Icma.az
close
up
RU
Həmin tarixdən 4 il keçdi: QHT lərlə bağlı nələr edilib?

Həmin tarixdən 4 il keçdi: QHT lərlə bağlı nələr edilib?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təsis edilməsindən dörd il ötür. Belə ki, Prezident İlham Əliyevin fərmanı ilə 2021- cil 19 aprel tarixində agentliyin əsası qoyulub.

Qeyd edək ki, agentlik fəaliyyət göstərdiyi dövr ərzində keçirdiyi qrant müsabiqələri üzrə Azərbaycan QHT-lərindən daxil olan 3965 layihə təklifinə baxıb, onlardan 2214-ü maliyyələşdirilib. Ötən 4 il ərzində agentliyin donorluğu ilə Azərbaycan QHT-ləri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb və konfranslar təşkil edib. Son 4 ildə Azərbaycan QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə agentlik tərəfindən ümumilikdə, 22 milyon manata yaxın vəsait ayrılıb. Dövlət Proqramları və Milli Fəaliyyət Planları üzrə qurumun icrasına məsul olduğu tapşırıqların sayı isə 2022-ci illə müqayisədə 2024-cü ildə 4 dəfə artıb.

Globalinfo.az-a danışan “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib ki, agentliyin yaranması idarəetmədə çevikliyin təmin edilməsi, QHT sektorunun nüfuzunun artırılması, yeni münasibətlərin formalaşdırılması baxımından yerinə düşdü:

“Hesab edirəm ki, ötən dövr ərzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti uğurlu olub. Biz nəticələrə uyğun, bu qiymətləndirməni aparırıq. Əslində qurumun fəaliyyət proqramında yaxın illər üçün daha böyük işlər var. Eyni zamanda bunlar qeyri-hökumət təşkilatlarından gələn təkliflər əsasında formalaşır. Çünki QHT-lər də sektorda inkişafın tərəfdarıdırlar. Ümumilikdə, nəticələr ürəkaçandır. Birincisi, vətəndaş cəmiyyətinin, yerli, qeyri-hökumət təşkilatlarının beynəlxalq platformada uğurları çox oldu. Sözsüz ki, bu da yaradılan münbit şərait, verilən dəstəklə əlaqəlidir.  Son dövrlər BMT-nin müxtəlif qurumlarının tədbirlərində Azərbaycan qeyri-hökumət təşkilatları fəal iştirak edir, xüsusən ermənilər və havadarlarının orada qaldırdığı məsələlərlə bağlı çıxışları görürük”.

Cəsarət Hüseynzadə

C.Hüseynzadə qeyd edib ki, uzun müddətdir, vətəndaş cəmiyyətinə göstərilən dəstək, yəni qrantlar kiçik məbləğdə, maksimum 10 min manat həcmində idi:

“Bu məsələni müxtəlif görüşlərdə dəfələrlə qaldırdıq, xarici ölkələrdən nümunələr gətirdik. Nəhayət, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi orta və böyük qrantlar məsələsinin həll olunmasına nail oldu. Agentliyin son dönəmdə təşkil etdiyi dörd mübadilə proqramı çox effektiv idi. Uzun illərdir, bu sahədə çalışan QHT nümayəndələri təlimlərdə bilgilərini artırdılar, sistemləşdirdilər, yeni biliklər öyrəndilər. QHT sektoru daim canlanmaya meyllidir, yeni insanlar gəlir. Bu şəxslərin QHT fəlsəfəsi ilə yaxından tanış olması, şəbəkələşmə imkanlarının artırılması və ən əsası maliyyə almaq üçün qrant yazmaq qabiliyyətinin artırılması vacib məsələdir. Agentliyin məqsədi bu istiqamətdə bacarıqların artırılmasıdır. Yaxın dövrdə digər ölkələrlə birlikdə daha geniş mübadilə proqramlarının olması arzuolunandır”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov bildirib ki, qurum Azərbaycanın vətəndaş cəmiyyətinə, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini həyata keçirir:

Sahib Məmmədov

“Dövlət dəstəyi də bir neçə istiqamətdən ibarətdir – maliyyə, konsultativ, texniki, təşkilati.  Əlbəttə, 2021-ci ildən sonra təşkilati hüquqi formanın dəyişməsi ilə idarəetmənin daha da təkmilləşdirilməsi baş verib. Ötən dörd il müddətində agentlik şəffaf, ədalətli və vacib layihələri maliyyələşdirən, eyni zamanda vətəndaş cəmiyyətinə bütün mümkün istiqamətlərdə dəstək verən bir quruma çevrilə bildi. Yaxın illərdə bu agentliyin Azərbaycanın vətəndaş cəmiyyətinə dəstəyi daha da genişlənəcək və inkişaf edəcək. Onlar xeyli dövlət proqramlarının həyata keçirilməsində fəal iştirak edirlər və ölkənin ictimai- siyasi həyatında mühüm rola malikdirlər. COP29 tədbirinin təşkilində agentlik çox böyük fəallıq göstərdi və çoxsaylı panellər, diskussiyalar təşkil etdi. Bu da o deməkdir ki, agentlik öz missiyasını, ölkə rəhbərliyinin qarşısına qoyduğu vəzifələri yerinə yetirir”.

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri