Icma.az
close
up
RU
Həmin qətllərin istintaqını aparanlardan biri Kamran Əliyev imiş

Həmin qətllərin istintaqını aparanlardan biri Kamran Əliyev imiş

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda ötən əsrin sonlarında cinayətkar dəstə yaradaraq qətllər və digər ağır cinayətlər törədən Xalid Tağıyevin 30 il sonra-60 yaşında həbs edilməsi barədə xəbər vermişdik. 

Tağıyev həmin əməllərinə görə 15 il azadlıqdan məhrum edilib.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hökmdən nə təqsirləndirilən, nə də ittiham tərəfi apellyasiya şikayəti verib. Bununla 15 illik cəza qanuni qüvvəyə minib.

İttihamda yazılıb ki, X.Tağıyev 1995–1999-cu illərdə digər şəxslərlə əlbir şəkildə iki nəfəri tamah niyyəti, bir nəfəri isə cinayətlərinin üstünün açılmaması məqsədilə xüsusi amansızlıqla qətlə yetirib. Pula görə öldürülənlərdən birinin 70 yaşı olub. Tapança ilə qətlə yetirilən ikinci zərərçəkmiş bank əməkdaşı, üçüncüsü isə elə öz əlbir olduqları şəxslərdən biri imiş. Dəstə üzvləri sonuncunun istintaqa ifadə verə biləcəyini öyrəndikləri üçün onu öldürərək meyitini bağ evinin həyətində basdırıblar.

Həmin dövrdə keçirilən əməliyyatlar zamanı dəstənin Xaliddən başqa bütün üzvləri tutulub. Onların bir neçəsinə ömürlük həbs cəzası verilib. Xalid isə ölkədən qaçaraq Ukraynada 30 il gizlənə bilib. Cinayətin yaddan çıxdığını düşünüb geri qayıdanda isə həbs edilib.

Bu günlərdə isə ARB TV-nin “Kriminal” verilişində həmin işlə bağlı istintaq materiallarına əsasən reportaj yayımlanıb.

Məsələdə diqqətçəkən məqamlardan biri isə hazırda ölkənin baş prokuroru olan Kamran Əliyevlə bağlıdır. Məlum olub ki, sözügedən dəhşətli cinayətlərin araşdırılması üçün yaradılmış istintaq-əməliyyat qruplarından birinə rəhbərliyi o zaman ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə baş müstəntiqi olan Kamran Əliyev edib. Kamran Əliyevin birbaşa iştirakı ilə cinayət işi hərtərəfli araşdırılıb, iş üçün əhəmiyyət kəsb edən bütün hallar sənədləşdirilib. Məhz həmin dövrdə aparılan bu geniş araşdırmanın nəticəsidir ki, 30 il keçməsinə baxmayaraq heç bir təqsirkar cəzadan kənarda qalmayıb.

Qeyd edək ki, 6 ildir Baş prokuror işləyən Kamran Əliyev daha əvvəllər baş müstəntiq, dövlət ittihamçısı kimi də fəaliyyət göstərib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri