Icma.az
close
up
RU
Həmin cərimələr ləğv ediləcək? Rəsmi açıqlama

Həmin cərimələr ləğv ediləcək? Rəsmi açıqlama

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gündür, taksi sürücülərinin boykot kampaniyası müzakirə obyektinə çevrilib. Belə ki, onların əsas tələbləri avtobus zolağında sərnişin mindirib-düşürən zaman qüvvədə olan cərimə tətbiqinin ləğv edilməsi ilə əlaqədar olub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə tələblərə baxılacağını deyib.

Sözügedən cərimələr istiqamətində hansı addımlar atıla bilər?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, taksi sürücülərinə imkan yaradıla bilər:

Elməddin Muradlı

“Yalnız onlar deyil, bütün sürücülər nəzərə alınmalıdır. Avtobus zolağına daxil olaraq sərnişini mindirib-düşürməkdə problem yoxdur. Bunu etmək maksimum bir dəqiqə vaxt alır. Bundan sonra sürücülərdə də mədəniyyət formalaşacaq. İndiki halda yaşananlar normal hesab olunmur. Məsələn, Azneft dairəsindən Dəniz Vağzalına qədər avtobus zolağı mövcuddur. Təkcə “Park Bulvar”ın qarşısında sərnişini mindirib-düşürmək olur. Təsəvvür edin, biri uşağını Kukla Teatrına gətirir. Onu necə düşürsün?! Belə məsələlər tənzimlənməlidir. Ümid edirəm, aidiyyəti qurumlar məsələni müzakirə edərək həlli yolunu tapacaqlar”.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, qurum tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində mütəmadi olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir:

Toğrul Nəsirli

“Mövcud qanunvericiliyin tələblərinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağda digər nəqliyyat vasitələrinin hərəkəti, eləcə də dayanması qadağandır. İstisna hal olaraq “Yol Hərəkəti Haqqında” Qanunun 48-ci maddəsində qeyd olunur ki, zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılıbsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minib-düşməsi üçün bu zolağa keçməyə icazə verilir. Lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün mane yaratmamalıdır. Sürücülərdən bir daha qaydalara riayət etmələrini xahiş edirik”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri