Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Sən həmişə mənimləsən… Şəhid baş leytenanta ELEGİYA

Sən həmişə mənimləsən… Şəhid baş leytenanta ELEGİYA

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Sən həmişə mənimləsən…Bu, nə nakam sevgi etirafıdır, nə də yazıçı İlyas Əfəndiyevin məşhur pyesinin adı. Bu bir şəhid atasının-filologiya elmləri doktoru, prof. Kamran Kazımovun 44 günlük Vətən müharibəsində, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan yeganə oğlu Vüsalla bağlı etdiyi gündəlik paylaşımların dəyişməyən başlığıdır.Yazını oxumamışdan, foto-şəkillərə  baxmamış belə  qəlbin göynəyir, için sızıldayır başlığın ötürdüyü yanğılı həsrətdən, dəhşətli ağrıdan. Və bu ağrı o qədər keçicidir ki, nəinki həssas, hətta daş ürəkləri belə acıda bilir...  

...Yaşasaydı 34 yaşı tamam olcaqdı. Olmadı, fələk qoymadı. Alnına şəhid ölümü yazılıbmış. Ölüm tarixi ilə doğum tarixi bir-birinə çox yaxındır şəhid Vüsal Kazımovun. 29 noyabr anım, 17 dekabr doğum günüdür. 34 yaşını  şəhidlik zirvəsində, Şuşa dağlarında balalarından nigaran  pərişan ruhu ilə  qeyd edir şəhid baş leytenantımız.

  2024-cü ilin dekabr ayında , ölümündən 4 il sonra şəhid atası ilə Lənkəran Dövlət Universitetinin şəhid məzunu ilə bağlı söhbətimiz elə payız havasının özü kimi həzin, kövrək notdadır. Bilirəm ki, Vüsalın doğum günü yaxınlaşdıqca onunla bağlı kövrək xatirələr də bir daha ata ürəyini sızladır, ağrıdır. Belə yerdə təsəlli üçün söz də tapmaq çətindir. Nə deyəsən, bu yaraya necə məlhəm olasan? Ən ağrılısı da  budur ki,  aradan 4 illik zaman fasiləsi keçsə də Kamran müəllim hələ də inana bilmir, öyrəşə bilmir oğlunun  yoxluğuna.  Qəfil möcüzəyə ümid edir,  ümid edir ki, bir axşam toranında qapı qəfildən döyüləcək, Vüsal həmişəki şux ovqatı, səs küyü ilə içəri keçəcək,  gəlib süfrədəki yerini tutacaq, bütün ailənin  gözünü yollardan  birdəfəlik yığacaq. “Mən heç, cavan həyat yoldaşını, iki balasını, gözlərinin yaşı qurumayan anasını tək qoymaz, qoya bilməz, Vüsal belə oğul deyil” deyir....

...Heç bilirsiniz şəhid atası ilə həmsöhbət olmaq, şəhid övladı ilə bağlı nəsə soruşmaq necə çətindir? Bu çətinliyi bildiyimdən həmişə kənar mövzulardan başlayıram. Nəvələrinin məktəb, bağça qayğıları, istəkləri ilə bağlı soruşuram. Bilirəm ki, bütün cavablar  sonda gəlib Vüsala çıxacaq. “Nurayın məktəbə getdiyini görmədi, Aynur yeni doğulmuşdu, onu heç doyunca qucağına ala bilmədi. Bilmədim, iyi burnunda qaldı, ya yox.  İş, təhsil, gündəlik qayğılar başımı elə qatdı ki, heç özüm də Vüsalımdan doya bilmədim. O mənim təkcə övladım deyildi, dostum idi, həmdəmim idi, sirdaşım idi, arxa-dayağım idi. İndi o yoxdur, elə bilirəm kürəyimdə dağ ağırlığı var, ürəyimdən daş asılıb. İllər keçdikçə bu ağrı azalmır, bu yaram köz tutmur”. Belə deyir şəhid atası. Mənsə heç nə demirəm, deyə bilmirəm, xəyalımdan şair Məmməd İsmayılın misraları keçir:
 

Açılan çiçəklər barında ölər,

Hörümçək hördüyü torunda ölər,

Alışan kösövlər qorunda ölər,

Ölsə, bal arısı balında ölər

Pərvanə işığın yolunda ölər, -

Oğul şəhid olar vətən yolunda...
 


Xatırladım ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kamran oğlu Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib. Doğulduğu kənddə atasının təşəbbüsü və maddi yardımı ilə Şəhidlər xatirə parkı yaradılıb, çoxlu çiçəklər, ağaclar əkilib, oturacaqlar qoyulub. Şəhid valideynlərinin təsəlli yeridir bu park.

Vüsal Kazımov Vətən müharibəsinə yollananda yeni doğulan Aynur indi 4, böyük qızı Nuray  9 yaşındadır... Qeyd edim ki, Vüsalın həyat yoldaşı Aysel Kazımova Lənkəran Dövlət Universitetinin “Xarici dillər” kafedrasının müəllimidir. Aysel xanım Vüsalın şəhadətindən sonra magistraturaya daxil oldu, fərqlənmə diplomu ilə bitirdi. Bu il isə LDU-nun doktoranturasına daxil olub. “Məqsədim ruhən də olsa Vüsalı uğurlarımla sevindirməkdir, dözümümlə ovundurmaqdır” deyir. Özü isə ovuna bilmir. Sosial şəbəkələrin birindəki bir paylaşımını heç cür unuda bilmirəm: “Getmisən, qayıtmaq yadından çıxıb” yazmışdı...İş yoldaşı olduğumuzdan hərdən söhbətləşirik Aysel xanımla. O gün zarafatla “Nə qədər taksilərə pul verəcəksən, maşının var, pravan var, niyə sürmürsən” dedim. Gözləri doldu. “Bir-iki dəfə sürdüm. Kamran müəllim (qaynatası) yanımda oturmuşdu, nəzarət edirdi. O qədər həyəcanlanırdı ki, mən özümü itirirdim. Bilirdim, iki qızıma görə qorxu hissi keçirir. Qorxur ki, birdən mənə nəsə olsa, uşaqların halı necə olar?”  Üzünü çevirdi ki, gözlərinin dolduğunu görməyim. Ümumiyyətlə, universitetimizdə, rayonda keçirilən bütün tədbirlərdə Aysel xanım özünü çox təmkinli aparır,  göz yaşlarını içinə axıdır ki, ağladığnı kimsə sezməsin.

Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun doğum gününə təbrik yox, elegiya yazmalı oldum. “Ölüm var ki, həyat qədər dəyərli”, “Torpaq uğrunda ölən varsa, Vətəndir!” amalı ilə:
 

Övlada ananın bətni vətəndi,

Duyduğu laylanın mətni vətəndi...

Əgər o vətənin düşməni varsa,

Bir mənin yerinə beş məni varsa

Oğul şəhid olar vətən yolunda...
 

Şəhidlik uca zirvədir, ölümlərin ən şərəflisidir...Amma   həm də doğmalarını ömürlərinin sonunacan  daima için –için sızladan əbədi ayrılıqdır...
 

Esmira İsmayılova,
Filologiya üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri