Icma.az
close
up
RU
Həmrəyliyimiz antimilli dairələri fiaskoya uğratdı

Həmrəyliyimiz antimilli dairələri fiaskoya uğratdı

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan böyük zəfərə müxtəlif cəbhələrdə mübarizə apararaq nail olub. Biz 30 illik işğala hərbi güclə yanaşı, həm də xalqla hakimiyyət arasında mövcud olan vahid həmrəylik sayəsində son qoyduq. Bu həmrəylik həm də cəmiyyət daxilində parçalanma yaratmağa çalışan antimilli dairələri, onların himayədarlarını fiaskoya uğratdı.

 Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çalışan AXCP sədri Əli Kərimli və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi bir çox faktları ortaya çıxarıb. Bir daha aydın olur ki, Azərbaycanın uğurlarını qəbul edə bilməyən bəzi xarici qüvvələr burada təhlükəli ssenarilər hazırlayıb, onların reallaşması üçün isə milli satqınlardan – Əli Kərimli və Ramiz Mehdiyev ittifaqından məharətlə istifadə olunub.

2013-cü ildə Rusiyanın bu regionda reallaşdırmağa çalışdığı “Qafqaz baharı” ssenarisi hər kəsə yaxşı məlumdur. Rusiyadakı Azərbaycan diasporu üzərindən oynanılan oyunlar özünü “Milyarderlər İttifaqı”nın çirkin simasında göstərdi. Bu gün aydın olur ki, bu ittifaq məhz Ramiz Mehdiyev tərəfindən idarə olunub. Bir müddət sonra elə bu üzdəniraq ittifaqın sponsorluğu ilə Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəylinin iştirakı ilə millilikdən xəbəri olmayan şura yaradıldı. Elə 2013-cü ildə Qərb siyasi dairələrinin ölkəmizdə radikal müxalifətə münasibətinin dəyişməsinin səbəbi də bu idi.

2019-cu ildən etibarən ölkədə həyata keçirilən institusional yenilənmə isə daxili sabitliyin təməli oldu. Ramiz Mehdiyevin tutduğu vəzifədən uzaqlaşdırılması ilə xarici agentura şəbəkəsinin də rıçaqları zəiflədi. AXCP sədri Əli Kərimlinin 2019-cu ildən sonra mitinq oyununun səngiməsinin də əsas səbəbi bu idi. 2020-ci il 44 günlük müharibədə Azərbaycan məharətlə Ermənistanla yanaşı, bütün destruktiv xarici qüvvələri, o cümlədən milli satqınları fiaskoya uğratdı. Müharibədən sonra isə növbəti xəyanət planı – “Dövlət Şurası” planı hazırlanmışdı. Rusiya–Ukrayna müharibəsindən sonra hədəfin Azərbaycan olması və bu prosesdə milli satqınlardan – Ramiz Mehdiyevə bağlı qüvvələrdən, o cümlədən xəyanətkar AXCP-dən məharətlə istifadə olunacağı istisna deyil. Dövlət təhlükəsizlik orqanları ölkəmizə qarşı hazırlanan yeni işğal planını da ifşa edərək növbəti təhlükənin qarşısını aldı.

Xatırlatmaq yerinə düşər ki, Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin birgə bəyanatı xalqla hakimiyyətin həmrəyliyi ilə yanaşı, Azərbaycanda yaşanan siyasi birliyin də təcəssümü idi. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədi. Bu da Əli Kərimlinin əsl xəyanətkar simasını bir daha təsdiqləyirdi. Dövlətə, xalqa xəyanətin bədəli isə ağır olacaq.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri