Icma.az
close
up
RU
Həqiqətə bağlı olanların GÜNÜ

Həqiqətə bağlı olanların GÜNÜ

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. 

Beynəlxalq Həmrəylik Günü 1958-ci ildə Bükreşdə, Beynəlxalq Jurnalistlər Təşkilatının 4-cü Qurultayında təsis edilib. Onun yaranması hitlerçilər tərəfindən 1943-cü il sentyabrın 8-də həbsxanada edam edilmiş çex jurnalisti Yulius Fuçikin xatirəsi ilə bağlıdır. 

Fuçikin məşhur “Edamqabağı reportaj” əsəri 70-dən çox dilə tərcümə olunaraq dünyanın bir çox ölkələrində nəşr edilib. Həmrəylik günü münasibətilə bir çox ölkələrdə festivallar, konfranslar, jurnalistlərin qurultayları və digər tədbirlər keçirilir. 

Qərara əsasən, bu gün bütün ölkələrin jurnalistləri və nəşrləri xüsusilə də hüquqlarının qorunması məsələsində dünya ictimaiyyətinə həmrəyliklərini göstərməlidirlər. Qeyd edək ki, Azərbaycan jurnalistləri öz peşə bayramlarını 22 iyul 1875-ci il nəşrə başlayan “Əkinçi” qəzetinin tarixi ilə bağlı qeyd edirlər. 

"Cebheinfo.az"-a açıqlamasında Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, jurnalistləri birləşdirən əsas dəyər həqiqətə bağlılıqdır. Onun sözlərinə görə, doğru informasiya uğrunda həmrəylik jurnalistikanın təməlidir: 

"Əslində, 8 Sentyabr – Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü BMT və ya UNESCO səviyyəsində rəsmi şəkildə qeyd olunan bayram deyil. Bu tarix daha çox keçmiş Sovet məkanında və sosialist ölkələrində qeyd olunan peşə həmrəyliyi günü kimi tanınır. 

Amma necəliyindən asılı olmayaraq, onun mahiyyəti gözəldir. Bütün peşə sahiblərinin öz həmrəyliyi var, jurnalistləri isə həqiqətə bağlılıq və cəmiyyəti doğru-dürüst informasiya ilə təmin etmək missiyası birləşdirir. Ona görə də belə bir günün mövcudluğu əhəmiyyətlidir". 

Əməkdar jurnalist qeyd edib ki, jurnalistlərin işi dünyada kifayət qədər çətindir: 

"Bu gün jurnalistlərin bir-birinin dəstəyini hiss etməsi baxımından da önəmlidir. Beynəlxalq təşkilatların həmrəyliyini hiss etmək, korrupsiyaya, məmur özbaşınalığına və cəmiyyətdəki nöqsanlara qarşı mübarizədə həm öz ölkəsinin, həm də dünyanın müxtəlif yerlərində çalışan həmkarlarının dəstəyini duymaq çox qiymətli hissdir. 

Bu gün dünyada jurnalistlərin işi kifayət qədər çətindir. Hətta ən demokratik ölkələrdə belə, həqiqətə çatmaq və cəmiyyəti düzgün məlumatlandırmaq istəyən jurnalistlər müxtəlif maneələrlə üzləşirlər. 

Bu, jurnalistlərin zorakılıqla üzləşməsinə, təqib və həbslərə məruz qalmasına səbəb olur. Məhz belə məqamlarda həmrəylik xüsusilə böyük önəm daşıyırşr". 

Qulu Məhərrəmli bildirib ki, Azərbaycanda media problemlərinin həlli üçün həmrəylik vacibdir, Azərbaycanda da bu, incə və həssas məsələdir: 

“Media sahəsində müəyyən problemlər mövcuddur. Jurnalistləri bir araya gətirə bilən, onların hüquqlarını müdafiə edən və səmərəli fəaliyyət göstərən peşəkar jurnalist təşkilatlarına ehtiyac var. Hesab edirəm ki, bu istiqamətdə düşünmək və müəyyən addımlar atmaq vacibdir". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

 

Açar sözlər: Sentyabrın 8 Qulu Məhərrəmli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri