Həmyerlimiz QırğızRusiya Slavyan Universitetində dekan təyin edilib FOTOLAR
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Qırğızıstanda yaşayan soydaşımız Rəhman Allahverdiyev Qırğız-Rusiya Slavyan Universitetində Beynəlxalq münasibətlər fakültəsinin dekanı vəzifəsinə təyin edilib. Bu barədə qərar universitetin rektor vəzifəsini icra edən Sergey Volkovun rəhbərliyi ilə keçirilən iclas zamanı açıqlanıb.
Bildirilib ki, onun bu yüksək vəzifəyə təyinatı həm universitetdə elmi-innovativ fəaliyyətin genişləndirilməsinə, həm də beynəlxalq münasibətlər fakültəsinin inkişafına mühüm töhfə verəcək.
Qeyd edək ki, R.Allahverdiyev beynəlxalq münasibətlər sahəsində zəngin akademik təhsilə malikdir. O, Sankt-Peterburq Dövlət Universitetində bakalavr, magistr və aspirantura təhsilini uğurla tamamlamış, aspirantura dissertasiyasını Qarabağ münaqişəsinin dinc yolla həllinə dair Azərbaycanın xarici siyasətinə həsr etmişdir. Bundan əlavə, o, Varşava Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunda elmi təcrübə keçmişdir.
Rəhman Allahverdiyevin elmi maraqları konfliktlərin həlli, beynəlxalq aktorların postsovet məkanındakı qarşılıqlı təsiri, etnik diasporların siyasi aspektləri və İslam dininin yayılmasının tarixi-siyasi təhlilini əhatə edir.
ö
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 Dekabr 2024 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















