Icma.az
close
up
RU
Həmin siyahıda Dilqəm Məhərrəmovla xanımının da adı yoxdur: “Heç gözləmirdik…”

Həmin siyahıda Dilqəm Məhərrəmovla xanımının da adı yoxdur: “Heç gözləmirdik…”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, ötən gün Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayıb.

Nazirlikdən bildirilib ki, tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yenilənəcək.

"Cebheinfo.az" Oxu.az-a istinadən xəbər verir ki, bir çox tanınmış plastik cərrahların adının həmin siyahıda yer almaması suallar yaradıb.

Adı siyahıda olmayan tanınmış plastik cərrah Dilqəm Məhərrəmov deyib ki, qərar həm onun, həm də plastik cərrahiyyə dərnəyinin digər üzvləri üçün gözlənilməz olub: “Mən gözümü açandan plastik cərrahiyyə ilə məşğulam. Dünya Plastik Cərrahiyyə Cəmiyyətinin tanıdığı cərraham. Siyahıda adımın olmaması məni təəccübləndirdi. Daha sonra maraqlandıq, dedilər ki, bu, ilkin siyahıdır və araşdırmalar davam edir. Yəni siyahı yenilənəcək.

Siyahı açıqlandıqdan sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik Cərrahiyyə Şöbəsində çalışan dostum zəng etmişdi. Deyir ki, onun öyrətdiyi 4 rezidentin adı siyahıdadır, amma onun - müəllimin adı yoxdur. Halbuki 5 ildən bir Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan keçirik. Bu necə başa düşülməlidir?”

Həkim qeyd edib ki, sənədlərində uyğunsuzluq və ya fəaliyyətinə icazənin verilməməsi ilə bağlı ona hər hansı rəsmi bildiriş göndərilməyib: “Biz heç gözləmirdik ki, bu məsələdə bizimlə bağlı problem yaransın”.

Qeyd edək ki, D. Məhərrəmovun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrahdır və sözügedən siyahıda onun da adı yoxdur. 

Xatırladaq ki, Xüsusi Təftiş Komissiyasının açıqladığı siyahıda 42 plastik cərrahın adı yer almışdı. Qeyd olunurdu ki, Azərbaycan ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında adları olmayan cərrahlar Tibb Universitetində aldıqları baza təhsilinə, yaxud rezidentura təhsilinə uyğun ixtisas üzrə işləyə bilərlər.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri