Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Rövşən həmişə deyirdi ki, bizim üçün öncə vətəndir, onun bütovlüyüdür şəhid qardaşı

Rövşən həmişə deyirdi ki, bizim üçün öncə vətəndir, onun bütovlüyüdür şəhid qardaşı

Icma.az, Azertag saytına istinadən bildirir.

Tovuz, 16 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

44 günlük Vətən müharibəsi Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazılmış ən parlaq səhifələrdən biridir. Bu savaşda xalqımızın igid oğulları torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək ölməzlik zirvəsinə ucaldılar. Onlardan biri də vətənə sədaqəti, cəsarəti və fədakarlığı ilə yaddaşlara həkk olunmuş şəhid Rövşən Aydın oğlu Vəlixanovdur. Onun həyatı və döyüş yolu gənclər üçün əsl vətənpərvərlik nümunəsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rövşən Vəlixanov gənc yaşlarından vətənə sədaqət, xalqa xidmət və torpaqlarımızın müdafiəsi kimi ali duyğularla yetişmişdir. Hərbi xidmət dövründə intizamı, cəsarəti və məsuliyyətli davranışı ilə seçilmiş, silahdaşları arasında böyük hörmət qazanmışdır.

Anası Rəfiqə Vəlixanova deyir ki, uşaqlıqdan Rövşənin arzusu hərbçi olmaq idi. “Atasının istəyi başqa peşə olsa da, oğlum özü hərb sahəsini seçdi. Ailədə üç qardaşdılar. Rövşən onların ən kiçiyi olsa da, o biri qardaşları həmişə ondan məsləhət alırdılar. Rövşən dərin düşüncəli biri idi”, - deyə şəhidin anası bildirib.

Vətən müharibəsi başlamamışdan bir neçə gün əvvəl Rövşən ailəsi ilə görüşə gəlir. Döyüşlər başlayanda isə bunu anasından gizlədir. Sonuncu dəfə isə ailəsi ilə oktyabrın 1-də telefonla əlaqə saxlayır. Yaxınlarına deyib ki, şəhid olsam məni dostumun yanında dəfn edərsiniz.

“Oğlum Rövşənlə fəxr edirəm. Onlar Azərbaycan xalqının qürur yeridir, bütün şəhidlərimiz qəhrəmandır. Özümü tək Rövşənin anası deyil, milyonların anası hesab edirəm”, - deyir R.Vəlixanova.

Bizimlə həmsöhbət olan şəhidin qardaşı Araz deyir ki, Rövşən Kəlbəcər istiqamətində döyüşlərə qatılıb. Onun hərbi ixtisası rabitəçi olub, döyüşlərdə fəal iştirak edib. “O həmişə bizimlə danışanda deyirdi ki, hər şey yaxşı olacaq. Bizim üçün öncə vətənimizin bütövlüyüdü. O, inanırdı ki ərazi bütovlüyümüz bərpa olacaq və bu yolda da şəhid oldu”, - deyə Araz Vəlixanov bildirib.

Rövşənin müəllimi Gülnar Nəcəfova onun vətənə sonsuz sevgisindən danışıb: “Dərsdən əlavə söhbətlərdə həmişə deyirdi ki, müəllim biz öz törpaqlarımızı azad edə bilərik. Biz mütləq torpaqlarımızı xilas etməliyik. Elə dediyi də oldu. O vətən müharibəsində qaynar döyüşlərin getdiyi hissədə yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxarıb, yenidən döyüşlərə qatılıb. Şəhidlərimiz bizim qürur yerimizdir. Onları heç zaman unutmayacağıq”.

Rövşən Vəlixanov 1994-cü il oktyabrın 15-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. 2001–2012-ci illərdə Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. R. Vəlixanov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rövşən Vəlixanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 2-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Həmin ilin dekabrın 18-də şəhid olduğu müəyyənləşib. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub. Rövşən Vəlixanov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Rövşən Vəlixanovun adı bu gün hər bir azərbaycanlının qəlbində ehtiramla anılır. Onun igidliyi və fədakarlığı gənc nəslin vətənə sədaqət ruhunda tərbiyəsində əvəzsiz örnəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri