Həmin hökmdar əslində qadın imiş Alim nələr tapdı?
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Bornmut Universitetinin arxeoloqu Mayls Rassell I əsrin birinci yarısında Britaniyanın cənubunda Atrebat tayfasını idarə etmiş Verikanın qadın ola biləcəyi ilə bağlı fərziyyə irəli sürüb.
Modern.az xəbər verir ki, Verika haqqında əsas məlumatlar qədim sikkələrdən və Roma tarixçisi Kassius Dionun əsərlərindən əldə edilir. Yazılı mənbələrə görə, hakimiyyətini itirən Verika imperator Klavdiyə müraciət edərək kömək istəyib. Bu hadisə Romanın eramızın 43-cü ilində Britaniyaya yürüşü ilə əlaqələndirilir.
Arxeoloqun fərziyyəsinə əsas səbəb üzərində Verikanın adı və latınca “rex” (kral) titulu yazılmış qızıl sikkədir. Sikkədəki atlı döyüşçü fiqurunun qadın ola biləcəyi ehtimal edilir.
Rassell həmçinin Verikanın adını Britaniyanın tanınmış qadın hökmdarları Boudikka və Kartimanduanın adları ilə müqayisə edir.
Lakin Verikanın qadın olduğunu təsdiqləyən konkret sübut yoxdur. Bu fikir hələlik qədim sikkələrin və yazılı mənbələrin şərhinə əsaslanan tarixi fərziyyə olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 Noyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















