Həmkəndlisini güllələyən şəxslə bağlı qərar çıxarıldı
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xalid Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Hadisə 20 iyun 2024-cü il tarixdə saat 00:10 radələrində Kürdəmir rayonu, Carlı kəndində qeydə alınıb.
Belə ki, aralarında yaranan şəxsi mübahisə zəminində kənd sakini Xalid Abdullayev həmkəndlisi olan tanışı Rüstəm Məmmədova ov tüfəngi ilə atəş açaraq ona ağır bədən xəsarətləri yetirib.
Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Hadisədən sonra Xalid Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.
Kamal Məmmədov

