Icma.az
close
up
RU
Həmid Herisçi niyə fars ağızı ilə danışdı? İrandan paylaşdığı video

Həmid Herisçi niyə fars ağızı ilə danışdı? İrandan paylaşdığı video

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Müharibə başlamazdan bir neçə gün öncə İrana səfər edən tanınmış azərbaycanlı yazıçı Həmid Herisçinin Təbrizdən paylaşdığı video suallar doğurub.
Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, H.Herisçi həmin videoda İranın Naxçıvana etdiyi dron hücumları barədə danışıb.
Lakin yazıçının danışığından belə anlaşılır ki, onun Naxçıvanda nə baş verdiyindən tam olaraq xəbəri yoxdur. Çünki öz təbiri ilə desək, “Naxçıvana yağmış mərmi”, “Naxçıvana yağmış bomba”, “Naxçıvanda ölmüş insanlar” üçün Azərbaycana təsəlli verib:
“Mən indi Təbriz şəhərindəyəm. Xəbərlər gəldi ki, Naxçıvanda mərmilər yağıb. Təbrizdən öz doğma xalqıma təsəlli verirəm. Bunun çox böyük əhəmiyyəti var – Təbriz Bakıya təsəlli verir, Naxçıvanda ölmüş insanlar üçün, yağmış bombalar üçün”.
Daha bir qəribə məqam isə odur ki, Azərbaycanın rəsmi dairələrinin Prezident səviyyəsində təsdiqlədiyi İran hücumunu şübhə altına alaraq araşdırılma tövsiyə edir:
“Təbrizin özündə də vəziyyət o qədər yaxşı deyil. Deyirlər ki, Naxçıvana düşmüş bu bombalar İrandan atılmayıb. Başqa yerdən atılıb. Hər halda Təbrizdə bu söz-söhbətlər gedir. Baş vermiş hadisə dərindən öyrənilməlidir. Öncədən fikirlər demək hələ tezdir”.
Qeyd edək ki, H.Herisçinin bu fikirləri sosial şəbəkələrdə insanların kəskin etirazına və qınağına səbəb olub. Onlar Həmid Herisçini İranın mövqeyindən danışmaqda ittiham edib, onu molla rejiminin xidmətçisi adlandırıblar.
Xatırladaq ki, dünən Naxçıvana dron hücumları həyata keçirilib. Dronlardan biri Muxtar Respublikanın hava limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hücumlar nəticəsində 4 nəfər xəsarət alıb.
Azərbaycanın rəsmi dairələrinin yaydığı məlumatlarda dron hücumunun İran tərəfindən həyata keçirildiyi təsdiqlənib. Daha sonra Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib. Prezident bildirib ki, Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri