Icma.az
close
up
RU
“Həmin klinikaların arxasında böyük pullar dayanır”Qənirə Ataşova

“Həmin klinikaların arxasında böyük pullar dayanır”Qənirə Ataşova

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“Düz 44 gündür ki, xalqımızın sağlamlığı üçün bu yolda təkbaşına mücadilə aparıram. Sağ olsun indi rəsmi orqanlar köməyə gəldi. Yaşadıqlarım, çəkdiklərim sizin gözünüzün qarşısında oldu. Heç bir paylaşımım yalan üzərində qurulmadı. Həqiqətləri, olduğu kimi üzə çıxartdım. Lakin bu mücadilə asan deyil”. 

Hurriyyet.az xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında yazıb. Azərbaycanda fəaliyyət göstərən diplomsuz həkimlərlə bağlı paylaşımlarla gündəmə gələn jurnalist bunları əlavə edib:

“Adını çəkdiyim insanların və klinikaların arxasında böyük pullar, maxinasiyalar dayanır. Bu pulların gücü ilə onlar məni hücumlara məruz qoyurlar. İnstaqram hesabımdan silinən videolar, paylaşımlar, hətta səslər – hamısı bu şikayətlərin nəticəsidir. Düşünün, Ülviyyə İlyasovanın (plastik-cərrah Ülviyyə İlyasova -red.) qurbanı olan Səbirə xanımın anasının səsi belə hesabımdan silinib. Məni qınayanlar da az deyil. Bəzən mesaj yerinə yazılan mesajlar, şərhlər məni incidir. Sanki mənə deyil, özlərindən gözlədiklərini etmədikləri üçün məni günahlandırırlar. Bəs bir dəfə də siz irəli gedin, bir saxtakarı ifşa edin. Sadəcə şikayət edin, məlumatları paylaşın”.

İzləyicilərinə müraciət edən Ataşova onlardan yardım istəyib:

“Şəkil göndərir və əmrlə “araşdır” deyirsiniz, amma siz nə edirsiniz? Mən nə dedektivəm, nə də hüquq-mühafizə orqanı. Mən təkəm. Bu mübarizəni də insanlıq üçün edirəm, Allahdan başqa heç kimdən də qorxum yoxdur. Onların pulu, əlaqələri mənim yolumu bağlaya bilməz. Amma unutmayın ki, mənim də səbrim və gücüm bir yerə qədərdir. Bu yolda nə qədər əlacsız və yaralı insanlarla tanış oldum. Onların dərdlərini dinlədim, bədənlərindəki izləri gördüm. Başa düşdüm ki, 44 gün əvvəl dünyanın ən xoşbəxt insanı idim. Bunu anlamırdım, çünki bugünkü qədər dərdli deyildim.

Plastik cərrahiyyənin arxasındakı reallığı bilsəniz, hər həkimə getməzsiniz. Bu mübarizədə mənim heç bir komandam yoxdur, tək işləyirəm. Evdə oğlum belə işlərimdən şikayət edir: “Ana, niyə yemək bişirmirsən?” deyir. Amma mənim gücüm yalnız bir yerə qədər çatır.

Rica edirəm, qınamaq əvəzinə, siz də bu yolda bir addım atın. Yazıb “niyə filan paylaşım silindi” deyə soruşmayın. Paylaşdım, siz də götürüb öz hesabınızda paylaşın. Hesabımı bağlayanda siz nə edirsiniz? Dəstək olmaq istəyirsinizsə, iş görərək olun, qınayaraq yox”./Tribunainfo.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Dekabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri