafatı” Həmdinin təcrübəsindən və perspektivindən çox faydalanacaq ki, bu da ehtiyacı olanların həyatına öz təsirini göstərəcək".

Həmdi Ulukaya isə öz növbəsində bilidirib ki, dünyada ən aktual humanitar problemləri həlli üçün özlərini riskə atan müasir qəhrəmanların işini yüksəltməyə və genişləndirməyə kömək etmək məqsədilə “Avrora Mükafatı”nın Münsiflər Heyətinə qoşulmaqdan şərəf duyur. Ulukaya hesab edir ki, “Avrora” dünyada fərdlərin gücünün fərqində olan bir təşkilatdır. Ona görə də sahibkar dünyada mövcud olan problemləri həll etməyə çalışan bütün adsız qəhrəmanlardan həmrəylik nümayiş etdirmək üçün bu önəmli quruma qoşulmaq istəyib.

Nəticə:

- Həmdi Ulukayanın erməni əsilli olub olmaması ziddiyyətli mövzu olsa da, onun ABŞ-dəki erməni diasporunun nümayəndələri ilə isti münasibətlərinin mövcudluğu faktdır.

- Mənbələrdə Ulukaya ailəsinə məxsus “Hamdiağaoğulları” adlı şirkətin də Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərdiyi də qeyd olunur. Yəni burdan da görünür ki, H.Ulukaya təsadüfən süd və süd məhsulları biznesinə başlamayıb. Bu iş iddia edildiyi kimi kənar sərmayəsiz də olmayıb. Necə ki, hal-hazırda Hollandiya siyasətində mühim yerə sahib olan erməni əsilli Dilan Yeşilgözün atası Yücel Yeşilgözü Türkiyədən qaçırıb ona saxta tərcümeyi-hal hazırlamışdılarsa, anoloji hal Həmdi Ulukaya üçün də keçərlidir. Heç şübhəsiz bu işdə ermənilərin böyük yalan iddiasının manipulyativ təşəbbüsü olan “Avrora” adlı qurumun həmtəsisçilərindən Nubar Afeyanın rolu böyük olub.

Faktyoxla.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri