Icma.az
close
up
RU
Həmişə özümə arzu etmişəm ki, vətənim üçün şəhid olum ...

Həmişə özümə arzu etmişəm ki, vətənim üçün şəhid olum ...

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Həmişə özümə arzu etmişəm ki, vətənim üçün şəhid olum"...

1981-ci ildə Astara rayonunun Əzərüd kəndində anadan olur...

1986-1998-ci illərdə kənd məktəbində orta təhsil alır...

1999-cu ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır...

Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnir və tez zamanda hərbi hissənin ən bacarıqlı kəşfiyyatçısı olur...

Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün müraciət edir...

XTQ kursunu uğurla başa vuraraq XTQ sıralarında kəşfiyyatçı kimi xidmətə başlayır...

Bir sıra ölkələrdə kurs və təlimlərə qatılır...

Çox keçmir ki, həm dostlarının, həm də komandanlığın rəğbətini qazanır...

Komandan Hikmət Mirzəyevin xüsusi rəğbətini və sevgisini qazanan igidimiz onun ən yaxın dostu olur...

Təcrübəsinə gõrə "Qoca qurd" ləqəbi alır...

Hər getdiyi kəşfiyyat əməliyyatından erməni qulağí ilə qayídır...

Öz toyunda õzúnə şəhidlik arzulayır...

2015-ci ildə Kəlbəcərdə təkbaşına 4-ü zabit olmaqla, 20 dən çox düşmən hərbçisini, ağır atilleriya və bir neçə hərbi texnikasını məhv edir.. Xocalı soyqırımı zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən onu izləyir və əlverişli məqamda məhv edir...

Erməni hərbçilər tərəfindən pusquya salınsa da, 21 gün 2 erməni taboru ilə ac-susuz döyüşüb, pusqudan sağ çıxaraq düşməni şoka salır...

XTQ-nin qurucusu və ilk komandanı general-polkovnik Hikmət Mirzəyev onu "XTQ-nin onurğa sütunu" adlandırır...

Onun şəhidlik xəbəri Hikmət Mirzəyevi dərindən sarsıdır və ağladır...

Ermənilərin başına külli miqdarda pul qoyduğu, ölkə daxilində və xaricində iştirak etdiyi kurs və təlimlərdə hər zaman yüksək göstəricilər əldə edən, xidməti müddətində göstərdiyi saysız hesabsız igidlik, şücaət və cəngavərliyi ilə (bir çox faktlar hərbi sirr olduğu üçün hələ də gizli qalır) Milli Qəhrəman adını hələ sağlığında qazanan, 2016-cı ilin Aprel ayında baş tutan döyüş əməliyyatında Talış yüksəkliyinin alınmasında və Talışda doyüş yoldaşları ilə birgə düşmənin xeyli sayda canlı qúvvəsinin məhv edilməsində xüsusi igidlik və rəşadət göstərərək şəhidlik mərtəbəsinə yüksələn XTQ giziri, əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin qəhrəmanı, Pəncəli Teymurov!

Qəhrəmanımız xidməti müddətində dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılır, təşəkkürnamələr və medallara layiq gõrülür. Bununla yanaşı, igidimiz "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" medalları, "Qüsursuz xidmətə görə" 3 -cü və 2-ci-ci dərəcəli medallarla, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla, "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Öz toyunda özünə şəhidlik arzulayan qəhrəmanımızın "Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm, hər zaman, hər an xalqım üçün, vətənim üçün, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, vətənim üçün şəhid olum. Tabutum Azərbaycan Respublikasının üçrəngli, ay ulduzlu bayrağına bükülüb, dəfn olunmağa aparılsın" sözləri bütün məclis iştirakçılarını heyrətləndirir...

Hələ 11 yaşında, 1992-ci ildə baş verən Xocalı soyqırımından təsirlənərək, onların intiqamını alacağına and içib, andına əməl edən igidimizin tabutu dediyi kimi, üç rəngli, ay ulduzlu bayrağa bükülərək minlərlə rayon sakininin, əsgər və zabit yoldaşlarının iştirakı ilə son mənzilə yola salınır...

General-polkovnik Hikmət Mirzəyev şəhidimizin məzarını və ev muzeyini ziyarət edərək xatirə dəftərinə bu sözləri yazır: "Dəyərli dostum, silah qardaşım! Bu gün sənin şəhadətindən sonra yetişdirdiyim xidmət yoldaşlarınla hüzurundayıq. Onlar da sizin kimi qəhrəmanlıq səlnaməsi yazdılar. Vətən Müharibəsində və sonrakı əməliyyatlarda. Mən buna görə səni, sizləri təbrik edirəm belə qəhrəman uşaqlara görə, bilirsən nə üçün? Hesab edirəm ki, sizlərin qəhrəman ruhunuz onları yetişdirməkdə mənə kömək oldu. Səni unutmamışam, heç unutmadım. Siz şəhid olanda söz vermişdim ki, qisasınız alınacaq. Bunu hesab edirəm, bacardıq. Xocalını alıb, səni ziyarət edəcəm. Hər şeyə görə çox sağ ol! Sən bizim qəhrəmanımızsan! Hikmət Mirzəyev".

Məkanín cənnət, ruhun şad olsun igidim, komandanın və qardaşların arzunu gerçəkləşdirdi. Azərbaycanín Zəfər tarixini qəhrəman Komandanın oz əsgərləri ilə yazdí.

Mən də inanıram ki, bizim də səndən ötrü arzumuz gerçəkləşəcək. Haqqın olan Azərbaycanın Milli Qəhrəmanı adını tezliklə alacaqsan...

Hələlik isə bizə sənin qəhrəmanlıq dastanını unutmamaq, unutdurmamaq dúşər ruhuna qurban! Qəlbimizdə, kõnlúmüzdəsən hər zaman!

Õpürəm əziz ruhunu!

Sevinc Bəhmənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Aprel 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri