Həmid Herisçi tezliklə İrandan Azərbaycana qayıdacaq
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Hazırda Təbrizdə olan tanınmış yazıçı Həmid Herisçi tezliklə Azərbaycana qayıdacaq.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı yazıçının həyat yoldaşı İlhamiyyə Rza verib.
O bildirib ki, Həmid Herisçi Təbrizdə dostlarının və qohumlarının əhatəsindədir:
“Sadəcə birbaşa əlaqə qura bilmirik, konsulluq vasitəsilə xəbər tutdum. Tezliklə qayıdacaq. Dəyərli Ayxan Hacızadənin (Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi) köməyi ilə konsulluqdan məlumat aldıq. Nigarançılığımız tək Həmid deyil, ordakı bacı-qardaşlarımıza Allah kömək olsun. Tezliklə müharibə kabusu o yerlərdən uzaqlaşsın”.
Qeyd edək ki, yazıçının İrana səfəri sırf ədəbi missiya xarakteri daşıyıb. Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədr müavinidir. Onun İrana getməkdə məqsədi oradakı ədəbi mühiti canlandırmaq, ədəbiyyatla bağlı materiallar toplamaq və şair-yazıçılarla görüşmək olub:
“Güney Azərbaycanda ədəbiyyatçılarla daha canlı və sistemli iş aparmaq istəyirdi. Buna görə də yola düşdü. Ən uzağı iki həftəyə qayıtmalı idi. Artıq dönüş vaxtı çatmışdı. Təxminən bir həftə, on gün idi ki, getmişdi”, - deyə, İ.Rza bildirib.
Xatırladaq ki, Həmid Herisçi əslən Təbrizlidir. Onun atası Qafar Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. O, özünə “Kəndli” təxəllüsünü götürüb, Azərbaycan Demokrat Firqəsinə üzv olub və “21 Azər” hərəkatında fədai kimi iştirak edib. 1946-cı ilin martında milli-demokratik hərəkatdakı fəaliyyətinə görə “21 Azər” medalı ilə təltif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 03 Mart 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















